Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya Ermənistanı “faşizmin qəhrəmanlaşdırılması” cinayətində rəsmən ittiham etdi

Image


Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılması, nasizmin, neonasizmin və irqçiliyin, irqçi ayrıseçkiliyin, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artımına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında" hesabatında Ermənistan və Azərbaycan haqda qeydlər var.

Hesabatda bildirilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası “ifrat millətçi” kimi tanınan və barəsində Üçüncü Reyxlə əməkdaşlıq haqda informasiya olan Qaregin Njde kimi ziddiyyətli siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.

Məruzədə dəqiqləşdirilir ki, Ermənistanın millətçi oriyentasiyalı siyasi təşkilatları arasında keçən ilin payızında siyasi partiya kimi qeydiyyatdan keçmiş “Sasna Tsrer" də var. Onun ideologiyasının əsasında "cinayətkar rus-türk sövdələşməsindən törənmiş" (Moskva müqaviləsi, 1921-ci il) Ermənistan Respublikasının tanınmasından imtina və "yeni dövlətin yaradılması" uğrunda mübarizə durur: “Partiyanın elan etdiyi məqsədlər ölkənin mövcud ərazisi və Dağlıq Qarabağ da daxil olmaqla, "yeni bir Ermənistan yaradılması" və milli referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiyanın proqram sənədlərində "rus müstəmləkəçiliyi tərəfindən pozulduğu" iddia edilən hüquqların bərpası, “Naxçıvanın və Axuryan çayının qərbinin" erməni idarəçiliyinə qaytarılması məsələsi vurğulanır”.

Nazirlik xatırladır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda PPX polisinin İrəvan şəhərindəki binasına silahlı hücum edib, onu ələ keçirib və nəticədə iki polis öldürülüb. Ötən ilin dekabr ayında keçirilmiş parlament seçkilərində bu partiya 1,82% səs qazanıb.

Hesabatın Azərbaycana həsr olunmuş bölməsində isə deyilir ki, Azərbaycan Respublikasında neonasizmin, irqçiliyin, irqçi ayrıseçkiliyin və ksenofobiyanın təzahürləri praktik olaraq yoxdur. Azərbaycan rəhbərliyi ölkəni "müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant dövləti" kimi tanıdıb.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində vurğulayırlar ki, nasizm üzərində qələbədə sovet xalqının rolu haqqında tarixi yaddaşın saxlanması, eləcə də İkinci Dünya Müharibəsinin tarixinin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı mübarizə məsələlərində Azərbaycan Rusiyanın yanaşmalarını bölüşür. Ötən il Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasına, müasir dövrün irqçilik, irqi ayrıseçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artmasına kömək edən digər praktikalara qarşı mübarizə" adlı qətnaməsini bəyənib.

Rusiya Xarici İşlər Nazirliyi belə bir məqama da diqqət çəkir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, milli, irqi və dini nifrət səbəbləri ilə cinayət törətmək cəza seçilərkən ağırlaşdırıcı hal hesab olunur.

Rusiyanın rəsmi dairələrinin Ermənistandakı vəziyyətlə bağlı belə həyəcan təbili çalması və bunun fonunda, Azərbaycanla bağlı müsbət münasibət aşılamasını necə dəyərləndirmək olar?

  • Elşən Həsənov: “Məhz Paşinyanın hakimiyyəti dönəmində Njdedən də təhlükəli olan, türk diplomatlarını qətlə yetirən ASALA canısinin nəşi Ermənistana gətirildi”

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, hesabatla yaxından tanışdır: “Çox doğru məqamlar təsbit edilib. Ancaq ermənilərin faşistlərə rəğbəti ilə bağlı keçmiş siyasi rəhbərliyin mövqeyi xüsusilə qabardılır. Biz görürük ki, Paşinyan hakimiyyətə gələndən sonra həmin irsdən imtina etməyib. Əksinə, həmin təbliğatı daha da gücləndirib. Məhz Paşinyanın hakimiyyəti dönəmində Njdedən də təhlükəli olan,  türk diplomatlarını qətlə yetirən ASALA canısinin nəşi Ermənistana gətirildi. Gələcəkdə ona da abidə ucaltmaq fikirləri var.

Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanda Hitlerin əlamətlərini gördüyünü açıqlayıb. Onun sözlərinə görə, bu şəxs Ermənistanı faşist Almaniyasına çevirmək istəyir. Bununla sübut olunur ki, Ermənistan dövlət ideologiyasında faşist xəttindən heç vaxt imtina etməyib. Njdenin heykəlini İrəvanda ucaltmaqla və abidənin ölkənin digər yerlərində də qoyulacağını bəyan etməklə, Ermənistan öz dövlət ideologiyasını simvolik formada olsa da, möhkəmləndirmək istəyir. Bununla həm də Rusiyaya göstərmək istəyirlər ki, Ermənistan ideoloji planda qətiyyən Rusiya Federasiyasının təbliğ etdiyi siyasi və mənəvi idealların təsiri altında deyil.

Müasir Ermənistan erməni millətçisi Qaregin Njdenin faşist ideologiyasını təcəssüm edir. Ermənistanın hakim rejimləri məhz bu ideologiyaya sadiqlik nümayiş etdirirlər. Bu insan Hitler Almaniyasının təbliğat nazirliyi ilə əməkdaşlıq edib. Hitler ideologiyasını erməni dilinə köçürən ideoloqlardan biri olub. Njdenin fikirləri ilə idarə olunan xeyli sayda etnik erməni Vermaxt mühafizə batalyonuna qoşulub. Unutmayaq ki, Krım yarımadasının yəhudi, ümumilikdə, yəhudi əhalisinə qarşı kütləvi repressiyaları məhz Vermaxt batalyonundan olan erməni hərbçilər həyata keçiriblər. Qaregin Njde türklərə qarşı da vuruşub. Buna görə də ermənilərin azərbaycanlı, türkiyəli, qazax, özbək və digər türkdilli xalqlara göstərdiyi mənfi münasibət təəccüb doğurmur. Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını qınayacaq sosial qrup yoxdur. Yeni nəsil Njde və digər qəhrəman adlandırılan şəxslərin ideologiyasının təbliğatı altında böyüyür. Hesab edirəm ki, Rusiya rəsmiləri bu məsələnin üstünə bir az da ciddi getməlidirlər. Yalnız bir rəsmi bəyanatla hər şeyi bitmiş saymaq olmaz. Görün ermənilər nə qədər harınlayıblar ki, faktiki olaraq, ruslarla düşmən mövqedə olan Njdenin heykəlini Rusiya ərazisində də ucaltmağa çalışırlar. Hesabatda doğru olaraq vurğulanıb ki, Azərbaycanda belə meyllər yoxdur”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ