Bazar günü günü, 08 noyabr 2026
     

18 ildən sonra ABŞ-da yenidən Qarabağ sazişi imkanı – Amerika və Ermənistanın təhlükəsizlik şefləri görüşdü

Image


Ermənistan hakimiyyətinin mövcud davranış və fəaliyyəti işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsini hələ də dinc müstəvidə həll etməyə hazır olmadığını göstərir. Əraziləri işğal altında qalan Azərbaycan isə prosesin uzanmasını istəmir və güc yolu ilə işğal amilinə son qoya biləcəyini açıq şəkildə vurğulayır.

Buna rəğmən, hazırda Azərbaycan nəticəsi olan danışıqların olmasını da istədiyini xüsusi vurğulayır. Bu mənada, tərəflərin ABŞ-da keçirilməsi gözlənilən növbəti danışıqlarına indi maraq kifayət qədər böyükdür. Çünki məhz bu danışıqların nəticəsindən asılı olaraq məsələnin dinc, yoxsa güc müstəvisində çözüləcəyi bilinəcək.

Hazırda prosesdə növbəti danışıqlara ev sahibliyi edəcək Vaşinqtonun aktivləşməsi də müşahidə olunur. Bu fonda ABŞ prezidenti Donald Trampın xüsusi işlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Məlumata görə, Vaşinqtonda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunub. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıb. Ekspertlər isə ABŞ-ın məsələnin həllində fəalaşmasını vacib sayır. Çünki bu hal Rusiya ilə rəqabət yaradacğından, hər iki ölkənin müdaxiləsi nəticəsində konfliktin çözümü tezləşə bilər. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bu xüsusda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müsbət siqnallar var. Onun sözlərinə görə, Vaşinqton ATƏT-in Minsk Qrupu çərçivəsində Avropadakı tərəfdaşları və Rusiya ilə işləməyə hazırdır: “Son aylar görünür ki, münaqişənin həlində irəliləyiş əldə etmək mümkündür. İki ölkə rəhbərlərinin görüşləri, cəbhədə gərginliyin azalması, dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar... Bütün bunlar münaqişənin həlli ilə bağlı müsbət siqnallardır”. Qeyd edilən səbəblərdən Azərbaycan və Ermənistan təmsilçilərinin Vaşinqton görüşünə maraq böyükdür. Görüş baş tutsa, bu, tərəflərin 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk görüşü olacaq. Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşüblər. Masa üzərinə münaqişənin çözümü üçün müvafiq sazişin mətni qoyulsa da, Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermədyindən o imzalanmadı. İndi tərəflərin yenidən ABŞ-da bir araya gəlməsi fonunda istənilən nəticə hasil olmazsa, Azərbaycan savaşa start vermək məcburiyyətində qalacaq.

Məhz belə bir vaxtda Azərbaycanın başladığı yeni hərbi təlimlər də Ermənistan üçün xatırlatma sayılır. Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir. Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək. Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə vurğulayıb ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb.O bildirib ki, ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə nazirlik həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır: "Eyni zamanda, təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bizdən fərqli olaraq, Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaqarası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız “təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir. Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi İrəvan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir". Erməni tərəfinin də mövqeyindən belə bəlli olur ki, düşmən həqiqətən də Azərbaycanın növbəti güc nümayişindən ciddi narahatlıq keçirir. Məsələn, işğal altında olan Qarabağdakı qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan qeyd edir ki, Azərbaycan təlimləri boşu-boşuna keçirmir. O bu təlimlərin real döyüş əməliyyatlarına keçə biləcəyini istisna etmir: “Hərbi təlimlərin sayını artıran Azərbaycan ön xətdə nəzərəçarpan fəaliyyətlər  göstərir və bu onu onu deməyə əsas verir ki, yaxın gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlara şahid olacağıq”. Onun sözlərinə görə, cəbhə xəttinin müxtəlif istiqamətlərində aparılan mühəndis işləri bir neçə ay əvvəl başlayıb.  Müxtəlif xarakterli təlimlərin davam etməsindən danışan Abrahamyan ordumuzun fəallığını heç də azaltmadığını qeyd edib: “Azərbaycanın fəallığının artması danışıqlar prosesinin yenidən bərpa edilməməsi ilə əlaqədardır. Görüşlər olsa da, danışıqlar meydanının yaradılmasına nail olmaq mümkün olmayıb. Fəallığın artması gərginliyə səbəb ola bilər”. Digər erməni hərbi ekspert Leonid Nersisyanın  fikrincə, hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin artmasına gətirib çıxarır: "Müntəzəm və genişmiqyaslı təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətini daha da artıracaq. Münaqişə həll olunmadıqca, hərbi əməliyyatların yenidən başlanması risqi qalacaq. Ona görə Ermənistan bu çox arzuolunmaz müharibə risqinə hazır olmalıdır. Amma təəssüf ki, müharibəyə hazır deyilik". Erməni ekspert Azərbaycanın hərbi təlimlər yolu ilə İrəvana təzyiq göstərmək istədiyini də vurğulayır: "Azərbaycan Ermənistanı yavaş müharibəyə sürükləmək və onun bütün resurslarını tükəndirməyə çalışır".
 Ekspert Azərbaycanın ağır artilleriya və zirehli texnikadan istifadə etməsini təhlükəli fakt adlanıdırıb. Onun fikrincə, təlimlər hücum əməliyyatlarına xasdır:  
"Bu mənada, təlimlərin Ermənistan üçün təhlükəli perspektivdən xəbər verdiyini deyə bilərik. Təlimlərdə minlərlə hərbçinin və texnikanın toplaşması Ermənistanda narahatlıq hissi yaradır. Çoxminli ordunun sərhədlərimizə yaxın yerdə təlim keçirməsi narahatedicidir".

Sirr deyil ki, hərbi təlimlər müharibədəki real döyüşlərin ilkin variantıdır. Azərbaycan isə buna böyük əzmlə hazırlıq görürür. Bu mənada hesab edilir ki, Azərbaycan ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcək. Bu mənada fikirlər səslənir ki, yeni təlimlər Ermənistan hökuməti üçün Azərbaycanın son xəbərdarlığı da ola bilər. Yəni Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlər keçirməklə hər zaman müharibəyə hazır olduğunu göstərir. Məlum aprel döyüşlərində və Günnüt əməliyyatlarında əldə edilən uğurların timsalında düşmən özü də bunun şahidi oldu. İndi  Azərbaycan ordusu çevik hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin gücünə yaxından bələd olacaq.  Digər tərəfdən düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də zəruri addımlar atılır. Bu fonda davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan ordusu düşməndə böyük vahimə yaradır. Bu isə o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Qeyd edilənlər fonunda son illər ərzində Azərbaycan ordusunda keçirilən irimiqyaslı təlimlər getdikcə daha çox diqqət çəkir.  Belə təlimlər ordunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Təlimlərə böyük sayda şəxsi heyət, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnikaların cəlb edilməsi isə onun effektlivlyini daha da artırır. Eləcə də belə təlimlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir. Elə düşməni narahat edən başlıca məqamlardan biri də məhz budur. İndilikdə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması bu sahədə uğurları daha da artırır. Bütün bunlar isə Ermənistanla aparılan danışıqlar ölkəmiz üçün istənilən şərtlərlə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın güc yolu ilə istəyinə çatmasına lazımi imkanlar yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ