Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.
“Trend”in məlumatına görə, sosial şəbəkədə edilən paylaşımda deyilir:
"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əminamanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm".