Bazar günü günü, 08 noyabr 2026
     

Jurnalistin peşə fəaliyyəti başında təhqir olunmasına Mətbuat Şurası da reaksiya verdisə...

Image


“MŞ-yə ünvanladığım açıq məktuba MŞ rəhbərliyinin dərhal reaksiya verməsi onu göstərdi ki, bu qurum jurnalistlərin üzləşdikləri problemlərə həssas yanaşır və onun həllinə çalışır”

 

Jurnalistlərin işi problemləri obyektiv şəkildə ətraflı araşdırmaq, qarşı tərəfin də mövqeyini öyrənməklə işıqlandırmaqdır. Lakin bəzən jurnalist yazdığı yazıya görə müxtəlif vəzifəli şəxslərin hücumlarına məruz qalır. AFN saytının əməkdaşı, həmkarımız Həbibə Abdulla kimi. Məlum olduğu kimi, Həbibə Abdulla müəllimlər tərəfindən təhqir olunub.

Xanım jurnalist Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin, Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqirə və hədə-qorxulara məruz qalıb. O bu barədə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya etdiyi müraciətdə geniş bəhs edib.

H.Abdullanın müəllimlər tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qalması faktına Azərbaycan Mətbuat Şurası da reaksiya verib. Qeyd edək ki, H.Abdulla qarşılaşdığı problemlə bağlı Azərbaycan Mətbuat Şurasına açıq məktubla müraciət edib.

Azərbaycan Mətbuat Şurası jurnalist H.Abdullanın müəllimlər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb. Qurumun yaydığı bəyanatda bildirilir ki, söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. “Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.

Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda, qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətinə həssas yanaşması, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etməsi mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. “Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı H.Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir. H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin, Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib.

Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir” - deyə sənəddə vurğulanır.

Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist H.Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırıb. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcək.

  • “Bütün bunlarla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova da açıq məktub ünvanlamışam”

Həmkarımız H.Abdulla “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mətbuat Şurasının hadisəyə operativ reaksiya verməsi məsələnin həllinə müsbət təsir göstərəcək. “Mənim Mətbuat Şurasına (MŞ) ünvanladığım açıq məktuba MŞ rəhbərliyinin dərhal reaksiya verməsi onu göstərdi ki, bu qurum jurnalistlərin üzləşdikləri problemlərə həssas yanaşır və onun həllinə çalışır. Üzləşdiyim problemə həssas yanaşdıqlarına və operativ reaksiya verdiklərinə görə MŞ sədri Əflatun Amaşov başda olmaqla hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, hər iki vəzifəli şəxs tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qalmağımla bağlı əlaqədar qurumlar lazımi addımlar atacaqlar. Mən bir jurnalist kimi konkret faktlar araşdırmışam, qarşı tərəfin də mövqeyini öyrənərək bunu yazıda əks etdirmişəm.

Çox təəssüf ki, son vaxtlar jurnalistlər bəzi vəzifəli şəxslər tərəfindən tez-tez təhqir və təhdid hədəfi olurlar. Bu durum əfsuslar olsun ki, məndən də yan keçməyib. Müəllim adı daşıyan insanlar haqlarında peşə etikasının əsası olan qarşı tərəfin mövqeyi prinsipini qorumaqla yazdığım yazıya görə mənə ağır təhqir ünvanladılar. Tural Mirzəliyevin məktəbində baş verdiyi bildirilən insident haqda özünün rəyini alaraq yazı yazmışdım, gedib şəxsimə qarşı əxlaq söhbəti edib. Bu haqda Təhsil Nazirliyi rəsmiləri ilə söhbətim oldu, çox təəssüf ki, şəxsi söhbətlərdə direktorun uyğun rəftar sərgiləmədiyini dedilər, amma rəsmi mövqe bildirmədilər. Mən direktorun şəxsi həyatı haqda yazı yazmamışdım, onu nəinki təhqir, heç tənqid də etməmişdim o yazıda, amma təhqirlə cavab verdi. Əliqulu Quliyev haqda da daxil olan şikayət məktubunu özünün rəyini almaqla işıqlandırmışam, 1 ildən də çox müddət keçdikdən sonra zəng edib ağır sözlərlə məni təhqir edib, yazını çıxarmayacağım təqdirdə "başıma oyun açacağı" ilə hədələyib. Özü də GDU-nun Etika komissiyasının sədridir. Bütün bunlarla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova da açıq məktub ünvanlamışam. Ümid edirəm ki, bu qurumlar tərəfindən mənə qarşı baş verənlər ətraflı şəkildə araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək” - deyə H.Abdulla qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ