Bazar günü günü, 08 noyabr 2026
     

Sanksiyalar İran iqtisadiyyatını çökdürür, Azərbaycan-İran ticarət əlaqələrində maraqlı proses başlayır…

Image


Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olan İranda ABŞ sanksiyaları səbəbindən iqtisadiyyatda ciddi çətinliklər müşahidə olunmaqdadır. Belə vəziyyət davam edəcəyi təqdirdə İran və Azərbaycan arasında ticarət dövriyyəsində müəyyən dəyişikliklərin olması gözlənir.

Məsələn, istisna edilmir ki, İrandakı indiki bahalaşma davam edərsə, Azərbaycandan bu ölkəyə ixrac artacaq. Bu barədə danışmazdan öncə qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Yeni sanksiyalar İranın metallurgiya, alüminium və mis istehsalı və ixracı sahələrinə tətbiq edilib.

Sanksiyalar fonunda İranda inflyasiya tempi sürətlə artır. "TradingEconomics"in məlumatına görə, aprel ayında ölkədə ötən illə müqayisədə istehlak qiymətləri 51,4 faiz artıb. Ən yüksək qiymət artımı ərzaq məhsullarının satışında müşahidə olunub və 84 faiz təşkil edib. Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox bahalaşıb. Bütün bunlar fonunda Azərbaycanla İranın iqtisadi münasibətlərinin gələcəyi də xüsusi maraq doğurur. Xatırladaq ki, iqtisadi müstəvidə son iki ildə bu iki ölkənin münasibətləri yüksələn xətlə irəliləyib. Xüsusən də energetika, nəqliyyat, iqtisadiyyat və turizm sahəsində əlaqələr xeyli yüksəlib. İran tərəfi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolu xəttinin də istifadəyə verilməsindən sonra İranla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatacağını proqnozlaşdırır. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin miqdarı gömrüklər vasitəsilə 500 milyon, neft ixracatı üzrə 350 milyon, turizm sektorunda isə 400 milyon dollara çatıb. Amma ABŞ-ın kəskinləşən sanksiyaları vəziyyəti dəyişir. Düzdür, real vəziyyətin təhlili göstərir ki, Azərbaycan bu prosesdən itirən tərəf olmayacaq. Əksinə, İranda bahalaşma  davam edəcəyi təqdirdə artıq Azərbaycandan bu ölkəyə ixracın artması proqnozlaşdırılır. Məsələnin bu tərəfinə nəzər salan iqtisadçı-ekspert Vüqar Bayramov öncə qeyd edir ki, ABŞ sanksiyalarının İran iqtisadiyyatına həqiqətən də mənfi təsiri müşahidə olunmaqdadır və növbəti dövrlərdə də bu təsirlərin artacağı gözlənir: "Güman olunur ki, məhz sanksiyalar fonunda İran iqtisadi və sosial baxımdan zəifləyəcək. Bir tərəfdən qiymətlərin artmasının sosial təsirləri var. Digər tərəfdən İrana daxil olan valyutanın həcmində azalmalar var. Bu da rialın məzənnəsinin aşağı düşməsinə və istehlak qiymətlərində artıma gətirib çıxarıb. Son sanksiyalar daha sərtdir və bu fonda İran iqtisadiyyatının zəifləməsini müşahidə edirik".

İranda iqtisadi vəziyyətin Azərbaycana təsirinə gəlincə, ekspert bildirib ki, İran Azərbaycan üçün vacib qonşulardan biridir və ölkəmiz İranda iqtisadi vəziyyətin pisləşməsində maraqlı deyil: "Son dövrlər Azərbaycanla İran arasında ticarət dövriyyəsi artır. Bu baxımdan İrandakı iqtisadi vəziyyət ticarət münasibətlərimizə birbaşa təsir göstərəcək. 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollar olub. Bu, 2017-ci illə müqayisədə 1,7 dəfə, 2016-cı illə müqayisədə 2 dəfə, 2015-ci illə müqayisədə isə 3,6 dəfə çoxdur. 2015-ci ildən başlayan bu tendensiya kifayət qədər müsbətdir".

Onun fikrincə, güman olunur ki, İranda iqtisadi çətinliklər iki ölkə arasında ticarət dövriyyəsinə təsir göstərəcək: "Sanksiyalar davam edərsə, növbəti dövrlərdə Azərbaycanla İran arasında ticarət dövriyyəsində azalmaların olacağı gözlənir. Digər tərəfdən, Azərbaycan İrandan ərzaq və eləcə də kənd təsərrüfatı məhsulları idxal edir. Dollar ifadəsində İrandan idxal edilən məhsulların həcmində kəskin artımlar var. İranda qiymətlərin artması bu ölkədən idxal edilən məhsulların qiymətinə də təsir göstərəcək. ABŞ-ın İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etməsinin Azərbaycana ciddi təsirinin olacağı gözlənilmir. Çünki Azərbaycana metallurgiya məhsullarını idxal etmək üçün Rusiya və Ukrayna kimi ölkələr var və Azərbaycan həmin ölkələrlə birbaşa əməkdaşlıq edir. Son dövrlər ölkəmizdə yerli istehsalın həcmi də artıb. O baxımdan İranda metallurgiyaya tətbiq edilən sanksiyalar bu sahədə Azərbaycan-İran əlaqələrinə təsir göstərməyəcək". 

Xatırladaq ki, Rusiyaya da sanksiyalar tətbiq edilərkən bunun Azərbaycana hansı təsirlər göstərəcəyi xüsusi maraq dairəsində yer alırdı. Amma ötən illərin təcrübəsi göstərdi ki, bu hansısa ciddi problemlər yaratmayıb. Əksinə, ticarət dövriyyəsinin həcmi daha da artıb, Azərbaycandan Rusiyaya ixracın həcmi kəskin şəkildə çoxalıb. Xüsusən də qeyri-neft sektoru üzrə məhsullar indi Rusiyaya daha çox göndərilir. Elə İranla da analoji vəziyyətin yaranması gözlənir. Sadəcə, burada problem odur ki, ABŞ İrana qarşı savaşa rəvac versə, həmin ölkədən Azərbaycana xeyli sayda qaçqın axınının olması gözlənir. Hadisələrin gedişi isə ABŞ-İran savaşının qaçılmaz olduğunu üzə çıxarır. Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov bildirir ki, savaş qaçılmaz olacaq və İran məsələsinin həlli üçün ABŞ əbəs yerə bölgəyə böyük sayda hərbi qüvvə cəmləşdirmir. O bu məsələdə üç ssenarini ağlabatan sayır: “Birinci variant İranın nüvə kompleksi obyektlərini məhv etmək qəsdilə miqyasca məhdud aviasiya-raket zərbəsi endirməkdir”. Sivkovun sözlərinə görə, ikinci variant Yuqoslaviya ssenarisi üzrə İran iqtisadiyyatını alt-üst etmək məqsədilə əhatəli hava kampaniyası keçirmək ola bilər. Amma bu halda 120 minlik qruplaşmanı artırmaq lazım gələcək: “Əsas resurslar aviasiya qruplaşmasına qulluğa və qorumağa göndərilməlidir”. Sivkov İrana qarşı sürəkli savaşın başlanması və ərazisinin işğalını da istisna etmir: “Üçüncü variant quru qoşunlarını İran torpaqlarına yeritməklə tammiqyaslı savaş aparmaqdır, İraq savaşında olduğu kimi”. Onun sözlərinə görə, belə əməliyyat üçün 120 min hərbçi bəs deyil və qruplaşmanı, ən azı, səkkiz dəfə artırmaq lazım gələcək. 20 minlik qruplaşma nöqtə əməliyyatları üçün çoxdur, işğaldan ötrü ciddi hərbi kampaniya üçün isə heç nədir. İran böyük, güclü ölkədir, hətta İraq da deyil. Hər şey hələlik psixoloji savaş çərçivəsində baş verir. Hərbi əməliyyatın olub-olmayacağı isə İran hökumətinin öz şanslarını nə qədər adekvat dəyərləndirdiyindən, nə qədər hərbi həllə təşəbbüs edib-etmədiyindən asılı olacaq”.  

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ