17/08/2019 15:34
728 x 90

Paşinyan ziddiyyətli Qarabağ bəyanatları ilə daha bir “gül vurdu”…

Elşən Mustafayev:“Danışıqlar prosesi baxımından destruktiv addımdır”

img

Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz ampluasına sadiq qalaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini pozmaq cəhdlərini davam etdirir.

Erməni KİV-nin verdiyi məlumata görə, Paşinyan rus jurnalistləri ilə görüşündə bəyan edib ki, danışıqları sürətləndirmək kimi fikirləri yoxdur: "Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da, çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur". Paşinyan həmçinin qeyd edib ki, Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır: “Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır”. Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin".

Göründyü kimi, Paşinyan bu açıqlaması ilə bir daha sübut edir ki, onun bütün cəhdləri prosesi yubatmağa, qeyri-konstruktiv olmağa hesablanıb. Dəfələrlə deyib sonra təkzib etdiyi, qondarma qurumun tərəf kimi danışıqlarda iştirakını dilə gətirir. Onun həm prosesi gücləndirmək fikirində olmadıqları, həm də birdəfəlik tormozlamaq istəmədəkiləri yönündə dedikləri eyni zamanda sülh danışıqlarını ələ salmaq cəhdi kimi dəyərləndirilə bilərmi? Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq münaqişənin həllinə yönəlmiş səylərə ziddir:“Təəssüflər olsun ki, Paşinyan hakimiyyətə gələndən sonra yalnız bu cür mövqe ortaya qoyur. Onun açıqlaması ilə tanış oldum. Bəli, bu birbaşa beynəlxalq hüququ əla salmaq, sülh danışıqlarına barmaqarası yanaşmaq cəhdidir. Paşinyan yalnız bəyanatları ilə deyil, həm də öz əməlləri ilə də pozuculuğunu ortaya qoyur. Onun Azərbaycan şəhərlərinin işğalı günü gedib işğal altında olan torpaqlarda yallı getməsi də bunun əyani sübutudur. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Ermənistanın işğal etdiyi ərazidə beynəlxalq normalar pozulub. Eyni zamanda münaqişənin nizama salınması istiqamətində hər hansı addımlar belə atmaqda maraqlı görünmür. Minsk Qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir məqamda, danışıqlara ümidlərin bəsləndiyi məqamda Paşinyanın hərəkətləri və bəyanatları başadüşülən deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır. Bunları təkcə bizim qınamağımızla iş bitmir. Məhz vasitəçi ölkələr onun qarşısında konkret məsələ qoymalıdır. Ya danışıqlardan imtina etsin, ya da normal şəkildə prosesdə iştirak etsin. Bununla Paşinyan sülh danışıqları ilə imitasiya etdiyini açıq şəkildə ortaya qoyur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər