Bazar günü günü, 08 noyabr 2026
     

Əli Kərimlinin yanında Elçibəy funksionerlərindən bircə nəfər də qalmayıb - əsl elçibəyçiləri didərgin salan 4 əsas səbəb…

Image


Hazırda hakimiyyətə qarşı sərt radikal mövqedə dayanan Əli Kərimlinin rəhbərlik etdiyi partiyada, demək olar ki, tanınmış siyasilərdən kimsə qalmayıb. 2005-ci ildəki parlament seçkilərindən sonra AXCP-də start götürən yarpaq tökümü prosesi elə həyata keçib ki, Elçibəy dövründə hərəkatdan partiyaya gəlmiş bir sıra tanınmış şəxslərin hamısı onu tərk edib.

AXCP hazırda yalnız virtual aləm üzərindən fəaliyyət göstərən bir partiya təsiri bağışlayır. Siyasi prosesləri düzgün qavramayan bəzi gənclərin partiya sıralarına cəlbi prosesi baş verib. Onların da çoxundan virtual aləmdə partiyanın maraqları üçün amansızcasına istifadə edilir. Bəllidir ki, hakimiyyətə iddialı olan partiyanın siyasi vitrini çox cəlbedici olmalıdır. Yəni partiya yalnız sədrin kimliyi ilə kifayətlənməməlidir. Hazırda Ə.Kərimlinin ətrafında Elçibəy dövrünün heç bir funksionerinin olmaması bir sıra mülahizələrə və rəylərə yol açmış olur. Əli Kərimlinin tək qalması müxtəlif amilərlə izah edilir. Bildirilir ki, bunun başlıca səbəbləri onun şəxsi keyfiyyətləri ilə bağlıdır. Klassik funksionerlərin Ə.Kərimlini tərk etməsinin digər səbəbini isə onun yürütdüyü siyasi kursun ambisiozluğu, tərəfdarları və müttəfiqlərinə münasibətdə qeyri-səmimi olması ilə əlaqələndirənlər də az deyil. Partiyanın bu xüsusda düçar olduğu uğursuzluğun başqa bir səbəbini isə Ə.Kərimlinin müttəfiqləri ilə münasibətlərini ardıcıl davam etdirməməsidir. Elçibəy dövrünün funksionerlərini Ə.Kərimlidən uzaqlaşdıran bu səbəbləri əsaslı saymaq olarmı?

  • Fərəc Quliyev: “Onlar Elçibəyin qoyduğu irsi qorumurlar, öz təşkilatlarının indiki və keçmiş üzvlərinə olan münasibət ortadadır”

Milli Azadlıq Hərəkatında Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olmuş, millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sadalanan 4 faktor hələ azdır: “Mən bunu daha detallı şəkildə izah etməyə çalışacağam. Əvvəla onu qeyd edim ki, mən AXC-də təmsil olunmuşam. Yəni hərəkat partiyalaşandan sonra orada təmsilçiliyim olmayıb. İkincisi, mən AXC hakimiyyəti dönəmində heç bir rəhbər postda təmsil  olunmamışam. Azərbaycan Xalq Cəbhəsində “Yurd” və Müsavatın təşkilatı vardı. Mən icra komitəsinin sədri olanda Müsavat firqəsini  binadan çıxarmışam. İzahını da verdim ki, bir partiyanın içərisində ikinci təşkilat ola bilməz. Belədirsə, onda anlamı Elçibəyi bəyənməməkdir. Hələ hərəkatın dövründə Elçibəyə tabe olmayan “Yurd” adlı fraksiya olub. Hərəkat partiyalaşmaya gedəndə həmin firqə daha da gücləndi. Cəmiyyətə onların fəaliyyəti məlumdur. Bu cür adamların Elçibəy mirasına sahib çıxması mümkün deyil. Onlar bunu iddia edə bilər, ancaq belə deyil. Elçibəyin yanında özünə sadiq olan komanda olub. Məsələn, bəzilərinin adını çəkim: Sabit Bağırov, Əli Məsimli, Nəcəf Nəcəfov və başqaları. Bu adamlara qarşı hər zaman cəmiyyətdə simpatiya olub. Təbii ki, belə adamların “Yurd”da təmsil olunması mümkün deyildi. Mən AXC-ni təsis edən 64 nəfərdən biriyəm. Ə.Kərimlinin adı həmin siyahıda yoxdur. Həmin təsisçilərdən bir nəfərdə olsun Ə.Kərimlinin ətrafında qalmayıb. Təbii ki, bunlar sual doğurur. Sizin dediyiniz parametrlərin bu məsələdə rolu danılmazdır. Amma hesab edirəm ki, başqa ciddi nüanslar da var”.

Fərəc Quliyevin sözlərinə görə klassik hərəkatçıların Ə.Kərimli ilə eyni təşkilatda təmsil olunmamasının  bir səbəbi də onların Elçibəy ideyalarına uyğun şəkildə fəaliyyət göstərməməsidir: “Bir dəfə də olsun siz o təşkilatda Bütöv Azərbaycandan danışıldığını görə bilməzsiniz. İran əleyhinə onların nə vaxtsa sərt bəyanat verdiyini görübsünüz? Dağlıq  Qarabağın azad edilməsi məsələsində hərbi yol təklifini də onlar kənara qoyublar. Qorxurlar ki,  xarici qaynaqlara xoş gəlməyə bilər. Mən hesab etmirəm ki, onlar Xalq Cəbhəsinin varisləridir. Ad oxşaya bilər, ancaq mahiyyət başqadır. Xahiş edirəm ki, xalq hərəkatı ilə AXCP-ni bir-birinə qarışdırmayın. Partiyaya çevriləndən sonra orada bəzi klassik hərəkatçılar oldusa belə, onlar da yürüdülən kursun doğru olmadığını, üzvlərə bəslənən münasibətin qeyri-sağlamlığını görüb oranı tərk etməli oldular”.

Millət vəkilinin sözlərinə görə, Ə.Kərimlinin təklənməsinin səbəbləri daha çoxdur: “Onlar Elçibəyin qoyduğu irsi qorumurlar, öz təşkilatlarının indiki və keçmiş üzvlərinə olan münasibət ortadadır. Onlar sanki partiyaya həbsxana kimi baxırlar. Elə bilirlər ki, ora girən çıxmamalıdır. Onlar partiyadan ayrılan adamlara xain kimi baxırlar, küçədə belə onları görəndə salamlaşmırlar. Tərəfdarları və müttəfiqləri həbsdə olanda qrant naminə onları alovlu müdafiə edirlər. Adamlar həbsdən çıxan kimi onlardan imtina edirlər. Son prosesdə biz bunun bir daha şahidi olduq.  Münasibətlər sistemindən tutmuş, siyasi irsə bağlılıq və mənəvi dəyərlərə qoyulan hörmətin hamısında yanlışlıq olduğu üçün, bu aqibəti yaşayırlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ