Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ İraqa müdaxilə etmiş əsgərlərin sayı qədər ordunu İranın üstünə göndərir

Image


Yaxın Şərqdə hadisələrin gedişi artıq Azərbaycanın cənub sərhədlərində təhlükəli savaşın başlanmasının qaçılmaz olduğunu göstərir. Belə görünür ki, ABŞ İranla məsələni savaş yolu ilə həll etməkdə israrlıdır. Bunun üçün artıq ilkin hazırlıqlar da başlanıb. Elə bu fonda məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-15 və F-35 təyyarələri Bəsrə körfəzinin hava məkanında İrana qarşı kəşfiyyat əməliyyatları aparır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban bildirib ki, döyüş təyyarələri ABŞ qüvvələrini və mənfəətini ən yaxşı formada müdafiə etmək üçün körfəzə göndərilib. Qeyd edək ki, ABŞ ötən həftə İrandan gələ biləcək təhdidlərə qarşı tədbir görmək məqsədilə "USS Abraham Lincoln" təyyarə gəmisi ilə 4 nüvə potensiallı B-52 bombardman təyyarələrini körfəzə göndərmişdi. Pentaqon səbəb kimi İranın bölgədəki ABŞ hərbi qüvvələrinə qarşı hücuma keçmək niyyətini göstərmişdi. İndi isə “The New York Times” qəzeti Pentaqondakı və Ağ Ev administrasiyasındakı mənbələrə istinadən bildirir ki, ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent də göndərməyə hazırlaşır. Qəzetin yazdığına görə, müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb. Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi. Bu arada, prezident Donald Tramp özü jurnalistlərə bildirib ki, ona İran haqda “hansısa məlumatlar” daxil olub: “Onlar nəsə etsələr, bu ciddi səhv olacaq. Onlar nəsə etsələr, ciddi ziyan çəkəcəklər”. İranın ünvaınna daha bir hədə ABŞ dövlət katibi Maykl Pompeodan gəlib. O qeyd edib ki, İran Yaxın Şərqdə Vaşinqtonun maraqlarına zərbə vurmağa cəhd edərsə, ABŞ bu regiondakı hərbi qüvvələrini artıracaq: “Bizim məqsədimiz İran rəhbərliyinin davranışını dəyişməkdir. Biz ümid edirik ki, İran xalqı, nəhayət, layiq olduğu istəyinə nail olacaq. ABŞ və tərəfdaşlarının İrana cavabı aydındır. Biz müharibəyə çalışmırıq, amma 40 il ərzində ABŞ əsgərlərinin İran tərəfindən öldürülməsi, ABŞ obyektlərinə hücumlar, ABŞ əsgərlərinin ələ keçirilməsi bizə müdafiə olunmağımızla bağlı daimi xatırlatmadır. Bizim İrana hərbi cavab məsələsində səbrli olmağımız İran tərəfindən qətiyyətin olmaması kimi qəbul edilməməlidir. Digər tərəfdən, ABŞ İran tərəfinin təşəbbüsü ilə məsləhətləşmələrin keçirilməsinə hazır ola bilər”.

Qeyd edək ki, ABŞ prezidenti Tramp da İran liderlərinin ona zəng etmələri və müzakirələr aparmaları gərəkdiyini açıqlayıb. Amma İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərinin siyasi məsələlər üzrə müavini Yadulla Cavani bunu istisna edir. O bildirib ki, ABŞ lideri Donald Trampın İran hökumətilə danışıqlar aparmaq istəməsi barədə bəyanatına rəğmən, İran ABŞ-la müzakirələrə hazırlaşmır: “İran amerikalılarla danışıqlar aparmayacaq. İran Amerikanı etibarsız ölkə hesab edir. ABŞ heç bir halda İrana qarşı hərbi fəaliyyət aparmayacaq”. Belə vəziyyətdə İran həm də boş dayanmayaraq bölgədə hərbi qüvvə və texnikalarının sayını artırır. Eyni zamanda, Tehran ABŞ hərbçilərinin onlar üçün hədəf olacağını da açıq şəkildə bildirir. İranın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı, kontr-admiral Hüseyn Xanzadi bu fonda bildirib ki, ABŞ Yaxın Şərqi tərk etməlidir: "ABŞ Fars körfəzinə təyyarədaşıyan gəmisinin göndərilməsi haqqında danışıqlarla müharibə ehtimalını artırmağa çalışır. Amma ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun sonu yaxınlaşıb". İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Əmir-Əli Hacızadə də bildirib ki, Fars körfəzinə göndərilən Amerika təyyarədaşıyanı hədəfdir. Onun sözlərinə görə, göyərtəsində 40-50 təyyarə və 6 min hərbi qulluqçu olan təyyarədaşıyan İran üçün hədəfdir. Əmir-Əli Hacızadə daha əvvəl qeyd edib ki, Amerika hərbçilərinin regionda olması ciddi təhlükə təşkil edirdi, ancaq indi təhlükə imkana çevrilib. Əmir-Əli Hacızadə onu da bildirib ki, Vaşinqton konkret güc hərəkətlərinə təşəbbüs edərsə, İran ABŞ-ın başına zərbə endirəcək. İnqilab Qvardiyasının rəhbəri, general-mayor Hüseyn Səlami parlamentə bildirib ki, ABŞ regionda “psixoloji müharibə” başladıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də vurğulayıb ki, Con Bolton Ağ Evdə milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl də İranla nüvə sazişindən çıxmaq tərəfdarı olub və indi Tehrana qarşı daha aqressiv mövqedən çıxış edir.

Xatırladaq ki, bütün bunlara cavab olaraq İran prezidenti Həsən Ruhani hökumətin iclasında nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bəzilərini yerinə yetirməyəcəyini bildirib. O, uranın zənginləşdirilməsinin səviyyəsini artırmaqda davam edəcəklərini və ağır suyun satışını mayın 8-dən etibarən dayandırdıqlarını vurğulayıb. Hökumət başçısı bu aksiyanın 60 gün davam edəcəyini bildirib. Artıq rəsmi Tehran, ABŞ istisna olmaqla, “altılıq” ölkələrindən beşinə məsələ ilə bağlı məktub göndərib. Yeri gəlmişkən, Əhatəli Razılaşma Müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı prezident Donald Tramp imzalayıb. Həmin il yanvarın 9-da rəsmi Tehran, ABŞ müqavilədən çıxacağı təqdirdə, İranın da razılaşma ilə bağlı öhdəlikəri yerinə yetriməkdən imtina edəcəyini açıqlamışdı. Razılaşmaya əsasən,15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq, ümumi çəkisi 10 tondan 300 kiloqrama endirilməliydi. Amma artıq bütün bunların üzərindən xətt çəkilib.

İndi bütün dünya ABŞ-İran savaşının haçan başlayacağını gözləyir. Almaniya xarici işlər naziri Hayko Maas bu xüsusda qeyd edir: “Avropalı partnyorlarımızla birgə Yaxın Şərqdə Vaşinqton və Tehranın iştirakı ilə yeni münaqişə işartısının qarşısını almalıyıq. Almaniya avropalı müttəfiqləri ilə birgə əlindən gələni etməlidir ki, silahlı toqquşmanın baş verməsini əngəlləsin”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ