26/05/2019 05:55
728 x 90

Prezident xaricdən şpris idxalından Azərbaycanın canını qurtardı - FOTO / YENİLƏNDİ

İxrac üçün xaricdən sifarişlər də gəlməyə başlayıb

img

Prezident İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

Dövlət başçısı zavodu işə salaraq, istehsal prosesi ilə tanış olub və zavodun kollektivi ilə görüşərək xatirə şəkli çəkdirib.

Müəssisənin kollektivini salamlayan Prezident İlham Əliyev deyib ki, hər bir yeni müəssisənin açılışı onu sevindirir:”Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.

Bütövlükdə Pirallahı rayonunda işsizliklə bağlı problem, demək olar ki, yoxdur…Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir…

Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsinə daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. 

Son xəbərlər