Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan cəmiyyətində Qarabağ parçalanması – Paşinyan prosesi anbaan müharibə relsinə yönəldir...

Image


Ermənistanın mövcud hakimiyyətinin həyata keçirdiyi siyasətdə hər hansı dəyişiklik olmayacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə çözülməsi qaçılmaz olacaq. Çünki İrəvan indiki gedişləri ilə problemin sülh müstəvsisində çözümünə hər hansı ümid yeri qoymayaraq, sadəcə yeni savaşı tətikləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın  münaqişə ilə bağlı son bəyanatı da təsdiqləyir.

Keçən dövr ərzində atəşkəsin sülhə çevrilməməsinə təəssüf etdiyini billdirən Paşinyan özünün yeni məsuliyyətsiz yanaşması ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. Belə ki, Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilmıəsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk Qrupunun son bəyanatlarına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İlham Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə əks mövqedən çıxış edib. O, separatçıların da danışıqlar prosesində tərəf kimi çıxış etməsinin vacibliyini önə çəkib. Halbuki, bundan əvvəl qeyd olunan xüsusda edilən cəhdlərə görə təkcə Bakı yox, bütün dünya, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanı kəskin şəkildə qınayıb və danışıqlar formatının dəyişməz olduğunu onun diqqətiən çatdırıblar. Amma Paşinyanın yenidən analoji mövqe sərgiləməsi artıq Qarabağ savaşını qaçılmaz edir.

Ermənistan hökumət başçısının cavabını verən Azərbaycan tərəfi də məsələnin bu məqamını qabardır. Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edir ki, 25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir: "Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir". H.Hacıyevin sözlərinə görə, danışıqlar prosesinin formatı dəyişməzdir və münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır: "Ermənistan tərəfi həqiqətən regionda davamlı sülhün təmin olunmasını istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər".

Aydındır ki, İrəvanın bu şərtlərə qarşı çıxması yeni Qarabağ savaşını qaçılmaz edəcək. Bunu erməni politoloq Hayk Martirosyan da xüsusi olaraq qeyd edir. Onun sözlərinə görə, danışıqlar formatı ətrafında Paşinyanın qeyri-sabit mövqeyi savaşın başlanmasını qaçılmaz edə bilər: “Ermənistan rəhbərliyi yeni savaşın ölkəmiz üçün nə ilə nəticələnəcəyini yaxşı bilməlidir. Ermənistan yeni savaşa hazır deyil, nə ordumuz, nə də iqtsaidiyyatımız buna imkan verir. Bu mənada hesab edirəm ki, hakimiyyət danışıqların indiki mühitindən imtina etməyə kifayət qədər iradəyə malik deyil. Ermənistanın Qarabağ münaqişəsinin nizamlanması məsələsindəki mövqeyi dəf edilən vəziyyətdə qalmaqda davam edir”. Martirosyan bildirib ki, yeni hakimiyyət sözlərlə manevr etməyə, “Madrid prinsipləri”ndən yayınmağa cəhd etsə də, istənilən halda bu prisipləri heç kim ləğv etməyib: “Madrid prinsipləri” gündəlikdə qalmaqda davam edir. Lakin Ermənistanın indiki hakimiyyətinin danışıqların təhlükəli mühitindən imtina etməyə kifayət qədər iradəsi yoxdur. Ermənistan rəhbərliyi Qarabağın danışıqlar masasına qaytarılması zərurəti haqqında söhbətlərlə bundan yayınmağa çalışır. Amma belə vəziyyət Ermənistan üçün təhlükəlidir. Belə durumda müharibə həmişə bizi təhdid edir. Azərbaycan münaqişəni hərb yolu ilə həll etməkdən heç vaxt imtina etməyib”.  Martirosyan hesab edir ki, siyasi müstəvidə hələlik hər şey pis vəziyyətdədir. O əmindir ki, Nikol Paşinyan və Azərbaycan dövlət başçısı İlham Əliyevin Düşənbədə əldə etdiyi razılaşmalar arzuolunan nəticələri verməyib: “Bunun əvəzinə Bakı münaqişə zonasında mühəndis bərkitmə işlərini görməyə imkan əldə etdi. Erməni tərəfi isə Düşənbədəki lift razılaşmasına əsaslanaraq bu işlərin qarşısını almaq üçün heç bir tədbir görmədi”.

 

Digər tərəfdən belə görünür ki, yaranmış durumda Azərbaycanın ardıcıl şəkildə öz hərbi gücünü artırması Ermənistanda böyük təşvişlə qarşılanır. Hesab olunur ki, Bakı məsələnin güc yolu ilə də həllinə ciddi hazırlıq görür. Bunun əvəzində isə İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır. Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edir. Bura, xüsusən də Qarabağ münaqişəsi şamil edilir. Ermənistanda hesab olunur ki, Paşinyanın gedişləri Qarabağ məsələsində ölkəni daha dərin uçruma sala, ən əsası isə, təhlükəli savaşa sürükləyə bilər.  “Qraparak” nəşri bu xüsusda yazır: “Ölkə təhlükə qarşıındadır və bunun qarşısını almaq üçün müraciət edilə biləcək rəhbər yoxdur. Bomba üzərində olan vəziyyətə düşmüşük və saat işləyir. Bu partlayacaq. Lakin necə saniyə, necə dəqiqə sonra...”.

Yazıda hazırda Ermənistanda dövlət təhlükəsizliyinin əsaslarını sarsıdan böyük qrupun iş başında olduğu “böyük təşvişlə” qeyd olunur: “Hazırda dövlət təhlükəsizliyinin əsaslarını sarsıdan böyük qrup iş başındadır. Onlar müharibə iştirakçılarını sıfır vəziyyətinə endirməyə çalışırlar. Bu qrup Qarabağı zərbə altında qoyur. Saxta profillər geniş iş aparır. Bu da döyüş imkanları azalan ordunu daha iflic duruma salır. Azərbaycan bütün bunları diqqətlə izləyir”.

Maraqlıdır ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, Paşinyanın lideri olduğu “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan da eyni qaydada həyəcan təbili çalır. O bildirib ki, Ermənistan ordusunda baş verən cinayətlərin real yaranma səbəbləri və mövcud durum təhlükəli hallardan xəbər verir: “Bir neçə faciəli məqam üzərində dayanmağa üstünlük verərdim. Bu sözlər ilk növbədə zabitlərə aiddir. Ermənistan baş prokurorunun məruzəsindən belə məlum olur ki, 2018-ci il ərzində 138 zabit dindirilməyə çağırılıb. Lakin Ermənistanda hərbi təhsil müəssisələrində il ərzində bundan daha az zabit hazılanır. 2018-ci ildə Ermənistan ordusunda törədilən cinayətlərin 25.7% zabitlərin payına düşür. Müddətli xidmət hərbi qulluqçuları və zabitlərin say tərkibinə baxdıqda məlum olur ki, zabitlər daha çox cinayət törədir. Bu vəziyyət utanc yox, faciəvi əlamətdir”.  Digər bir məqam olaraq Ermənistan ordusunda intihar hallarına diqqət çəkən Köçəryan qeyd edib ki, bu hal orduda hökm sürən mənəvi-psixoloji vəziyyətdən əlavə, cəmiyyətdə ciddi narazılığa səbəb olur: “Orduya inam azalır. Bu vəziyyətdə Azərbaycanla savaşın yenidən başlaması çox ciddi problemləri üzə çıxarmaq iqtidarındadır. Hər halda, indiki vəziyyətdə mən savaşın qəti şəkildə əleyhinəyəm”. Ermənistanda “Sülh dialoqu” təşkilatının eksperti Ruben Martirosyan da bildirir ki, bu durumda Azərbaycanla danışıqlara getmək və razılıqlar əldə etmək daha məqbul olardı: “Daha Azərbaycanı qıcıqlandıran mövqe sərgiləmək lazım deyil. Gəlin, reallığı unutmayaq. Ötən dövr ərzində Azərbaycan xeyli güclənib və bura onun ordusu da aiddir. Bizdə ordu nə ilə gündəmə gəlir? Daha çox itkilərlə, intiharlarla. Ermənistanda cinayətkar müstəntiqlər, hakimlər və prokurorlar hələ də hərtərəfli istintaq araşdırması aparmaq istəmirlər.  Ermənistanın Apelyasiya məhkəməsində orduda öldürülən erməni hərbi qulluqçu Arman Muradyanın atası Hovsep Muradyanın hüquqlarını müdafiə edirəm. Amma bu prosesdə bir daha bəlli oldu ki, ciddi problemlər var. Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən yaradılan və təşviq edilən maneələr mövcuddur. Ermənistan baş prokuroru Artur Davtyanla yanaşı, İstintaq Komitəsinin sədri Hayk Qriqoryan, o cümlədən keçmiş rəhbərlər Ermənistan ordusunda baş verən qətl hadisələrini yanlış araşdırırlar. Xüsusilə Arman Muradyanın işində iştirak edən hakim Andranik Mnatsakyan tərəfindən birtərəfli istintaq aparılır. İnqilabdan sonrakı dövrdə cinayətkar müstəntiqlər, hakimlər və prokurorlar hələ də hərtərəfli istintaq araşdırması aparmaq istəmirlər. Bax, ordumuzda real vəziyyət budur. Buna görə yaxşı olardı ki, Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll edək”.

Ümumiyyətlə, Ermənistanda münaqişənin həllinə yanaşmada fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxır. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə tamamilə fərqli durum yarada bilər. Ölkədə mövcud daxili ziddiyyətlərin fonunda siyasi güclərin palitrası və onlar arasındakı münasibətlərin məzmunu gərginliyin artması ehtimalını xeyli yüksəldir. Maraqlıdır ki, məhz Paşinyanın hakimiyyətə gəlişi ilə erməni siyasi mühiti həm sürətlə parçalandı, həm də ziddiyyətlərin sayı artdı. Belə vəziyyət də işğalçı ölkənin təcavüzkar Qarabağ siyasətini davam etdirə bilməsini əhəmiyyətli dərəcədə əngəlləyir. İndi erməni cəmiyyətində Paşinyanın bu reallığı nəzərə almasına yönəlik çağırışlar da artır. Amma indilikdə erməni baş nazir inadkarlıq göstərir. Halbuki, bunun nəticəsi Ermənistana daha böyük fəlakətlər vəd edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ