Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın tarixi müttəfiqi sayılan Fransa da Azərbaycanın ən güclü hərbi təchizatçılarından birinə çevrilir

Image


Bu gün Ermənistanda ən böyük narahatlıq predmetinə çevrilən məqamlardan biri Azərbaycanın müxtəlif xarici ölkələrdən aldığı müasir hərbi texnologiyalardır. İrəvanın bütün etirazlarına baxmayaraq, Azərbaycan ən fərqli ölkələrlə hərbi əməkdaşlığını böyük uğurla davam etdirir. Bunun nəticəsidir ki, indi ordumuzda təkcə Rusiya yox, həmçinin İsrail, Türkiyə, Pakistan, Belarus, eyni zamanda bir sıra Qərb ölkələrinin istehsal etdiyi texnologiyalar da mövcuddur. Bunlara paralel olaraq yerli istehsalın da həcmi və çeşidi sürətlə artır.

Proseslərin gedişi göstərir ki, Azərbaycanın hərbi texnologiyalar sahəsində həm yerli istehsal olan məhsullarının sayı daha artacaq, həm də bu prosesə yeni ölkələr, əsasən də Qərb dövlətləri cəlb olunacaq. Məhz bu amil də işğalçı Erəmnistan üçün yeni sürpriz və Azərbaycanın növbəti zərbəsi sayılır. Çünki Ermənistan birmənalı şəkildə Qərb şirkətlərinin Azərbaycanla hərbi əməkdaşlığına qarşıdır və buna daim rəsmi səviyyədə öz etirazını bildirib. Amma görünən budur ki, Ermənistanın etirazları kimsə tərəfindən nəzərə alınmır. Əksinə, ən müxtəlif dövlətlər Azərbaycanla hərbi əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Bunu konkret olaraq Çexiyanın timsalında görmək olar. Belə ki, Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalının təşkilində maraqlıdır. Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek bu xüsusda deyib: “Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycan çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın”. Onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır:  “Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Çexiyadan RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri və “DANA” yüksəkdəqiqlikli, özüyeriyən artilleriya qurğuları alıb. Bu silah tədarükü Ermənistan rəhbərliyində az qala əsəbdən qıcolmalara gətirib çıxardı. Amma İrəvanın etirazları heç bir nəticə vermədi və indi görünən budur ki, Çexiya ölkəmizlə hərbi əməkdaşlığını daha da genişləndirməyi nəzərdə tutur. Amma bu sırada təkcə Çexiya yer almır. Belə ki,

Azərbaycan Fransanın “MBDA Systems” şirkətinin ölkəmizə ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırmaq üzrədir. Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib. Bu, Azərbaycanın ciddi diplomatik-hərbi nailiyyəti hesab edilə bilər. Çünki ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Qərb ölkəsi, eyni zamanda Minsk Qrupuna həmsədrlik edən Avropa nəhəngi Fransa Azərbaycana, müdafiə təyinatlı da olsa, müasir silah sistemlərinin satılmasına razılıq verir. Məhz bu məqam da Ermənistanda şok effekti yaradır. Erməni hərbi ekspert Van Ambartsumyan bununla bağlı bildirib: “Azərbaycan mühüm hərbi uğurlar əldə edir. Paşinyan niyə Fransanın Azərbaycana zenit raket komplekslərini satması barədə danışmır?” Onun sözlərinə görə, hazırda Fransa Azərbaycana ASTER 30 SAMP/T və VL “Mica” komplekslərini satır: “Azərbaycan silahlanmasını genişləndirir. Hazırda çox vacib hadisə baş verməkdədir. Ermənistanın dostu, NATO-ya üzv ölkə olan Fransa ASTER 30 SAMP/T və VL “Mica” zenit raket komplekslərini Azərbaycana satır. Bu raket kompleksləri 100 kilometr məsafə dərinliyədək məhvetmə qabiliyyətinə malikdir. Hədəf kimi ballistik raketlər, o cümlədən “İsgəndər” raketləri, qanadlı raketlər, təyyarə və helikopterlərin olduğu bildirilir. Bu raketlər Fransa istehsalıdır və ən yaxşı raket sinfindən hesab olunur”.  
Erməni ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti bu razılaşma barədə heç bir şey danışmır: “Paşinyan niyə öz “Facebook” səhifəsində bu barədə yazmır? Köhnə hakimiyyəti tənqid etməyi çox sevirdilər, bəs özləri niyə susurlar?”. O əlavə edib ki, Fransanın münaqişə edən tərəflərə silah satılmamasına dair hüquqi öhdəliyi yoxdur. Amma İrəvanda bu narahatlığa baxmayaraq, Fransanın “Eurosam” şirkətinin Biznes Təkmilləşdirmə və İxrac üzrə meneceri Filip Çopin ölkəmizlə hərbi əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını bildirib: “Azərbaycanın tələblərinə cavab verəcək müxtəlif məhsullar üzərində işləyir və təkliflər edirik. Şirkətimizin baş qərargahı Parisin cənubunda yerləşir və 100-ə yaxın idarə heyəti var. Şirkətin investorları Avropanın ən böyük və ən təcrübəli müdafiə kontraktorlarıdır”. ASTER 30 SAMP/T raketlərinin Azərbaycana satışı barədə məsələlərə də toxunan şirkət nümayəndəsi ölkəmizin tələblərinə cavab verən məhsulların üzərində işləndiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda şirkətin raketləri və raket sistemləri 4 ölkəni - Fransa, İtaliya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyanı təchiz edir.

Ekspertlər isə Fransadan alınan yeni texnologiyalar sayəsində Azərbaycanın hərbi üstünlüyünün daha da artacağını proqnozlaşdırır. Elə alınan  ASTER 30 SAMP/T zenit-raket kompleksi də  qoşunların və yürüşdə olan mexanikləşdirilmiş birləşmələrin, böyük əhəmiyyətə malik stasionar obyektlərin geniş spektrdə hava hədəflərinin kütləvi aviasiya hücumunun qarşısını almaq üçündür. Bura taktiki qanadlı raketlərdən tutmuş bütün tiplərdə təyyarə və vertolyotlar, habelə müxtəlif pilotsuz uçan aparatlar daxildir. ASTER 30 SAMP/T  onları sutkanın istənilən vaxtında, istənilən hava şəraitində aşkar edib vura bilir. Özü də düşmən tərəfinin müxtəlif tipli siqnalpozucu vasitələrdən istifadə etdiyi şəraitdə. ASTER 30 SAMP/T 360 dərəcə bucaq altında dairəvi atəş aça bilir, modul konstruksiyaya və yüksək manevrli raketlərə malikdir. Bu raketlər istənilən hava hədəflərini məhv edə bilər. Hazırda həmin sistemlər Fransa və İtaliyanın silahlanmasında yer alır,  NATO-nun Avropada vahid havadan müdafiə sisteminin mühüm komponentini təşkil edir. ASTER 30 SAMP/T kompleksi yüksək atış sürətinə malikdir, 8 ASTER 30 SAMP/T raketi cəmi 10 saniyə ərzində buraxılır. Bu zaman kompleks cəmi 2 nəfərlik heyət üzvü ilə idarə olunsa da, 10 hava hədəfini eyni anda təqib edə bilir. Kompleksi işləyib hazırlayanlar qeyd edirlər ki, ASTER 30 SAMP/T  radarlara yaxalanma ehtimalı aşağı olan geniş diapazonda hava hədəflərinə qarşı yüksək effektivliyə malikdir. Kompleksin hava hədəflərini vurma məsafəsi təyyarələr üçün 3-100 kilometr, ballistik raketlər üçün isə 3-35 kilometr təşkil edir. Hədəfi maksimal vurma hündürlüyü 25 kilometrdir. Kompleks taktiki və ballistik raketləri 600 kilometrə qədər məsafədən aşkar edib izləyir. Bu  zenit-raket kompleksləri taktiki-texniki göstəricilərinə görə Rusiyanın S-400 zenit-raket komplekslərinə yaxındır.

Qeyd etmək lazımdır ki, Azərbaycan son illər geniş spektrdə hücum təyinatlı silah sistemlərinin tədarükü ilə yanaşı, müdafiə təyinatlı sistemlər - hava hücumundan müdafiə sistemləri ilə silahlanmanı da xeyli sürətləndirib. Belə demək olar ki, Azərbaycan hazırda postsovet regionunda, Rusiya istisna olmaqla, ən güclü havadan müdafiə sistemi formalaşdırmış ölkədir. Fransadan alınan VL “Mica” zenit raket kompleksləri isə bu sahədə Azərbaycanın mövqelərini daha da gücləndirir. Bunlar yaxın mənzilli sistemlərdir və quru qoşunlarının bölmələrnin, aviabazaların, komanda məntəqələrinin və gəmilərin qanadlı raketlərin, idarəolunan aviabombaların, təyyarələrin, vertolyotların və PUA-ların hücumundan qorunması üçün nəzərdə tutulub. Kompleks sutkanın istənilən vaxtında və istənilən hava şəraitində işləyir, VL “Mica”  “hava-hava” raketlərinin bazasında MBDA firması tərəfindən işlənib hazırlanıb. Kompleks öz yığcamlığı, yüksək effektivliyi ilə tanınır. VL “Mica”  zenit-raket kompleksinin yerüstü variantı 4 raketdən, radardan və müxtəlif şassilər üzərində quraşdırıla bilən buraxılış qurğusundan ibarətdir. Raketlərin maksimal məsafəsi 10 kilometrdir. Bu yığcam zenit raket kompleksləri, xüsusən dağlıq relyefdə vertolyotlara və PUA-lara qarşı istifadə üçün effektli sayıla bilər.

 Eləcə də ölkəmizdə hava hücumundan müdafiə sahəsində silahlanma Belarusdan “Buk-M” komplekslərinin modernizə edilmiş variantları və Rusiyadan S-300 PMU “Favorit” sistemlərinin alınması ilə geniş vüsət alıb. Lakin Azərbaycan təkcə Rusiya və Belarus hərbi sənayesinin bu sahədəki nümunələrini əldə etməyib. Son illərdə İsraildən dünyada ən təkmil hava hücumundan müdafiə sistemlərindən biri sayılan “Barak-8” komplekslərini, o cümlədən “Green Pine” radarlarını alıb. Hərbi mütəxəssislər də təsdiq edirlər ki, Azərbaycan hava hücumuna qarşı eşelonlaşdırılmış güclü müdafiə sistemi qurub və bu sistem praktiki olaraq istənilən hava hədəfini dəf edə bilər. 

Fransa ilə yanaşı, Azərbaycan İtaliyanın iri hərbi-sənaye nəhəngi “Leonardo” şirkətindən də müxtəlif təyinatlı hərbi texnika, o cümlədən aviasiya vasitələri almağa başlayıb. Artıq məlumdur ki, Azərbaycan İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alıb. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir. Ötən il isə Almaniyanın “Rheinmetall” (“Reynmetall”) hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. “Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Leopard” tankları da bu şirkət tərəfindən istehsal olunur. Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq inkişaf etmiş Qərb dövlətlərindən silah sistemlərinin alınmasında on illərdir davam edən qadağaları aradan qaldıra bilib. Məhz bu vəziyyət də Ermənistan üzərində hərbi üstünlüyümüzü əhəmiyyətli dərəcədə artırdığından, düşmən ölkədə böyük təşviş yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ