23/07/2019 20:26
728 x 90

Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib - YENİLƏNDİ

img

Prezident İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. Çex Respublikası Prezidentin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini deyib, iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək, Çex Respublikası hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini bildirib və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə edib.

Dövlət başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər