17/08/2019 15:35
728 x 90

İlham Əliyevin Brüssel görüşləri Azərbaycan – AB əlaqələrində bir neçə konkret istiqaməti önə çıxardı...

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyətinin Brüssel səfəri və səfər çərçivəsində mayın 13-də Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirakı, orda keçirdiyi bütün görüşlərin ümumilikdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr və bu əlaqələrin inkşafına xidmət edən amil kimi qiymətləndirilir.

Maraqlıdır, İlham Əliyevin Brüssel səfəri Azərbaycan-AB münasibətlərində konkret olaraq ölkəmizin mənafeyinə uyğunluq baxımından hansı məsələləri önə çıxardı? Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Brüssel səfərinin gündəliyi ümumilikdə Azərbaycan dövlətinin maraqları və Aİ ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf etməsi, ən müxtəlif sahələri əhatə edən əməkdaşlığın mövcud imkanları və perspektiv inkşafları haqqında müzakirələr və təşəbbüslərlə zəngin idi: ”Səfər, həmçinin, Azərbaycan-Aİ münasibətlərində mühüm mərhələnin başlanğıcı olacaq və tərəflərarası münasibətlərin yeni hüquqi əsası kimi nəzərdə tutulan yeni saziş və onun Azərbaycanın milli maraqlarına xidmət edən bir sıra detalların müzakirəsi üçün nəzərdə tutuldu. Yeni sazişin detalları ətrafında əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Bu mövzular ətrafında aparılan müzakirələr nəqliyyat, logistika, tranzit imkanlarından daha geniş istifadə edilməsi ilə bağlı təkliflərlə müşayiət olundu. Aİ və Azərbaycan arasında mövcud və gələcək əməkdaşlığın prioritet sahəsi kimi , tərəflərin ticarət imkanlarının araşdırılması, təhlili və tərəflər arasında ticarət dövriyyəsinin, ixracın artırılması, Aİ ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların həcminin artırılmasını kimi mövzuların müzakirəsi aparıldı. Aİ üçün Azərbaycan Cənubi Qafqazın regionun açar ölkəsi və Avropa qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Avropa İttifaqı ikitərəfli münasibətlərdən kənarda , həm də Cənubi Qafqaz regionda özünün dayanıqlı mövcudluğuna xidmət etdiyi üçün Azərbaycanla hərtərəfli dərin münasibətlərin yaranmasında, əlaqələrin formalaşmasında maraqlıdır. Birmənalı olaraq Aİ üçün Azərbaycanla möhkəmlənən münasibətlər Aİ-nin strateji cəhətdən Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən məqamlardır. Avtopa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana münasibətdə Beynəlxalq hüququn bərpasında maraqlıdır və bu məqamlar qəbul olunmuş ikitərəfli sənədlərdə əksini tapıb. Buna misal olaraq , 2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərərgahına səfəri zamanı paraflanmış Tərəfdaşlıq prioritetləri adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib. Bu xüsusda Ptezident İlham Əliyevin Avtopa Şurasının Prezidenti Donald Tuskla görüşünü xüsusi əhəmiyyətli görüş adlandırmaq olar. Avropa Şurasının prezidenti Donald Tuskla görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi və bu prosesdə tərəflərin - Aİ və Azərbaycanın mövcud imkanları və rıçaqlarının istifadəsi imkanları haqqında geniş müzakirələr aparıldı. Bu baxımdan da, səfəri ölkəmizin milli maraqları və AB ilə gələcək əməkdaşlığının perspektivi baxımından önəmli saya bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər