Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ-ın ən iri təyyarədaşıyanı İran körfəzinə çatdı, Səudiyyə şahzadəsinin İslam ölkəsinə hərbi müdaxilə planı...

Image


ABŞ və İran arasında münasibətlərin savaş həddinə gəlib çıxacağına dair verilən proqnozlar artıq özünü tam şəkildə doğrultmaqdadır. İndi ən yüksək həddə bir-birini müharibə ilə hədələyən tərəflər aktiv şəkildə savaş aparacaqları məkana hərbi qüvvələr cəmləşdirir.

Baş verənlərə münasibət bildirən ABŞ prezidenti Donald Tramp qeyd edir: “İran çox təhdidedici davranırdı. Biz İran məsələsində bilmək istəmədiyimiz şeyləri bilirik, bu səbəbdən ölkəmizi qorumaq üçün tədbirlər görməliyik. ABŞ-la İran arasında hərbi qarşıdurma barədə hər zaman danışa bilərsiniz. Buna “xeyr” demək istəmərəm, amma ümid edirəm belə bir şey olmayacaq”. O, İranla hərbi münaqişə variantının istisna edilmədiyini deyib: “Mən müharibə variantına yox demək istəmirəm, amma ümid edirəm ki, bu baş verməyəcək. Bizim dünyada ən güclü təyyarədaşıyan gəmimiz olan “Avraam Linkoln” var. İstəmirik ki, heç nə etməyək”.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran Birləşmiş Ştatların maraqlarına hücuma cəhd etsə, qətiyyətli və sürətli cavabla üzləşəcək. Onun sözlərinə görə, ABŞ-ın təmkinini onun qətiyyətsizliyi kimi başa düşmək lazım deyil: “ABŞ və onların müttəfiqləri İranla müharibəyə cəhd etmir, amma hücum halında sürətli və qətiyyətli cavabı verməyə hazırdır. Son həftələr ərzində Tehran tərəfindən təhlükəli hərəkətlər edilir. 40 ildir Amerika əsgərlərinin İran tərəfindən qətli, Amerika obyektlərinə hücumlar, amerikalıların girov götürülməsi daimi xatırlatmadır ki, biz özümüzü müdafiə etməyə məcburuq”.

İran da savaşa hazır olduğunu bəyan edir. İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan bəyanatda bununla bağlı bildirilir: “İran Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənləri xəbərdar edir ki, İrana qarşı yönəlmiş hər hansı bir addım onlar üçün peşmançılıqla nəticələnəcək. Düşmən İrana qarşı psixoloji təzyiq vasitələrindən istifadə edərək cəmiyyətdə qarışıqlıq salmaq istəyir. Odur ki, xalqımız ayıq-sayıq olmalı, düşmənin mənasız bəyanatlarına uymamalıdır. ABŞ beynəlxalq razılaşmaya əməl olunmasından imtina edərək İranı zor tətbiq etməklə hədələyir. Lakin İran ordusu həmişə xalqı müdafiə etməyə hazırdır və İrana qarşı hər hansı bir təxribat baş verərsə, onun qarşısı dərhal alınacaq. İran Silahlı Qüvvələri tam hərbi hazırlıq vəziyyətindədir”.

Bu arada o da məlum olub ki, Amerikanın İrana getdikcə artan təhdidləri fonunda Pentaqon Qətərdəki “Əl-Udeyd“ aviabazasına iki B-52H “Stratofortress” strateji nüvə bombardmançısını göndərib. Həmin təyyarələr nüvə başlıqlı qanadlı raketlər və aviabombalar daşıyır. Bundan əvvəl  daha iki belə təyyarə “Əl-Udeyd“ bazasına enib. Pentaqon tərəfindən Yaxın Şərqə göndərilən “Avraam Linkoln” təyyarədaşıyan gəmisi də artıq İran sahillərinə çatıb. Fransanın “Le Figaro” qəzeti baş verənlərlə bağlı yazır: “Vaşinqton İranla müharibə istəmir, amma buna hazırdır. Belə bir vaxtda Ər-Riyad da İrana hərbi müdaxilə planı hazırlayıb. Pentaqon bildirir ki, İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını vurmağı planlaşdırır. Bu informasiyanı “Mossad” ötürüb. İranın İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin keçmiş komandanı, kontr-admiral Əli Fadavi isə bildirir: “Münaqişə halında biz eyni zamanda hər yerdə olacağıq və qəfil yoxa çıxacağıq , düşmənlərimizi vuracağıq”. Dənizdə Amerika gəmilərindən daha sürətli olan İran katerlərinin neft tankerlərinə pusqudan qəfil hücumları dayanacaq. İran belə katerlərdən çox istehsal edib və onları bütöv qruplar halında işə sala biləcək. Bu katerlər reaktiv bombalarla və sonuncu nəsil raketlərlə təchiz olunub. Həmin katerlər Hörmüz körfəzinə minalar düzməklə tankerlərin hərəkətini dayandırar. Sualtı minalar düzmək üçün iranlıların kiçik sualtı qayıqları da var, onların heyəti cəmi iki nəfərdən ibarətdir. Bu sualtılar suyun dərinliyində gözləyib, təyyarədaşıyan yaxınlaşanda üzə çıxa və ona iki torpedo buraxa bilər. Bu fonda Vaşinqton regiondakı müttəfiqlərini, yəni Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını da İrana qarşı sərt addımlar atmağa sövq edir. Həmin ölkələr başa düşürlər ki, ABŞ-dakı növbəti prezident seçkilərinə qədər İrana qarşı sürətlə addımlar atmaq lazımdır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd Bin Salman artıq İrana hərbi müdaxilə planı hazırlayb”.

ABŞ-ın “The Foreign Policy” nəşri də savaşın artıq yaxın tezlikdə bütün regionu bürüyəcəyini yazır: “ABŞ prezidenti Donlad Trampın administrasiyası Vaşinqtonun 2015-ci il nüvə sazişindən çıxdığını bildirəndən və antiiran sanksiyalarını təzələyəndən bir il sonra, görünür, İranın səbri və sazişin şərtlərini yerinə yetirməyə razılığı tükənib. Mayın 8-də Tehranda bildiriblər ki, İran nüvə sazişinin bir sıra əsas bəndlərinə əməl etməkdən əl çəkəcək. Kolumbiya Universitetinin Kürəsəl Energetika Siyasəti Mərkəzinin baş elmi işçisi Riçard Nefyu bildirir ki, bu hal artıq sonun başlanğıcıdır: “Gerçək problem bundan ibarətdir ki, biz indi geriyə, qovğaya qayıtmışıq. İran 60 günlük saat qurub. Şübhəsiz, ABŞ tərəfdən cavab zərbəsi yeni sanksiyalar olacaq. Bu qayda ilə qaçılmaz eskalasiya risqi var”. İranla bağlı durum ABŞ-a münasibətlərin son bir neçə gündə gərginliyin gücləndiyi fonda dönüşür. Tramp administrasiyasında bildiriblər ki, Vaşinqtonun fikrincə, İran, İraqda Amerika qoşunlarına mümkün hücum da daxil olmaqla, bölgədə Birləşmiş Ştatların maraqlarına qarşı cavab tədbirləri görməyə hazırlaşır. Ekspertlər, hər şeydən çox, İrana yardım edilməzsə, 2019-cu ilin yayında nə baş verəcəyindən narahatdır. Zənginləşdirilmiş uran ehtiyatlarına məhdudiyyətin götürülməsi isə İranı nüvə silahı yaratmaq yoluna qaytarar”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ