Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqinin müəyyən edilməsi üçün yeni rəy sorğusu keçirib. “Trend”-in erməni KİV-inə istinadən məlumatına görə, baş nazirin reytinqində yeni antirekord qeydə alınıb.
Rəy sorğularına əsasən, N.Paşinyanın reytinqi 34 faizədək azalıb. Belə ki, 3 ay əvvəl keçirilmiş rəy sorğusunun yekunları erməni baş nazirinin reytinqinin 36 faiz təşkil etdiyini göstərirdi.