Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın təcavüzü Qafqazda hətta Çinin də maraqlarına zərbə vurmağa başlayır

Image


Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun bütün Cənubi Qafqaz, eləcə də MDB və şərqi Avropa məkanı üçün ciddi təhdid mənbəyi olması barədə Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdarlıq edib. Artıq dünya ictimaiyyəti, xüsusən də Qafqazda geosiyasi, geoiqtisadi maraqlarını reallaşdırmaq istəyən ölkələr də qəbul edir ki, həqiqətən Dağlıq Qarabağ konflikti böyük təhlükə mənbəyidir.

Eyni zamanda, məhz bu münaqişə regionda daha böyük və genişmiqyasıl transmilli layihələrin həyata keçməsində də ciddi təhdidlər yaradır. Bu məsələ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Brüsseldə yenidən diqqət mərkəzinə çatdırılıb.

Nazir diqqətə çatdırıb ki, Dağlıq Qarabağ konfliktinin həll edilməməsi regional potensialın tam açılmasına ciddi maneə olaraq qalır: “Bəzi regional perspektivlər, o cümlədən qarşılıqlı fəaliyyət, ticarət layihələri və digər təşəbbüslər həll edilməmiş konfliktlərin əsiri olaraq qalır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi daha böyük səviyyəli regional əməkdaşlığın əldə edilməsi üçün maneə yaradır. Biz gərək regionun potensialını tam açaq”. Beləliklə, Azərbaycan münaqişənin həlli ilə regionda daha böyük əməkdaşlığın qurulmasında maraqlı tərəf qismində çıxış etdiyini açıq şəkildə bəyan edir. Sadəcə, Ermənistanın mövqeyi üzündən məsələnin həlli uzanır və bu, regionda maraqlı tərəflərin niyyətlərinin uğurla reallaşmasına da ciddi əngəl yaradır. Halbuki, regionda ABŞ və Avropanın, eləcə də Rusiyanın, hətta artıq Çinin çox ciddi maraqları mövcuddur. Sadəcə, bu maraqların reallaşmasında ən böyük ənggələrdən biri məhz Qarabağ münaqişəsidir. Elə bu səbəbdən Qərb ölkələri, hətta Rusiya kofnliktin mümkün qədər tez həllində maraqlı olduqlarını artıq açıq şəkildə vurğulayır. Bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy da təsdiq edir: “Rusiya istəyir ki, Azərbaycan və Ermənistan arasında olan bu münaqişə bu və ya digər formada həll olunsun. Vacibdir ki, hər iki ölkənin ziyalıları xalqları sülhə çağırsınlar. Çünki sadə insanın deyə bilmədiyini, cəmiyyətin fikrini məhz ziyalılar formalaşdırır. Çox zaman elə ziyalılar tərəfindən də müharibə çağırışları olur. Dağlıq Qarabağ münaqişəsi də hansısa mənada özünə Ermənistan ziyalıları tərəfindən mövqe qazanmışdı. Ona görə də çox vacibdir ki, ziyalılar öz sözlərini desinlər, izah etsinlər ki, hadisələr bundan sonra necə inkişaf edə bilər. Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında sülh Rusiya üçün ən yüksək qazancdır. Bu gün Azərbaycan rəhbərliyi bu vəziyyətdən çıxmaq, münaqişəni həll etmək üçün çox şey edir. Bilirsiniz, bütün müharibələr əvvəl-axır sülhlə nəticələnir. Biz bir-birimizin gözlərinin içinə baxmağı öyrənməliyik. Çünki bir yerdə yaşamağa məcburuq. Rusiyanın bu məsələdə mövqeyi sadədir. Bu binada mənim, Rusiya XİN rəhbəri Sergey Lavrovun ümumi mövqeyi var. Biz hər hansı bir köməyi göstərməyə hazırıq. Lakin bunun üçün real formatı anlamaq, başa düşmək lazımdır. Ümid edirəm ki, iyun ayının əvvəlində Ermənistandan olan həmkarlarımla danışıqlar aparacağam. Ancaq bundan sonra Azərbaycandan olan həmkarlarım üçün nəsə formalaşdıra bilərəm. Bu məsələdə Azərbaycan tərəfinin mövqeyinin birmənalı olduğunu bilərəm. Azərbaycan rəhbərliyi, prezident İlham Əliyev bu problemin real nizamlanmasına niyyətlidir”. Onun sözlərinə görə, münaqişənin həlli regionda əməkdaşlığa yeni nəfəs gətirəcək, qarşılıqlı əlaqələrin inkişafına mühüm təkan verəcək. Sadəcə, bunun reallaşması üçün Ermənistanın müvafiq addımlar artması vacibdir. Çünki Mixail Şvıdkoyun özünün də dediyi kimi Azərbaycan rəhbərliyi məsələnin həllində maraqlıdır və bunun mümkün qədər tez həyata keçməsini istəyir.

İndilikdə Bakının başlıca məqsədlərindən biri də budur ki, regionda maraqlı dövlətlər, o cümlədən də Rusiya məsələnin çözümü üçün Ermənistana real təzyiq göstərsin. Hazırda, sadəcə, münaqişənin həlliən çağrışlar olur, Bakı isə bu çağrışların real ıddımlarla müşayiət olunmasını istəyir. Rusiyalı politoloq Aleksey Fenenko tezliklə belə təzyiqlərin olmasını istisna etmir. O, ilk növbədə Kremlin özünün İrəvana müəyyən təzyiq rıçaqlarını işə salmasını mümkün sayır. Ekspert bunu regionda Rusiyanın maraqları, eləcə də İrəvanı cəzalandırmaq tədbirləri fonunda izah edir:  “Faktdır ki, Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gəlişindən sonra Rusiya - Ermənistan münasibətlərində müəyyən soyuma hiss olunur. Rusiyanın siyasi “isteblişment”i Ermənistanın yeni siyasi elitasına etibar etmir. Dmitri Medvedyev və Nikol Paşinyan arasında keçirilən son görüş bunun bariz nümunəsidir.  Rusiyada Ermənistandakı yeni hakimiyyətə ehtiyatla yanaşırlar. Ötən il ərzində Moskva rəsmi İrəvandan bir dostyana jest belə görməyib. Paşinyan vaxtaşırı Rusiya ilə tərəfdaşlıq və dostluqdan dəm vurur. Bununla belə, Ermənistan NATO ilə tərəfdaşlıq üzrə bütün proqramları qoruyub saxlayır və onların genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Ermənistanın və Avropa İttifaqı arasında 2017-ci ilin dekabr ayında imzalanmış assosiasiya haqda müqavilə hələ də qüvvədədir və bu sənəd, öz növbəsində,  Avrasiya İqtisadi Birliyi çərçivəsində qəbul olunmuş vahid gömrük tarifləri üzrə siyasətlə ziddiyyət təşkil edir. Ermənistan ötən ilin sentyabr ayından etibarən faktiki olaraq KTMT-nin işinə əngəl yaradır. Artıq Belarus və Qazaxıstan tərəfləri də bununla bağlı narazılıq ifadə edib.

Baş nazir Paşinyan vaxtaşırı əksəriyyəti NATO üzvü olan Avropa İttifaqı ölkələrinə baş çəkərək, onların Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakının genişləndirilməsi ilə bağlı və ya sadəcə, Ermənistanla hərbi tərəfdaşlıq üzrə danışıqlar aparır. Moskva isə bundan narahatdır, onlar Paşinyanın Ermənistanın siyasi kursunu tamamilə Qərb istiqamətində yönləndirəcəyindən, sonuncunun isə İrəvanın anti-Rusiya strategiyasına xeyir-dua verəcəyindən ehtiyat edir”. Ekspert bütün bunların Rusiyada ciddi narahatlıq yaratdığını qeyd edir: “Digər tərəfdən, Rusiya artıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş istəyir. Ən azı o baxımdan ki, regionda əsas aparcı dövlət olduğuun göstərsin. Eyni zamanda, Rusiya regional bağlı yeni geoiqtisadi yanaşmasında da münaqişənin həllini istəyir. Sadəcə, Ermənistan buna maksimal dərəcədə maneə yaratmağa can atır”. Onun sözlərinə görə, Moskva İrəvanı Qarabağ kartı ilə cəzalandırmaqda artıq maraqlı tərəfə çevrilib: “Çünki  Moskva indiki şəraitdə İrəvanın Avrasiya İqtisadi Birliyinin sıralarını tərk edəcəyindən ehtiyat edir. Belə bir gedişat yeni yaranmış təşkilata ağır zərbə olar. Kreml eyni zaman Ermənistanın hərəkətlərinin KTMT-nin təməllərini sarsıda biləcəyindən ehtiyat edir. Ölkə, bundan əvvəl də dediyim kimi, KTMT-nin işini əngəlləyir. Məhz bu durumda Qarabağ cəbhəsində Ermənistanı sarsıdacaq dəyişikliklərin olması Paşinyan iqtidarının sonunu gətirə bilər. Rusiya artıq bu məsələdə maraqlı tərəf kimi görünür”.

Ekspert Qarabağ münaqişəsinin nizamlanmasında İrəvanın indiki mövqeyinin də Moskva tərəfindən xoş qarşılanmadığını qeyd edir: “Baş nazir Paşinyan daima Qarabağ münaqişəsinin nizamlanma yollarından söz açır. Hansısa yolları axtarmaq nəyə lazımdır axı? 2016-cı ilin iyun ayında Peterburqda Rusiyanın vastiəçiliyi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə ilkin addımlardan ibarət plan razılaşdırılıb. Söhbət, xüsusilə Qarabağ ətrafı yeddi (2+5 formulası ilə) Azərbaycan rayonunun hərbsizləşdirilməsindən gedir. Altında Ermənistanın imzası olan bu plan niyə də gerçəkləşdirilməsin? Paşinyan özünü elə aparır, sanki belə bir plan heç olmayıb. Onda İrəvan imzanı geri götürüb, razılaşmadan imtina etməlidir. Yox, Paşinyan onunla razılaşırsa, onun Qarabağ problemi üzrə yeni sənəd ərsəyə gətirmək üçün nədən ABŞ və Fransa ilə danışıqlar apardığı aydın deyil. Beləcə, zərbə altında Rusiya diplomatiyası qalır: çünki Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqi ola-ola Moskvanın vasitəçiliyi ilə münaqişənin nizamlanmas üzrə hazırlanmış plana məhəl qoymur".

Hazırda əksər ekspertlər hesab edir ki, prosesdə hər hansı irəliləyiş olmasa, münaqişə daha da kəskinləşəcək. məslənin bu tərəfinə nəzər salan Aleksey Fenenko  qeyd edir: "Hələ ki, Dağlıq Qarabağda hərbi münaqişə perspektivi o  qədər də böyük deyil. Ancaq perspektiv olaraq belə bir variantı istisna etmək olmaz. Paşinyan danışıqlar prosesinə qondarma “Dağlı Qarabağ hökuməti”dən nümayəndə heyətinin qoşulmasına israr edir, bu isə Azərbaycan üçün yolverilməzdir. Bu danışıqlar prosesinin iflasına səbəb olsa, təmas xəttində yeni toqquşmaların meydana gəlməsinə yol aça bilər.  Ermənistanda  çoxları KTMT-nin 2016-cı ilin oktyabr ayında İrəvanda keçən sammitində qəbul olunmuş qərarından narazıdır. Belə ki, həmin sənədə göə, KTMT-in təhlükəsizlik qarantları yalnız Ermənistan Respublikasına şamil olunur, Dağlıq Qarabağa yox (Yeri gəlmişkən, bu məqam 2018-ci ilin may ayınd Ermənistanda “rəngli inqilaba” təkan vermiş nüanslardan olub). Paşinyan hökuməti NATO ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsi hesabına situasiyanın balanslaşdırılması, hətta ABŞ-ın simvolik hərbi iştirakı variantını nəzərdən keçririr. Ancaq bu, Türkiyə və İran üçün yolverilməzdir, Rusiya üçün də təhlükəlidir, KTMT-nin qorunub-saxlanılması perspektivi baxımından. Onra görə Rusiyada çoxları Paşinyana dərs verməyin vaxtının çatdığını düşünür".

Ümumiyyətlə, hesab edilir ki, yaxın tezlikdə Moskva, eləcə də Qərb ölkələri İrəvanın Qarabağ məsələsinəd müəyyən gedişlər etməsi üçün Ermənistana təzyiqlərini artıracaq. Bu, həm də Azərbaycan diplomatiyasının uğurlu gedişlərinin nəticəsi kimi qəbul olunur. Çünki Bakı Qafqazı beynəlxalq miqyasda əməkdaşlığın əsas ünvanlarından biri qismində görmək istəyir. Bunun əsas şərtlərindən biri isə Qarabağ münaqişəsinin həllidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ