Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan Brüsseldə və Vaşinqtonda gözlənilən Qarabağ danışıqlarını iflic edən addımlar atdı…

Image


Sözü və əməli bir-birilə ciddi ziddiyyət təşkil edən Ermənistan baş naziri Nikol Paşinyanın son addımları Dağlıq Qarabağ münaqişəsinin güc müstəvisində həlli ehtimalını artırır. Belə görünür ki, İrəvanın atdığı addımlar fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü də hansısa nəticə verməyəcək. Eləcə də, bu gedişlə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə nəzərdə tutulan görüşünün də arxa plana keçməsi istisnalıq təşkil etmir. Bütün bunlara əsas səbəb İrəvanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi niyyətindən  uzaq olmasıdır.

Ekspertlər hesab edir ki, ölkə liderlərinin, eləcə də xarici işlər nazirlərinin görüşünə hazırlıq getdiyi bir vaxtda Paşinyanın təxribatçı addımlara getməsi bir daha onunla mümkün konstruktiv razılaşmaların əldə edilə biləcəyini ciddi sual altına alır. Söhbət Paşinyanın siyasətinin Ermənistanda əvvəl mövcud olan hakimiyyətlərdən nəyəsə görə fərqlənməməsindən gedir. Elə onun növbəti Qarabağ səfəri və Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki iştirakı da bunu təsdiq edir.  Xatırladaq ki, Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün, bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış sabiq prezident Sarkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya gəlib. Onların arasında olan Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub “Yallı“ getməsini bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıb. Qeyd edək ki, Paşinyanın bu addımı Azərbaycan tərəfində kəskin reaksiya doğurub. Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat katibi Leyla Abdullayeva hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.

Amma görünən budur ki, İrəvan rəsmiləri mövcud reallığı hələ də dərk etmək niyyətində deyillər və bu hal da savaşı tətikləyən faktor qismində çıxış edir. Elə hərbi ekspert Şair Ramaldanov da məsələyə məhz bu prizmadan yanaşır: “Paşinyanın Şuşada şərab içib Azərbaycan mahnısına rəqs etməsi onu göstərir ki, Azərbaycan artıq bu məsələni güc yolu ilə həll etməlidir“. O bildirib ki, Ermənistana hansı hakimiyyət gəlir-gəlsin, Dağlıq Qarabağla bağlı vəziyyət dəyişməyəcək və onlar işğalçı siyasətlərini davam etdirəcəklər: “Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər onların işğalçı siyasətləri bitməyəcək. Bir dövlətin başçısı oğlunu separatçı rejimin tərkibində xidmət etməyə göndərirsə, ondan hər şey gözləmək olar. Paşinyanın apardığı ucuz siyasət onu göstərir ki, Ermənistan müstəqil deyil, onu idarə edən qüvvələr var. Bu qüvvələr imkan verməyəcək ki, Ermənistan hökuməti müstəqil addımlar atsın. Onlar hər zaman kənar qüvvələrin çaldığı havaya oynayacaq. Paşinyanın Şuşaya getməsi, işğal altında olan torpaqlarda bayram etməsi göstərir ki, Azərbaycanın bu məsələdə bir yolu var, o da müharibə yoludur. Mən hesab edirəm, artıq müəyyən bir fürsət olan kimi Azərbaycan öz qərarına sadiq qalaraq, torpaqlarımızı güc yolu ilə geri alacaq. Bu, Paşinyana və qondarma “dqr” rəhbərlərinə vurulan ən sərt zərbə olacaq”.

Eyni mövqeyi millət vəkili Aydın Mirzəzadə də bölüşür: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir. Gözləmək olardı ki, keçmiş prezident Sarkisyanın siyasətinə etiraz edən xalqın dəstəyilə hakimiyyətə gələn bu az tanınan siyasətçi Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklər edəcək. Amma zaman keçdikcə məlum olur ki, bu dəyişikliklər yoxdur və məhz bunun nəticəsidir ki, Ermənistanın özündə Paşinyanın reytinqi günü-gündən azalmaqdadır”. Millət vəkili bildirib ki, Ermənistanın mövcud problemlərinin kökündə ilk növbədə onun Azərbaycana qarşı işğalçılıq siyasətinin dayanması hələ də yeni hakimiyyətin düşüncəsinə hakim ola bilmir: “Paşinyanın yenə də işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycana qarşı təxribatçılıq hərəkətləri törətməsi Sarkisyanın fəaliyyətindən heç nə ilə fərqlənmir. Amma bir məsələ var: eyni siyasət eyni nəticə ilə sonuclanır, bitir və bu baxımdan tamamilə gözləniləndir ki, müəyyən dövrdən sonra cəbhə xəttində, Ermənistanın təxribatlarına cavab olaraq, yenidən Aprel hadisələri sayağı hadisələr baş versin. Tamamilə gözləniləndir ki, Ermənistanın özündə Paşinyan siyasətinə qarşı daha güclü etiraz dalğası başlasın. Tamamilə gözləniləndir ki, Ermənistan Sarkisyan-Paşinyan siyasəti nəticəsində tamam pis, dözülməz vəziyyətə düşsün. Eyni zamanda, Paşinyan hesab edirsə ki, onun ritorikası Azərbaycanı yanlış yola döndərəcək, yaxud da Azərbaycan onun provakasiyalı hərəkətlərinə göz yumacaq, çox yanılır. Azərbaycan öz mənafeyini, öz qürurunu qorumaq qüdrətindədir və bu cür hərəkətlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşəcək”.

Beləliklə, proseslərin gedişi Qarabağ münaqişəsinin dinc həll imkanlarının getdikcə tükənməkdə olduğunu göstərir. Əslində, bunu Ermənistanda da yaxşı başa düşürlər. Qarabağın işğalında yaxından iştirak etmiş erməni general Arkadi Ter-Tadevosyan bu xüsusda bildirir: “Biz müharibənin davamına hazır olmalıyıq. Qarabağda sülh planlarına inanmıram. Bizim yeganə yolumuz ordunu gücləndirməkdir. Bu sahədə ciddi problemlər var. Amma yenə biz ordunu hazırlamalı və gələcək müharibəyə hazırlamalıyıq. Bu olmasa, yeni savaşda Azərbaycan istədiyi nəticəyə sürətlə yaxınlaşa bilər”. Ermənistanın “Past” nəşri də yazır ki, Qarabağ məsələsinin sülh yolu ilə həllinə inam yoxdur və bu səbəbdən Azərbaycan aktiv savaşa hazırlıq görür: “Bu savaş əvvəlkindən xeyli fərqlənəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusunu gücləndirmək üçün milyardlar xərcləyib. Ermənistanda isə bu sahə üzrə hələ də müsbət fikirlər səsləndirmək mümkün deyil. Eyni zamanda, əvvəllər biz Rusiyanın müdafiəsinə arxayın ola bilərdiksə, indi bundan da məhrumuq. Əksinə, Rusiyanın Ermənistanla bağlı başqa planları var. Hətta məlumdur ki, ekspertlərə Ermənistanda ilin sonunadək ehtimal edilən daxili siyasi proseslərə proqnoz verilməsinə dair göstəriş verilib. Bu tapşırıq Rusiya baş naziri Dmitri Medvedyevin İrəvan səfərindən sonra baş verib. Rusiya analitik mərkəzlərinə, xüsusilə güc strukturları ilə bərabər işləyən mərkəzlərə Ermənistanda ilin sonunadək ehtimal edilən daxili siyasi proseslərə, ssenarilərə və bunun əsasında ehtimal edilən siyasi inkişaf proseslərinə və yenidən düzülüş formalarını əks etdirən proqnozların verilməsinə dair göstəriş verilib. Bu yenidən düzülüşün, İran və Qarabağ faktorunu da nəzərə almaqla, bölgəyə ehtimal edilən təsirinin araşdırılmasına dair də göstəriş verilib. Diqqət çəkən məqam odur ki, bu tapşırıq Dmitri Medvedyevin İrəvan səfərindən sonra baş verib. Ekspertlər Rusiya baş nazirinin İrəvanda nə hiss etdiyini, yaxud rusların güc strukturları ilə yanaşı fəaliyyət göstərən analitik mərkəzlərə göstəriş verilməsinə səbəb olan hansı məlumata malik olduqlarını dərk etməyə çalışırlar. Məlumatlar var ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəyir və bu məqsədlə çoxsaylı faktorlardan istifadə olunacaq. Məsələn, məlumdur ki, Serj Sarksiyan hakimiyyətinin devrilməsində 2016-cı ilin aprel döyüşləri mühüm rol oynadı. İndi Qarabağda buna bənzər savaşın təşkili Paşinyan üçün də ciddi problem və daxildə böyük narazılıq yaradacaq. Yeni aprel savaşı və bənzər nəticələrin olmasına Ermənistan çətin davam gətirsin. Elə Azərbaycanın da bu dəfə dayanması inandırıcı deyil”.

Hesab olunur ki, Ermənistanın Qarabağ məsələsində məlum mövqeyi və Rusiyanın belə vəziyyətdə onun arxasından çəkilməsi yeni Qarabağ savaşının uzaqda olmadığının göstəricisidir. Elə rusiyalı analitik Stanislav Tarasov da bildirir ki, Rusiyanın Ermənistana münasibəti Qarabağ məsələsində çox şeyi həll edir: “Belə bir vaxtda Avrasiya hökumətlərarası şurasının iclası zamanı baş verən hadisə, yəni Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistan baş nazirinin ifadə etdiyi “pereydyom...” (keçirik...) kəlməsini ifadə etməsinə gizlətmədən istehza ilə lağ etməsi müxtəlif şərhlərin səsləndirilməsinə səbəb olub. Bəzilərinin düşüncəsinə görə bu, uğursuz zarafat olub, lakin digərlərinin fikrincə, bu hərəkətlə rus-erməni münasibətlərinin hazırkı vəziyyəti nümayiş etdirilib. İkili standartların hökm sürdüyü vaxtlarda Rusiya tərəfindən Ermənistanın tənqid edildiyi faktdır. Hazırda amerikalıların Paşinyana necə hörmətsizlik etdiyinin şahidiyik... Moskva isə Paşinyana adekvat yanaşır. ABŞ-ın postsovet məkanında özünü necə apardığını bilirik, bizim təcrübəmiz var. Bu, Paşinyanın onların ümidlərini doğrultmadığından xəbər verir. Rusiya da Paşinyandan gözlədiklərini ala bilmir. Bax, bu vəziyyətdə Moskva, iqtisadi rıçaqlarla yanaşı, Qarabağ kartından da istifadəni artıq mümkün sayır. Çünki Qarabağ məsələsinin Ermənistanda hansı nəticələrə gətirib çıxardığıın yaxşı bilir. Deyək ki, Azərbaycanın zəbt olunmuş ərazilərdən daha bir hissəsini öz nəzarətinə qaytarmasına Moskvanın razılıq verməsinin erməni cəmiyyətində Paşinyana qarşı çox ciddi etiraz yaradacağını Kremldə də yaxşı bilirlər”.

Məhz bütün bunlar fonunda digər ekspertlər də Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyini proqnozlaşdırır. Bunun qarşısının alınmasının yeganə yolu Ermənistanın zəbt olunmuş əraziləri dinc yolla azad etməsidir. Əks təqdirdə məsələni ordumuzun həll etməsi qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ