Bazar günü günü, 08 noyabr 2026
     

Elkaponenin yaratdığı Rusiya azərbaycanlılarının yeni təşkilatında ittihamlar qızışır - Mirkazım Seyidov Diaspor Komitəsinə qarşı...

Image


Füzuli Məmmədovun (Frenk Elkapone) Rusiyada yaşayan azərbaycanlıları öz ətrafında birləşdirmək kimi iddiası hələ ki, səmərə vermir. Çox maraqlıdır ki, bu təşkilatla bağlı balaca da olsa tənqidi fikir səsləndirən, prosesi təhlil etmək istəyən hər şəxsə F.Məmmədov və onun “Facebook”dakı trolları tərəfindən sərt cavablar verilir. Ən əsası da, nisbətən müxalif mövqe sərgiləyən şəxslərə onlar tərəfindən “ermənipərəst” damğası vurulur.

Hazırda Frenk cəbhəsi Rusiyada yaşayan tanınmış jurnalist Fuad Abbasova qarşı səfərbər olunub. F.Məmmədovun özü jurnalistin ünvanına sərt ittihamlar səsləndirib, onu təxribat törətməkdə, azərbaycanlıların diaspor işinə maneələr yaratmaqda ittiham edib. Bununla bağlı F.Məmmədov özünün “Facebook” hesabında yazıb: “Diaspor fəaliyyətinin nüanslarını bilməyən, diaspor fəaliyyətindən xəbərsiz olan soydaşlarımızı aldatmaq məqsədilə özünü Rusiyadakı azərbaycanlıların qəhrəmanı elan edən Fuad Abbasov “Misra” adlı veb-saytında yenə saxtakarlıqla, provokasiya ilə məşğuldur. Fuad son açıqlamasında bildirir ki, guya “AzərRos” prezidentliyinə mənim namizədliyim irəli sürülüb və “ümumxalq səsverməsi” keçiriləcəyi planlaşdırılır. Mən Məmmədov Füzuli Məmməd oğlu rəsmi olaraq bəyan edirəm ki, “AzərRos”la bağlı heç bir seçkiyə qatılmamışam, bu tamaşa provokasiya xarakteri daşıyır və heç bir hüquqi əsasa söykənmədiyi üçün, hüquqi qüvvəsi ola bilməz. Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və 27 aprel 2019-cü ildə Rusiya Federasiyasının əksər əyalətlərinin dəstəyilə yaradılan Rusiya Azərbaycanlıları İttifaqının prezidenti postunu qürur və şərəflə daşıyan azərbaycanlı kimi AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var. Saxta vətənpərvərlərin hazırladığı bu provokasiyanın əsas məqsədi mövcud vəziyyəti müsbətə doğru dəyişdirmək yox, soydaşlarımızın milli hisslərindən istifadə edərək xal qazanmaq, şəxsi büdcələrini doldurmaqdır.

Ehtiyatlı olun, dələduz var!”

Soydaşlarımız tərəfindən birmənalı qarşılanmayan bu statusa Fuad Abbasov qısa cavab verib: “İtaliyalı biznesmen Frenk Elkaponeye jurnalist Fuad Abbasovdan müraciət: “Düşmənlə mübarizə aparmaq lazımdır, jurnalistlə deyil!!!”

Qeyd edək ki, tanınmış azərbaycanlı jurnalist Fuad Abbasov Azərbaycan və Türkiyənin müxtəlif problemlərinin Rusiyada qabardılması istiqamətində xeyli iş görüb. Buna görə işdən qovulub, hətta ermənilər tərəfindən ölümlə də təhdid olunub. Maraqlıdır ki, onun həyatına təhlükə yarandığı bir vaxtda F.Məmmədov onun müdafiə olunması üçün azərbaycanlılara müraciət etmişdi. Hətta onu qorumaq üçün zirehli avtomobil alacağını da bildirmişdi. Bundan cəmi 2-3 ay sonra həmin adamı təxribatda suçlamaq müəyyən suallara yol açıb.

Diaspor fəaliyyəti ilə məşğul olan bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, tərəflər arasındakı gərginlik heç də milli maraqlara, diaspor fəaliyyətinə görə deyil.

Qeyd edək ki, hazırda F.Məmmədovun yanında yer alan diaspor fəalı Mirkazım Seyidov da jurnalist F.Abbasovla bağlı ciddi əks kampaniya aparır. O, verdiyi müsahibədə jurnalistin ünvanına sərt fikirlər səsləndirib: “Bu gün F.Abbasov kimlərinsə sifarişini yerinə yetirən və azərbaycanlılar arasında çaxnaşma yaradan bir fiqura çevrilib. Deyir ki, guya ermənipərəst qüvvələrə qarşı tək vuruşur. Ancaq onun işi müxtəlif tok-şoularda iştirak etməkdir. Tok-şou da nədir? Hər bir açılan tok-şounun birinci məqsədi pul qazanmaqdır. F.Abbasov da orada müəyyən pul müqabilində iştirak edir. Sualları da, cavabları da əvvəlcədən müəyyənləşdirirlər. Deyirlər ki, belə suallar olacaq, belə cavab ver və oradan pul qazanırlar. Ona görə də tok-şoularda erməni faktorundan bəhrələnib, özünü millətpərəst kimi göstərmək lazım deyil. Vətənini sevən jurnalist vətənpərvər insanları antimilli hərəkətdə günahlandırmaz.

Siz gördünüz ki, F.Abbasov qurultay keçirilən günün axşamı çıxdı efirə və hamını aldatdı ki, məni ora dəvət etməyiblər. Halbuki, o da, ləğv olunmuş ÜAK-ın sədri Fazil Qurbanov da dəvət edilmişdi. “AzərRos”un rəhbəri Mehriban xanımı da biz ora dəvət etmişdik, gəlmədilər. Ağadadaş Kərimov qatı ermənipərəst olduğuna görə onu dəvət etmədik. Amma bunlar dəvət edilsələr də, gəlmədilər.

Sonradan Azərbaycandan getmiş jurnalistlərin təkidilə F.Abbasovu dəvət elədik ki, gəlsin söhbət edək. Onun haqqımızda iftiralar söyləməsinə baxmayaraq, Füzuli müəllim humanistlik göstərdi, barışıq mövqeyi tutdu. Ancaq həmin görüşdən sonra onun yalançı olduğu bir daha ortaya çıxdı. Orada səmimi şəkildə söhbət apardıq, əlaqəli şəkildə fəaliyyət göstərməklə bağlı razılığa gəldik. Ancaq çox keçmədən yenə başladı bizə iftira atmağa. Bu da göstərir ki, onu kimlərsə idarə edir. Çox qeyri-səmimi bir adamdır”.

F.Məmmədovun hazırda “uzaq vuran toplarından” sayılan Mirkazım Seyidov müsahibəsində  diaspor sahəsindəki geriləmədə Diaspor Komitəsi və xarici ölkələrdəki səfirliklərimizi də günahkar sayıb: “Əvvəla qeyd edim ki, dediyiniz problemin səbəbləri çoxdur. Hətta Dünya azərbaycanlılarının sonuncu qurultayında cənab Prezidentin çıxışında da bu öz əksini tapıb. Cənab Prezident göstərdi ki, diaspor təşkilatları hansısa siyasi qüvvənin deyil, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət etməlidirlər. Ancaq çox təəssüf ki, uzun illər ərzində bəzi dövlət orqanları, o cümlədən, Diaspor Komitəsi, xaricdəki səfirlik və konsulluqlarımız öz fəaliyyətlərində bu tezisi rəhbər tutmayıblar. Nəticədə diaspor təşkilatlarına düzgün münasibət göstərilməyib. Diaspor Komitəsi ilə xaricdəki səfirliklərimiz arasındakı ziddiyyətlər də diaspor təşkilatlarının vahid mövqeyinin formalaşmasına inkan verməyib. Təəssüflər olsun ki, bu ziddiyyətlər bu gün də mövcuddur, onun aradan qaldırılması istiqamətində konkret işlər görülməyib. Bu, Azərbaycanın diaspor təşkilatlarının güclü olmamasının ən böyük səbəblərindən biridir”.

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, F.Məmmədovun və ətrafının fərqli fikrə qarşı belə aqressiv münasibəti başadüşülən deyil: “Biz bu yolda böyük əmək sərf etmişik. Geniş təcrübəmiz var. Gedən son proseslərlə bağlı fikir bildirəndə təhqirə məruz qalırıq. Şəxsən bu məsələ ilə bağlı, məhz sizin qəzet vasitəsilə bildirdiyim münasibətdən sonra sosial şəbəkələrdə təhqir edildim.  Frenk böyük bir trol ordusu saxlayır. Onların kənara qoyuram. Frenkin ətrafında olan Səftər Rəhimli mənim paylaşımımın altında bir videomaterial yerləşdirdi. Açıq-aşkar bizi ermənipərəstlikdə suçlayırdılar. Bu nə biabırçılıqdır? Nə vaxtdan bəri Frenki və ya onun gördüyü işi tənqid etmək ermənipərəstlik kimi qəbul olunmağa başlayıb? Axı F.Məmmədov bu müqəddəsliyi harda qazanıb ki, onu tənqid etmək az qala milli xəyanətə bərabər tutulur? Yəni demək istəyirəm ki, belə basqıya məruz qalan tək jurnalist F.Abbasov deyil. Xahiş edirəm, o sıraya mənim də adımı əlavə edəsiniz. Bu təşkilat elan olunan gündən intriqa yuvasına çevrilib. Ancaq qalmaqalla gündəmə gəlirlər. Hesab edirəm ki, təməli bu şəkildə qoyulan təşkilatdan ciddi nəsə gözləməyə dəyməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ