Bazar günü günü, 08 noyabr 2026
     

2012 – “Avroviziya”, 2015 - Avropa, 2017 - İslam oyunları, 2019 - final-futbol - Azərbaycan hər sınaqdan çıxır, bədgümanlar hələ öz işlərindədir...

Image


Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara, qlobal forumlara, konfranslara yüksək səviyyədə evsahibliyi edir. Belə mühüm tədbirlərə evsahibliyi etmək üçün Azərbaycana etimad göstərilməsi təsadüfi deyil. Əlbəttə, bu, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin dünyadakı çəkisinin, beynəlxalq ictimaiyyət və  təşkilatlar qarşısında nüfuzunun ifadəsidir. Eyni zamanda, belə tədbirlər Azərbaycan dövləti və xalqı üçün də mühüm dividendlər gətirir.

Azərbaycanın evsahibliyi etməyə hazırlaşdığı növbəti mötəbər tədbir mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final matçıdır. Təəssüf ki, Avropadakı anti-Azərbaycan qüvvələr ölkəmizdə keçirilən hər belə mötəbər tədbir ərəfəsində olduğu kimi, bu dəfə də qarayaxma kampaniyasına başlayıblar.

Azərbaycanın təşkilatçılıq qabiliyyətinə gəldikdə isə bunu demək kifayətdir ki, ölkəmiz bu sahədə peşəkarlığını dəfələrlə sübut edib. Xüsusilə tarixdə ilk dəfə keçirilən və Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə apardığı Birinci Avropa Oyunlarına cəmi 30 ay müddətində sürətlə hazırlaşaraq bu mötəbər idman yarışını ən yüksək səviyyədə təşkil edən Azərbaycanın bu sahədəki uğurları nəinki Beynəlxalq və Avropa Olimpiya komitələri, digər mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycanın son illərdə evsahibliyi etdiyi digər mötəbər idman yarışları – 1600 şahmatçının qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, 800-dək idmançının qatıldığı cüdo, 1500 nəfərin mübarizə apardığı BMX velosipedi üzrə Dünya çempionatlarının, 4 minə yaxın atletin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının, gimnastikanın müxtəlif növləri üzrə ən mötəbər beynəlxalq turnirlərin iştirakçıları ölkəmizdə idmançılar və komandaların üzvləri üçün ideal şəraitin yaradıldığını bildiriblər. Bütün bunlar Azərbaycan əleyhinə səsləndirilən ittihamların əsassız olduğunu ifadə edən faktlardır.

Azərbaycanda təhlükəsizliyin və sabitliyin tam şəkildə təmin olunduğu Xarici İşlər Nazirliyinin məsələyə münasibətində də qəti şəkildə ifadə edilib: “Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirə, o cümlədən, beynəlxalq miqyaslı idman yarışlarına evsahibliyi edir. Bu sırada Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1” üzrə Azərbaycan Qran-Prisini və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş “Qarabağ” – “Çelsi” oyununu qeyd etmək olar. Bu idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşı Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlik mühitindən və bu kimi irimiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Azərbaycan, həmçinin, turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turist səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əminamanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”.

Son 7 il ərzində keçirilən böyük mötəbər yarışların xronikasına nəzər saldıqda biz aydın şəkildə görürük ki, ssenari eyni üsulla davam etdirilir.

“Arsenal”ın erməni əsilli futbolçusunun  təhlükəsizliyi ilə bağlı yaratdığı əsassız hay-küyə dərindən fikir verdikdə məlum olur ki, bu cür qara piarlar eyni mərkəzlər tərəfindən hazırlanır. 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində də Ermənistan təmsilçisi iştirakdan imtina etmək qərarına gəldi.

Avropa Yayım İttifaqının səylərinə və müsabiqəni təşkil edən ölkənin təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, “Ermənistan bizim nəzarətimizdən kənar olan bir qərar qəbul edib", - deyə "Avroviziya" müsabiqəsinin icraçı direktoru Yan Ola Sand "Eurovision.tv"yə müsahibəsində bildirdi. Beləliklə, daha öncə ərizə vermiş 43 ölkədən yalnız 42-si müsabiqəyə qatıldı. 

Yəni ermənilər bir qədər düşünərək onlara xas olan ssenari ilə hərəkət etməyə, yəni bütün dünyaya səs-küy salmağa və növbəti dəfə özlərini "əzabkeş" millət kimi təqdim etməyə qərar verdilər.

Analoji halla biz 2015-ci ildə ölkəmizin evsahibliyi etdiyi İlk Avropa Oyunları zamanı da qarşılaşdıq. Onda da idman yarışını siyasətə qatan bəzi dairələr, nəyin bahasına olursa-olsun, bizə qara yaxmağa çalışırdılar. Hətta bəzi ölkələrin nüfuzlu idman qurumlarının rəhbərləri belə həmin prosesdə yer aldılar. İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberq Azərbaycanla bağlı Avropa Olimpiya Komitəsinə şikayət etmişdi. S.Lindeberq Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının başlanmasına 100 gün qalmış "Amnesty İnternational"ın yaydığı hesabata istinad edərək bildirib ki, guya turnirə evsahibliyi edən Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunmur. Lakin Bakıya dəfələrlə səfər edən və ölkəmizin inkişafını, əldə etdiyi tərəqqini öz gözləri ilə görən Patrik Hikkinin rəhbərlik etdiyi Avropa Olimpiya Komitəsindən Lindeberqin müraciətinin əsassız olduğu, reallığı əks etdirmədiyi bildirilib.

Sual yaranır ki, niyə hər dəfə hansısa ölkədə mötəbər tədbir, xüsusilə beynəlxalq idman yarışları təşkil olunanda bəzi xarici dairələr tərəfindən standart fikirlər irəli sürülür? İdmanı siyasi alətə çevirmək istəyənlər hər dəfə Dünya çempionatları, Olimpiya oyunları və digər beynəlxalq səviyyəli yarışlar ərəfəsində təşkilatçı ölkələrdə guya insan hüquqlarının pozulduğundan narahat olurlar. Ancaq onların heç birinin istəkləri həyata keçmir. Ölkəmiz çox yüksək ustalıqla, peşəkarlıqla həmin oyunları keçirmiş olur. Bəllidir ki, bu cür əhəmiyyətli hadisələrin  öhdəsindən yalnız Azərbaycan kimi siyasi-iqtisadi sabitlik dövrü yaşayan dövlət gələ bilərdi. Hərçənd, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi-siyasi qüdrəti bəzi dövlətlərdə qısqanclıqla qarşılanmağa başlayıb.

Ölkəmizin evsahibliyi etdiyi İslam Həmrəyliyi Oyunları zamanı da biz analoji təxribatlarla üz-üzə qaldıq. Onda da guya ölkəmizdə insan haqlarının pozulduğunu iddia edən bəzi yerli və beynəlxalq dairələr xarici ölkələrdəki səfirliklərimiz önündə aksiyalar keçirdilər. Xüsusilə də mühacirlərdən ibarət söyüşcül dəstənin fəallaşması nəzərə çarpdı.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, tanınmış idman ustası Firdovsi Umudov hesab edir ki, Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin bütün dünyada müsbət əks-səda verməsi bəzi xarici qüvvələri narahat edir.

Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanda bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsindən, ölkənin sürətlə inkişafından narahat olduğundan, belə üsullara əl atmaqla ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar: "Mən həmin insanları xəstə adlandırıram. Çünki onlar həqiqətən Azərbaycanı istəmirlər. Bəzi "sapı özümüzdən olan baltalar" da həmin qüvvələrə qoşulmaqla Azərbaycanın imicinə zərbə vurmağa cəhd edirlər. Bu, birinci dəfə deyil. Bu cür hallar 2012-ci ildə “Eurovision” müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, bundan sonra keçirilən “Formula-1” Azərbaycan Qran-Pri yarışı zamanı da olub.

İndi də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Çünki həmin qurumların Azərbaycanı gözü götürmür".

Millət vəkili Azər Badamov da hesab edir ki, Azərbaycan inkişaf edən ölkədir və bir çox uğura imza atıb: “Azərbaycan bir çox beynəlxalq idman yarışına evsahibliyi edib. Bildiyiniz kimi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” və s. ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışmalar Azərbaycanda keçirilib. Hər bir böyük beynəlxalq yarışma ərəfəsində Azərbaycanı ləkələmək, ölkəmizdə təhlükələrin mövcud olması barədə müəyyən təbliğat kampaniyası işləyir. Bu təbliğat kampaniyası ölkəmizə qarşı olan qarayaxma kampaniyasının tərkib hissəsidir və müəyyən sifarişlərin icrasıdır. Yəni ölkəmizə qarşı çevrilmiş antimilli ünsürlərin məqsədi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmaq, Azərbaycanı təhlükəli bir məkan kimi təqdim etməkdir və Bakıda keçiriləcək UEFA finalının baş tutmaması istiqamətində müəyyən işlər görməkdir. Düşünürəm ki, onların apardığı hər bir qarayaxma kampaniyası, antimilli siyasət ancaq özlərinin boş-boş danışmaları ilə yadda qalacaq. Çünki Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər təcrübə formalaşıb. Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ