15/10/2019 19:13
728 x 90

Orduxanın təklikdə Azərbaycan Prezidentinin səfər günləri etdikləri - son 20 ildə xaricdəki ermənilər belə davranış sərgiləməyib

“Belə adamların diasporla heç bir əlaqəsi yoxdur”

img

Məlum olduğu kimi, Azərbaycan Prezidenti Brüsseldə düzənlənən mühüm bir tədbirdə iştirak etmək üçün həmin şəhərə rəsmi səfər etdi. Ölkə başçısını səfərdə Avropanın müxtəlif ölkələrindən olan diaspor fəalları sevinc və coşqu ilə qarşıladılar.

Görünür, bu amil bəzi “sapı özümüzdən olan baltaları” ciddi narahat etməyə başladı. Həmin hadisənin səhəri günü ölkə başçısının qaldığı otelin qarşısında tərbiyəsizlik üzrə ad çıxarmış, uzun saçlı Orduxan Teymurxan görünməyə başladı. Maraqlıdır ki, əvvəl onun yanında kimlərisə görmək olurdu, ancaq bu dəfə tək idi. Artıq paylaşdığı videolara baxış sayından da görünür ki, özünü gülüş obyektinə çevirən bu şəxsin iç üzü tam ifşa olunduğundan, ona heç kim baş qoşmaq istəmir. Özünü zooparkdakı vəhşilər kimi aparan bu adam əlinə bir telefon alıb canlı yayıma qoşularaq ölkə başçısının maşın kortejinin ətrafında, sözün əsl mənasında, meymunluq etməyə başladı. Azərbaycan dövlətinin əleyhinə müəyyən tərbiyəsiz şüarlar səsləndirməklə elə zənn etdi ki, ölkəmizi nüfuzdan salmış oldu. Ancaq unudur ki, onun bu hərəkəti, avtomatik olaraq, gözümüzün önündə düşmənlərimizi canlandırdı. Çünki biz daha çox ölkəmizin rəsmilərinin səfər etdiyi ölkələrdə onların qaldıqları və ya tədbir keçirdiyi binaların önündə düşmənlərimiz olan ermənilərin etiraz aksiyası keçirdiyinin, qışqır-bağır saldığının şahidi olmuşuq. Ancaq Orduxanın hərəkətlərinə fikir verdikdə açıq göründü ki, onun etdiyi canfəşanlıq, ölkəmizi nüfuzdan salma cəhdi hətta erməniləri də geridə qoyurdu. Azərbaycan diasporunun təmsilçisi adından danışan bu adamın hərəkətləri insanlığa və azərbaycanlı mövqeyinə sığmır.

  • İsmayıl Ağayev: “Onun etdiyi tərbiyəsizlik ən sərt qınağa layiqdir” 

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, həmin mənzərəni o da ürək ağrısı ilə seyr edib: “Sizi inandırım ki, qəzəbimdən cümlələri də necə quracağımı bilmirəm. Mübarizə formları cürbəcür olur. Etirazın da bir forması var. Onun etdiyi hərəkət heç bir əndazəyə sığmırdı. Bunun bir adı var - səviyyəsizlik. Belə adamların diasporla heç bir əlaqəsi yoxdur. Bu xislətdə adamdan heç vaxt diaspor ola bilməz. Onlar yaxşı şəraitdə yaşamaq üçün xaricə qaçanlardır. Heç Vətənin dar günündə də burda olmayıblar. Birmənalı şəkildə onun etdiyi tərbiyəsizlik ən sərt qınağa layiqdir. Onu bu işə təhrik edən təşkilatlar da bilsinlər ki, belə addımlarla ancaq nifrət qazana bilirlər. Bu hərəkətlərlə bağlı hüquqi vasitələrə əl atmaq lazımdır. Bütün dünyanın gözü qabağında adam xuliqanlıq edirsə, niyə məsuliyyətdən kənarda qalmalıdır? Azərbaycan dövlətinə onların səviyyəsinə enmək yaraşmaz. Onlarla küçədə söyüşmək bizlik deyil. Hüquqi vasitələrlə onların qarşısı alınmalıdır. Həmin ünsürlər ölkənin bütün simvollarını təhqir edirlər. Onlar da məhz bunu istəyirlər ki, Prezidentin qorumalarından kimsə bir sərtlik göstərsin. Sonra da həmin faktı əllərində bayraq edib gəzsinlər. Mən həmin hadisədə bizim rəsmi qurum nümayəndələrinin səbrli davranışını təqdir edirəm. Vətənini sevən bir şəxs heç vaxt xarici ölkədə belə biabırçılığa əl atmaz. Orduxana hazırda ən böyük dəstəyi ermənilər verirlər. Girin onların saytlarına baxın. Çünki bu cür hərəkətlərlə bağlı fikirləri üst-üstə düşür”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər