Bazar günü günü, 08 noyabr 2026
     

“Təzadlar” qəzetini yenidən “Qara siyahı”ya qaytaran səbəblər…

Image


Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apelyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib.

Bunun səbəbi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub. Eyni zamanda, ona “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, A.Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Maraqlıdır ki, A.Mərzili  MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə, belə demək mümkünsə, “separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir.

Peşəkarlar, o cümlədən diqqətli oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi “qara siyahı” barədə məlumatlıdır. Hər kəs bilir ki, Şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nın prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri - “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” və nəhayət “qara siyahı”ya daxil etməkdir. “Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı “qara siyahı”dadır.

Tövsiyələri, xəbərdarlıqları saya salmayan A.Mərzili yalnız adının “qara siyahı”ya düşməsindən sonra prosesi ciddiyə alıb. Lakin yenidən yanlış addımlar atmaqda davam edir. Hazırda “Təzadlar” qəzetinin səhifələrində AJPDQ-nın prinsiplərini ciddi şəkildə pozan, paralel olaraq, MŞ-nin rəylərini şübhə altına alan məqalələr yayımlanır, oxucuları çaşdırmağa cəhd göstərilir. Ancaq cənab Mərzili istəsəydi, durum bu qədər kəskin həddə çatmazdı.

MŞ monitorinq qrupu “Təzadlar” qəzeti və A.Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudir. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir.

Cənab Mərzilinin bu yanaşma tərzi “Təzadlar”ı dəfələrlə çətin duruma salıb. Bəzən belə dəst-xətt ölkəmizin maraqlarına zidd olub. Diqqət yetirək, “Təzadlar” qəzeti 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıç barədə məqalə dərc etmişdi. Məqalə Mərzilinin həsəd və qısqanclıq hissləri zəminində yazılmışdı. Reallıq bu idi ki, keçmiş səfir həmin vaxtlarda redaksiyalara baş çəkir və kiçik xatirə hədiyyələri təqdim edirdi. “Təzadlar” isə bunu Səfirliyin guya mətbuatı ələ alması kimi göstərmişdi. Halbuki səfir “Təzadlar”ın redaksiyasını ziyarət etsəydi, bu bəsit motivə əsaslanmış iddia ortaya çıxmazdı. Başqa cür düşünmək üçün əsas yoxdur. Buna və digər məsələlərə görə MŞ qəzetin adını “qara siyahı”ya daxil etmişdi. Lakin beş illik fasilədən sonra Mətbuat Şurası A.Mərzilinin xahişini nəzərə alaraq  “Təzadlar”ın adını “qara siyahı”dan çıxartdı. Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıtdı.

A.Mərzili və rəhbərlik etdiyi “Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır. Təsəvvür edin ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son bir il müddətində keçirdiyi bütün iclasların gündəliyində “Təzadlar” qəzetindən şikayətin müzakirəsi yer alıb. Komissiyanın 20 noyabr  2018-ci il tarixli iclasında (BDU-nun dosenti Rəşid Cabbarovun  şikayəti üzrə) və 14 dekabr 2018-ci il tarixli iclasında (Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə daimi nümayəndəliyinin rəhbəri Elxan Mahmudovun və “Psixologiya” jurnalının təmsilçisi V.Abduləzimovun şikayəti üzrə, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri Akif Kərimovun şikayəti üzrə) “Təzadlar” qəzeti və “təzadlar.az”  saytı barədə şikayətlər  araşdırılıb, şikayət doğuran materiallarda AJPDQ-nın balans prinsipinin pozulduğu müəyyən edilib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Təzadlar” qəzeti və “təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq olunub. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunanların fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın. Amma cənab Mərzili özünün də iştirakı ilə keçirilmiş bu iclaslardan sonra razılaşmaları pozub, şikayətçilərə qəzetdə fikirlərini çatdırmaq imkanı verməkdən yayınıb. 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 15 yanvar  2019-cu il tarixdə keçirilmiş iclasında vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin -UNEC-in professor/müəllimlərinin “Təzadlar.az” saytına  qarşı şikayətləri araşdırılıb. Həmin müraciətlərdə iddia olunurdu ki, saytda Azərbaycan Dövlət İqtisad Universiteti-UNEC barədə qısa müddət ərzində 255-ə yaxın məqalə yayımlanıb. Məqalələr şər, böhtan xarakterlidir. Həmin 255 məqalədən yalnız 20-yə yaxını MŞ üzvlərinə təqdim edilmişdi.

Komissiya müəyyən edib ki, son vaxtlar “Təzadlar.az” saytı barədə MŞ-yə ünvanlanmış şikayətlər intensivləşib. Şikayət doğuran materiallarda AJPDQ-nın əksər prinsipləri pozulub. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirmələrə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn versiyası üzrə materiallar MŞ-nin monitorinq qrupuna  yönləndirilsin. A.Mərziliyə də tövsiyyə edilib ki, kampaniya xarakterli yazıları bir həftə müddətində dayandırsın, monitorinq qrupunun mövcud məqalələr üzərində araşdırma aparmasına şəriat yaratsın. Baş redaktor bu şərtlə razılaşdığını bildirsə də, həmin günün ertəsi şərtləri pozub, Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə yanaşı, MŞ üzvlərini də tənqid hədəfinə çevirən yazılar yayımlamağa başlayıb. Şura üzvləri ilə “separat danışıq”ında isə etiraf edib ki, həmin məqalələrin sifarişçiləri onların yayımının bir həftəlik dayandırılması ilə razılaşmırlar və bu səbəbdən Şikayətlər üzrə Komissiyanın tövsiyələrini qəbul etməməyə məcburdur. Göründüyü kimi, “Təzadlar” qəzeti üçün “qara siyahı”dan başqa yol qalmır.

Azərbaycan Mətbuat Şurasının katibliyi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ