Bazar günü günü, 08 noyabr 2026
     

Belçikanın küçələrində Orduxanın nə jurnalistə, nə də normal etirazçıya yaraşmayan qəribə davranışları - Orduxan polisə yalandan “mən kino çəkirəm” dedi…

Image


Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının üzərinə düşən əsas vəzifə Azərbaycanın dövlət maraqlarını müdafiə etmək, xalqımızın və dövlətimizin müsbət imicini formalaşdırmaqdır. Ancaq təəssüf ki, xaricdə yaşayan bəzi “azərbaycanlıyam” deyənlərin davranışlarında bunun əksini görürük. Onlar öz fəaliyyətləri, davranışları ilə Azərbaycan dövlətinin və xalqının imicinə zərbə vururlar.

Belə əxlaqsız davranışları biz Orduxan Temirxanın simasında da görürük. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə rəsmi səfərdə olarkən orada Orduxanın etdiyi tərbiyəsiz hərəkətlər həqiqətən də narazılıqlar doğurur. Orduxan Brüsseldə olduqca tərbiyəsiz hərəkətlər edib. Onun bu hərəkətinə ad qoymaq, əlbəttə, çox çətindir. Bu adamın sərgilədiyi hərəkətlər, işlətdiyi söyüşlər, Azərbaycan dövlətinə qarşı səsləndirdiyi təxribatçı fikirlər onun əxlaqının hansı səviyyədə olduğunu açıq şəkildə göstərdi. O burada özünü nə bir reportaj hazırlayan jurnalist kimi, nə də normal etiraz aksiyası keçirən birisi kimi təqdim edə bildi. Onun azərbaycanlıya yaraşmayan hərəkətləri, ən nalayiq formada işlətdiyi ifadələr hadisə yerinin yaxınlığında olan Brüssel sakinlərinə də qəribə təsir bağışladı ki, bu adam niyə tərbiyəsizcəsinə qışqırır? Orduxanın söyüş videosunda diqqətçəkən məqamlardan biri odur ki, onun qışqırığına gələn Brüssel polisinə o yalan satır. Orduxan söyüş söyərkən polis ona yaxınlaşdıqda o, Azərbaycan Prezidentinin kortecində olan adamları göstərərək ingilis dilində “mən burada kino çəkirəm, bunlar mənə mane olur” deməsi onun öz tərbiyəsizliyini həyata keçirmək üçün hər cür varianta əl atdığının əyani sübutudur.

  • Bəhruz Quliyev: “Onun istəyi odur ki, təki Azərbaycan dövlətinin, xalqının imici korlansın”

Orduxanın Brüssel küçəsində söyüş söyməsi, qışqırması, hər cür əxlaqsız sözlər danışmasının Azərbaycan dövləti və xalqı haqqında yanlış təsəvvür yaratmağa xidmət etdiyini deyən ekspertlər hesab edirlər ki, o, xarici ağalarından aldığı pulları tam mənimsəmək üçün Azərbaycan dövlətinin, xalqının “qara obrazı”nın yaradılması üçün əlindən gələni edir. Onun bu addımının birbaşa missionerlik fəaliyyəti ilə bağlı olduğunu deyən “Səs” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, siyasi icmalçı Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Orduxan və onun kimi insanların nə vətəndaşlıq mövqeyi var, nə də milli təəssübkeşlik hissi. “Bilirsiniz, məni həmişə bir maraqlı sual düşündürür: insan öz vətənini sevməlidirmi? Bu suala hamı birmənalı şəkildə “bəli, sevməlidir” cavabını verir. Hər bir vətəndaş öz dövlətinin və xalqının qarşısında cavabdehlik daşıyır. Kimliyindən asılı olmayaraq, hər bir insan dərk etməlidir ki, hansı dövlətin vətəndaşıdır, hansı xalqın nümayəndəsidir. Heç olmasa insanda bir vətənpərvərlik hissi, vətəndaşlıq mövqeyi olmalıdır. Sən nə qədər aşağılıq biri olasan ki, öz dövlətinin atributları, dövlətin, dövlətçiliyin, xalqın haqqında kənar bir ölkədə olmazın hərəkətlər edəsən, ağıla sığmayan söyüşlər işlədəsən, heç kimin qəbul edə bilmədiyi davranışlar sərgiləyəsən. Orduxanın bu tərbiyəsiz davranışı adamda iki sual yaradır: birincisi, ya bu adamın içində Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı iyrənc hisslər, antipatiya var və bu iyrəncliyi çıxarmaq üçün  belə söyüşlərdən, əxlaqsız davranışlardan istifadə edir, ikincisi isə o adamın kənardan idarə olunması məsələsidir. Yəni o, müxtəlif qrupların maraqlarına xidmət etmək məqsədilə bu addımı atıb. O, müəyyən qüvvələrin onun üzərinə qoyduğu iyrənc missiyanı yerinə yetirir. Bu adam Azərbaycan dövlətinə, xalqına qarşı belə ehtirasla antipatiya nümayiş etdirir. Bu da onunla bağlıdır ki, o, kiminsə, hansısa qüvvələrinsə sifarişini yerinə yetirir, ona verilən maliyyəni silmək üçün bu addımı atır. Normal təfəkkürlü, davranışlı vətəndaş, azərbaycanlı öz dövlətinə, dövlət atributlarına, xalqına qarşı bu addımları atmaz, əxlaqsız davranışlar sərgiləməz. Ola bilsin ki, kimsə müxalif fikirlidir, amma bu ona əsas vermir ki, o, kənar bir ölkədə durub dövləti söysün, ittiham etsin, dövlət atributlarını təhqir etsin. Orduxan və Orduxan kimi bir neçə ünsür var ki, onlarda heç bir məhdudiyyət yoxdur. Yəni Orduxan kimilərinin daxilində nə vicdan, nə milli təəssübkeşlik, nə də vətənpərvərlik hissləri var. Yəni onlar o qədər iyrənc bir yol gedirlər ki, şeytanla da əməkdaşlıq etməyə hazırdırlar. Onun istəyi odur ki, təki Azərbaycan dövlətinin, xalqının imici korlansın, onlar haqqında yanlış təsəvvürlər formalaşdırılsın, bu iyrənc missiyanı da Orduxan kimiləri yerinə yetirsin”.

  • Niyaməddin Orduxanlı: “O bununla Azərbaycan xalqının və dövlətinin mənfi imicini yaratmağa nail olmaq istədi, lakin buna nail ola bilmədi”

BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı da hesab edir ki, Orduxanın Brüsseldə sərgilədiyi hərəkətlər birbaşa Azərbaycan xalqının və dövlətinin xarici ölkələrdə “qara obrazı”nın cızılmasına xidmət edir. “Əslində, Orduxan Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra qrupların, güc mərkəzlərinin casus şəbəkəsinin üzvüdür. Yəni o qruplar məqsədli şəkildə hər zaman Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tip adamlardan ölkəmizin əleyhinə istifadə edirlər.  Bilirsiniz ki, Orduxan özü Hollandiyada yaşadığını və bu ölkənin vətəndaşı olduğunu bildirir. Amma Brüsseldə Azərbaycanın Avropa İttifaqı ilə Assosiativ saziş imzalaması ərəfəsində Orduxanın orada peyda olması, Azərbaycan dövlətinin əleyhinə bu cür mədəniyyətsiz, əxlaqdan kənar hərəkət etməsi nifrətlə qarşılanır. O burada bir küçə uşağı kimi hərəkət etdi. Orduxanın apardığı bu kampaniya tərbiyəsi olmayan Orduxana yaraşan hərəkətdir. Çünki Orduxanın tərbiyəsi buna imkan vermir ki, o özünü sivil qaydada aparsın. Məqsəd tamamilə başa müstəvidədir. Məqsəd Orduxanın timsalında bir sıra dövlətlərin rəhbərlərinin tədbirdə iştirak etdiyi bir məqamda “azərbaycanlı” adı Azərbaycan dövlətinin və xalqının əleyhinə istifadə olunan adamların görüntüsünü yaratmaqdır. Bu da Orduxan tipində öz təsdiqini tapdı”.

N.Orduxanlı qeyd etdi ki, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə olduğu zaman bir dəfə də olsun ermənilərin Ermənistan dövlətinin maraqları əleyhinə çıxışının şahidi olmayıb. “Siz görün ki, Orduxan nə qədər satılmış bir ünsürdür ki, yüzlərlə ölkənin başçısının təmsil olunduğu bir tədbirdə öz xalqının, dövlətinin, dövlət atributlarının əleyhinə danışır, onları təhqir edir. O, Azərbaycanın təəssübünü çəkən olsaydı, orada Paşinyandan uzun illərdir işğal altında saxladıqları torpaqlarımızın geri qaytarılmasını tələb etməliydi, amma erməni dəyirmanına su tökərək öz dövlətimizi hədəfə götürdü. Bu da təsadüfi deyil. O, aldığı təlimatlara əsasən, bu cür əxlaqdan kənar hərəkətlərə yol verdi. Orduxan erməni lobbisinin və Azərbaycanı istəməyən digər qüvvələrin tapşırığı və maliyyəsi hesabına ölkəmizə, xalqımıza qarşı belə nalayiq hərəkətlər etdi. O bununla Azərbaycan xalqının və dövlətinin mənfi imicini yaratmağa nail olmaq istədi, lakin buna nail ola bilmədi. Çünki onun bu hərəkətlərinin mahiyyətinin nə olduğunu hər kəs bilir və hamı da ona nifrət edir” - deyə N.Orduxanlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ