Bazar günü günü, 08 noyabr 2026
     

“Ocaq başında kartoflu kabab yeyənlərin” Ermənistanda çevriliş hazırlıqları – Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq üzərində “Qarabağ klanı”na tələ…

Image


Ermənistanda baş verən son olaylar bu ölkədə yeni daxili qarşıdurma yaranmaqda olduğunu, ölkənin hətta vətəndaş müharibəsi ilə üz-üzə qaldığını göstərir. Belə görünür ki, mövqelərini kifayət qədər gücləndirən "Qarabağ klanı" artıq baş nazir Nikol Paşinyana qarşı daha qəti şəkildə hərəkətə keçməyə başlayıb. Paşinyan isə baş verənləri birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirərək, bəzi qüvvələrin Azərbaycanın nəzarətinə yeni əraziləri qaytarmaq niyyətində olduğunu iddia edib.

Bütün bunlara əsas səbəb isə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın azadlığa çıxmasıdır.  Qeyd edək ki, İrəvanın birinci instansiya məhkəməsi Robert Köçəryanı həbsdən azad edib. Ötən  şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə hakim David Qriqoryan Köçəryanın azadlığa buraxılması barədə qərarı elan edib. O da bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan məhkəməyə şəxsi zəmanətlərini təqdim ediblər. Onlar birbaşa məhkəmə zalında zəmanət verərək, hərəsi 500 min dram və ya təxminən 1000 dollar təzminat ödəyiblər. Hər iki separatçı Köçəryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. İndi isə Köçaryanın azadlığa çıxması “Qarabağ klanı”nın real güc nümayişi sayılır.

Baş verənləri şərh edən Qarabağ separatçılarının Ermənistandakı “nümayəndəliyinin" müşaviri Qarnik İsaqulyan bildirir ki, İrəvanda konfliktdə maraqlı olan tərəflər keçmiş və indiki hakimiyyət nümayəndələri arasında parçalanmanı dərinləşdirir. O, Ermənistanda ictimaiyyətin inqilabçı və əksinqilabçılara bölünməyə başladığını bildirib. İsaqulyan bu durumda Nikol Paşinyanın özünü qəzet redaktoru kimi aparmaqdan imtina etməsi lazım olduğunu da deyib. O, Ermənistandakı parçalanmada ilk hədəfin Paşinyan olduğunu vurğulayaraq, proseslərin arxasında Levon Ter-Petrosyanın dayana biləcəyi eyhamını edib: “Bəzi qüvvələr 20 il sonra revanşa çalışır. Bu yolda Paşinyanın özü ilk hədəfdir”. Separatçıların nümayəndəsi Köçəryan üzərində məhkəmənin azərbaycanlıların böyük arzularının reallaşdırılması anlamına gəldiyini bildirib. “Azadlıq" radiosuna müsahibəsində qondarma Qarabağ rejiminin “parlamentinin deputatı“ Ayk Xanumyan isə daha açıq danışaraq, baş verənlərin arxasında məhz  "Qarabağ klanı"nın, onun faktiki rəhbəri Serj Sarkisyanın dayandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Serj Sarkisyan, Ermənistanda hakimiyyətdə olmamasına rəğmən, Qarabağ elitası arasında böyük təsirini davam etdirir: “Hazırda Qarabağın hakim elitasının davranışını Sarkisyanın tapşırıqları müəyyənləşdirir O, başına elit qarabağlı cinayətkarları toplayıb və Paşinyana qarşı planları müzakirə edir. Bir zamanlar Qarabağda Serj Sarkisyan və onun təyin etdiyi Qarabağ “hakimiyyəti” var idi və heç kim Qarabağda İrəvanı tənqid etməyə cəsarət edə bilmirdi. Bu gün Qarabağ fərqli məsələlərdə tənqidlər səsləndirir. Mən bu istiqamətin Sarkisyanla əlaqəli olduğunu görürəm”. Qondarma “DQR parlamentinin” yeganə müxalifətçi “deputatı”  olduğunu bildirən Ayk Xanumyanın bildirdiyinə görə, Köçəryanın azadlığa çıxması da "Qarabağ klanı"nın planlarının mühüm tərkib hisəssidir: “Mən buna əminəm, içəridən gələn məlumatlar, onların müxtəlif monastırlarda, o cümlədən gecə tonqalları başında, kartoflu kabab süfrəsi arxasında və  digər yerlərdə nə danışdıqları barədə informasiyalar var”.  Xanumyan deyir ki, gecələr tonqal başına yığışanlar, yaxud kabab yeyib planlar müzakirə edənlər general paqonlu keçmiş güc strukturları rəhbərləridir, “prezidentin” iqamətgahından bəzi məmurlardır, keçmiş “baş nazir“ Araik Arutyunyandır və digərləridir: “Onların hamısını Serj Sarkisyan istiqamətləndirir və buna heç bir şübhəm yoxdur”.  Xanumyan bildirib ki, qondarma “təhlükəsizlik şurası katibi” general Vitali Balasanyanı çıxmaqla, bütün həmin adamları, o cümlədən Bako Saakyanın yaxın ətrafını, Araik Arutyunyanı, Serj Sarkisyanı, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanı müxtəlif istiqamətlərdə törətdikləri birgə cinayətlər birləşdirir. O cümlədən, mühüm korrupsiya işləri üzrə: “Son vaxtlar mən dəfələrlə demişdim ki, Serj Sarkisyanın qohumları, ailə üzvləri, Dağlıq Qarabağ rəhbərliyinin müxtəlif nümayəndələri milyonlarla dram yuyublar və həmin adamları keçmişdə törətdikləri cinayətlər, barələrindəki böyük kompromatlar birləşdirir. Əgər işlər, belə deyək, Ermənistandakı kimi düz getməsə, onlar hamısı ifşa olunar, cinayət işləri açılar”.  Məhz belə bir vaxtda Paşinyanın istəklərinin əksinə olaraq Köçəryanın azadılğa çıxması "Qarabağ klanı"nın artıq Ermənistanda  hadisələrə müdaxilə imkanlarının xeyli yüksəldiyini göstərir. "Qarabağ klanı"nın əsas dayağı isə Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimdir. Xatırladaq ki, hazırda Nikol Paşinyan və komandası ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi ixtilaflar mövcuddur. Bu ixtilaflar zaman-zaman üzə çıxır. Məsələn, bu günlərdə Şuşanın işğalının bayram edilməsi zamanı jurnalistlər general Vitali Balasanyandan təmas xəttində atışmaların artması haqda xəbərlərə münasibət soruşub. Balasanyan isə deyib: “Gedin bu haqda lift danışıqlarının aparıcısından soruşun”. Balasanyan bununla Paşinyanın ötən ilin payızında Astanada Azərbaycan prezidenti ilə baş tutmuş qeyri-formal ünsiyyətinə eyham vurub və erməni mətbuatının yazdığına görə, Paşinyan bunu eşidəndə Bako Saakyana deyib: “Ona de özünü yığışdırsın, yoxsa gələn dəfə onunla başqa dildə danışarıq”. Paşinyan Qarabağdan qayıdandan sonra yazmışdı ki, ona bəzi qüvvələrin Dağlıq Qarabağı “əksinqilab ocağına” çevirməyə çalışdığı haqda xəbərlər çatır. Və belə olsa o, Dağlıq Qarabağı “inqilab ocağına” çevirəcək. Amma görünən budur ki, "Qarabağ klanı" Paşinyandan tez tərpənərək Ermənistanın özündə yeni inqilaba start verib. 

Bütün bunlar Paşinyan üçün şok effekti yaratdığından o, xalqı küçələrə çıxmağa çağırıb. Paşinyan ölkədə inqilabın ikinci mərhələsinin başladığını bildirib. Qeyd edək ki, Paşinyanın tərəfdarları onun çağırışı ilə paytaxt İrəvanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayıblar. Etirazçılar tərəfindən Konstitusiya Məhkəməsinə heç kim buraxılmayıb. Baş nazir öz tərəfdarları qarşısında bildirib ki, Ermənistanda konkret qüvvələr ölkədə nifaq salmağa, onlarla Qarabağdakı ermənilər arasında qarşıdurma yaratmağa çalışır. Paşinyan məhkəmənin Köçəryanı azad etməsini isə "Qarabağ klanı"nın revanş niyyəti, eləcə də yeni ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması cəhdi kimi qiymətləndirib. Bu mənada, Paşinyana görə, 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb. Onun sözlərinə görə, əvvəlki korrupsioner-kriminal rejimdən daha çox “Dağlıq Qarabağ əhalisi“ zərər çəkib: “İndi isə bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən istifadə edib Ermənistan hökumətinə və baş nazirinə qarşı təbliğat qurublar. Bütün faktları araşdıraraq, mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin, bəzi əraziləri verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir, ali baş komandan kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm”. O, Qarabağ ermənilərini Ermənistan hökumətinə inanmağa çağırıb. Amma vəziyyət başqadır və görünən budur ki, Ermənistan daxilində parçalanma və qarşıdurma bir qədər də sürətlənəcək. Bunu Ermənistanın ombudsman aparatının rəhbəri Arman Tatoyan da istisna etmir: “Ölkədə vəziyyət nəzarətdən çıxır. Respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə törətmək barədə Ermənistan baş nazirinin çağırışı və ya bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir”. Ombudsman Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: “Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar bir-birinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, bir-birini təhqir və təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”. Paşinyan isə, bütün bunlara rəğmən, ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanması fikrindən imtina etməyib. Bəzi ekspertlər bildirir ki, əslində,  “Qarabağ klanı”nın istədiyi də budur. Çünki belə vəziyyətdə Ermənistanda qarşıdurma və ziddiyyət daha da dərinləşir, xaos artır. Məhz bu xaos durumunda “Qarabağ klanı” Paşinyanı devirməyin daha asan olduğunu düşür. Digər tərəfdən, bu vəziyyətdə zəbt olunmuş ərazilərin daha bir hissəsinin Azərbaycana qayıtması Paşinyanın mövqelərini daha sürətlə sarsıdacaq. Erməni mediası yazır ki, məsələnin başqa bir tərəfi də var, o da bundan ibarətdir ki, Paşinyan bəri başdan zəbt edilmiş ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasının günahkarı qismində “Qarabağ klanı"nı göstərmək istəyir və bununla həmin klana zərbə vuracağını düşünür. Yəni istənilən halda, həm Paşinyan, həm də “Qarabağ klanı” işğal altındakı ərazilərin daha bir hissəsinin Azərbaycana qayıtmasını istəyir və bunu da öz siyasi məqsədləri naminə edirlər. Beləliklə, Ermənistanda yaşananlar Qarabağ məsələsində tezliklə müəyyən dəyişikliklərin olmasını istisna etmir. Elə bu səbəbdən Ermənistan daxilində baş verənlər Azərbaycanda da xüsusi diqqətlə izlənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ