17/08/2019 15:29
728 x 90

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər - FOTO

img

Mayın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib. Dövlət başçısı ordeni İrina Viner-Usmanovaya təqdim edib.

Qonağı Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edən Prezident İlham Əliyev ona Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirib. İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edən dövlət başçısı məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğulayıb və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

Son xəbərlər