18/06/2019 13:37
728 x 90

İtaliyadan miqrantlara qarşı dünyada bənzəri olmayan qərar… Göz görə-görə suda boğulacaqlar, onları kimsə xilas edə bilməyəcək…

Bəs Avropanın hər addımda öyündüyü insan haqları harda qaldı…

img

İtaliya hökuməti miqrantları ölümə sürükləyən qalmaqallı qərar qəbul etməyə hazırlaşır. Bəşəriyyət tarixində qara ləkə kimi dəyərləndirilən qərarla Roma hökuməti, xilas edilmiş hər bir miqranta görə, xilasedici humanitar təşkilatlara cərimə kəsəcək.

Baki-xeber.com xarici Türkiyə mediasına istinadən xəbər verir ki, sahil təhlükəsizlik qüvvələrinin təlimatlarına əməl etməyərək dənizdən xilas edilən və İtaliya limanlarına aparılan hər miqrant üçün humanitar təşkilatlara 3500-5500 avro arasında maliyyə cəzası verməyi palanlaşdırır.

  • Humanitar təşkilatlar, müəllifi İtaliyanın daxili işlər naziri Matteo Salvini olan layihəni dənizdə həyat qurtaran humanitar təşkilatlara qarşı savaş elanı kimi dəyərləndirib.

Layihə yaxın vaxtlarda hökumətə təqdim ediləcək, sonra isə parlamentdə səsverməyə çıxarılacaq.

Hesablamalara görə, sözügedən qərar 3 il əvvəl qüvvədə olsaydı, Sərhəd Tanımayan Həkimlər, dənizdən xilas edilən 80 min miqrant üçün təxminən 400 milyon avro ödəmək məcburiyyətində qalacaqdı.

Bu qərarı, hər fürsətdə dünyaya insan haqları dərsi keçməyə çalışan Avropada insanlığın iflası kimi dəyərləndirilir. İnsan həyatının xilas edilməsinin cinayət élan edildiyi İtaliyada artıq insanı yaşatmağın da bir cəzası olacaq.

Son xəbərlər