Bazar günü günü, 08 noyabr 2026
     

Hərbi xidmətdən yayınma cinayətlərinin sayına görə Ermənistan harda, Azərbaycan harda…

Image


Günü-gündən güclənən Azərbaycan Ordusunda vaxtilə mövcud olan bir sıra neqativ hallar artıq keçmişdə qalıb. Bu gün ordumuz öz vətənpərvər əsgər və zabitləri ilə dövlətçiliyimizin keçiyində dayanır.  Hazırda, demək olar ki, ordumuzda fərarilik kimi xoşagəlməz hallara rast gəlinmir.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, orduda baş verən, o cümlədən, hərbi xidmət əleyhinə cinayətlərin sayı Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə azalıb. O, həmçinin, vurğulayıb ki, ötən il Hərbi Prokurorluq üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər illərlə müqayisəli təhlili göstərir ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 29 dəfə, fərarilik cinayətləri 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1000 dəfə azalıb: “Tabelik qaydaları əleyhinə olan, eləcə də hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə iki dəfə az qeydə alınıb. Həmçinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz az olub. Eləcə də 1998-ci illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 51,4 faiz, qeyri-hərbi cinayətlər 10,2 faiz, qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb”.

Azərbaycanda hərbi xidmətdən yayınma cinayətlərinin 33 faiz azalması nəyin hesabına baş verib?

  • Şair Ramaldanov: “Azərbaycanda vətənpərvərlik ruhunda böyüyən gələcək əsgərlə Ermənistanda böyüyən cəsarətsiz uşaq arasında fərq böyükdür”

Azərbaycan Ordusunun sabiq korpus komandiri, iki dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Şair Ramaldanov “Bakı-Xəbər”ə bildirdi ki, ordumuzda mütəmadi olaraq həyata keçirilən islahatlar, hərbçilərin sosial və məişət vəziyyətinin yaxşılaşdırılması, xidmətin tam şəkildə nizamnamələrə uyğun şəkildə aparılması, komandirlərlə tabeliyində olan şəxsi heyət arasında düzgün münasibətlərin qurulması və s. amillər fərariliyin, ümumiyyətlə, hərbi cinayətlərin azalmasına səbəb olub. “Bundan başqa, bilirsiniz ki, aprel hadisələrindən sonra bizim gənclərin daxilində böyük bir ruh yüksəkliyi, potensialı sıçrayış verdi. Bizim gənclərin aprel hadisələrindən sonra qulluq etdikləri hərbi hissələrə münasibəti daha yüksək səviyyədə formalaşdı. Bu və digər hallar da, əlbəttə, hərbi cinayətlərin və fərariliyin faizinin azalmasına səbəb oldu. Ümumiyyətlə, orduda fərarilik və digər cinayətləri yaradan səbəb ilk növbədə ordunun nizamnamə ilə deyil, digər qanunlarla idarə olunduğu hallar olur. Bizdə isə ordu sırf nizamnamə əsasında qurulub, burada kənar təsirlər yoxdur. Bu gün Azərbaycan əsgəri hansı postda olmasından asılı olmayaraq, onun məişət təminatı tam şəkildə qurulubsa, bu həmin gəncin hərbi xidməti uğurla davam etdirməsinə müsbət təsir göstərir. Müasir Azərbaycan Ordusunda xidmət edən əsgərlər öz xidməti vəzifələrini yüksək səviyyədə həyata keçirirlər. Çünki onların bütün qayğıları, sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Sosial-məişət qayğılarından uzaq olan, tək fikri Vətəni, torpağı qorumaq olan Azərbaycan əsgərləri irəliyə baxır, torpaqlarımızı azad edəcəkləri günü gözləyirlər”.

Azərbaycan Ordusu ilə müqayisədə Ermənistanda hərbi cinayətlərin və fərarilik hallarının yüksələn xətt üzrə getdiyini deyən Ş.Ramaldanovun sözlərinə görə, bu gün bu ölkənin ordusunda istənilən növ cinayət halları geniş yayılıb: “Ermənistanın özünün təqdim etdiyi statistikaya görə, bu gün onların hərbi hissələrində ölüm halları döyüş itkilərini iki dəfə üstələyib. Bunlar özünəqəsdir, yaxud əsgər yoldaşı tərəfindən öldürülmədir və s. Ermənistan ordusunda nizam-intizamsızlıq hökm sürür. Bilirik ki, bu, birinci növbədə, Ermənistanın hərbi hissələrində xidmət edənlərin sosial-məişət vəziyyətinin acınacaqlı olmasıdır. Digər tərəfdən də bu gün işğal olunmuş Dağlıq Qarabağda Ermənistandan olan əsgər və digər hərbi qulluqçularla separatçı rejimin əsgərləri arasında ziddiyyətlər də mövcuddur. Onların münasibətləri çox gərgindir. Başqa bir tərəfdən, bir respublikanın birinci şəxsi orduda yemək probleminin olduğunu açıq şəkildə etiraf edirsə, yemək probleminin həllinə hələ zaman tələb olunduğunu deyirsə, bu onların vəziyyətini göstərir. Azərbaycanın gələcək əsgəri ilə Ermənistanın gələcək əsgəri arasında böyük fərq var. Bu ondan ibarətdir ki, Azərbaycanın gələcək əsgəri məktəb yaşından başlayaraq böyüyənə qədər Qarabağı azad etmək arzusu ilə yaşayır və o ruhda tərbiyə alır, ona ailədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi təlqin edilir. Bu o deməkdir ki, bizim gələcək əsgərlər torpaqlarımızın işğaldan azad olunması haqqında düşünürlər. Bu gün kiçik bir oğlan uşağından soruşanda ki, böyüyəndə kim olacaqsan, deyir ki, böyüyüb əsgər olacağam və Qarabağı işğaldan azad edəcəyəm. Yəni Azərbaycanda vətənpərvərlik ruhunda böyüyən gələcək əsgərlə Ermənistanda böyüyən cəsarətsiz uşaq arasında fərq böyükdür. Çünki Ermənistanda valideynlər çalışırlar ki, uşaqlarını ölkədən çıxarsınlar. Təşviş içində olan erməni valideynlər qorxurlar ki, uşaqları böyüyəndə onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hərbi xidmətə aparacaqlar. Müasir Ermənistan uşaqları və gəncləri bu qorxu ilə yaşayırlar. Erməni gəncləri Azərbaycanın işğal altında olan ərazilərində hərbi xidmət keçməkdən qorxurlar, ona görə ki, onlar burada bir çox problemlərlə üzləşirlər. Orada mövcud olan şərait o gənclərin vəziyyətini psixoloji cəhətdən daha da ağırlaşdırır. Böyük psixoloji gücə, sosial-iqtisadi, mənəvi potensiala, təminata malik olan Azərbaycan əsgəri təbii ki, fərarilik haqqında düşünməyi belə ağlına gətirmir. Ancaq hər gün psixoloji, mənəvi-sosial problemlər içində yaşayan Ermənistan əsgəri hər an cinayət törədir, intihara əl atır, yaxud da bir-birini güllələyir. Bunun nəticəsində də Ermənistan ordusunda cinayət halları artır. Bu gün Azərbaycan Ordusunda əsgərlərin cinayət törətməsi, fərarilik etməsi üçün heç bir səbəb, mühit yoxdur. Çünki Azərbaycan  əsgərinin gözləri yalnız irəliyə dikilib. Fikir verin, hərbi xidmətə çağırılanlardan istənilən birini dindirsəniz, deyəcəklər ki, Qarabağın işğaldan azad edilməsi bizim əsgərlik xidməti dövrümüzə düşsün, biz öz torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəyirik. Əsgərlərimizin hamısı “mən Ali Baş Komandanın əmrini gözləyirəm” deyir. Bizim əsgərlər bu mühitdə xidmət edirlər. Erməni əsgərləri isə irəliyə yox, ancaq arxaya baxırlar ki, nə zaman onların canları orduda xidmətdən qurtaracaq və evlərinə qayıdacaqlar. Bu gün Ermənistan cəmiyyəti də hökumətdən onu tələb edir ki, qoy bizim övladlarımız öz respublikamızda xidmət etsin, öz dövlətimizi qorusun, onlar başqasının torpaqlarında xidmət etməsinlər”.

Azərbaycan Ordusunda vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması, eləcə də əsgərlərin sosial-məişət qayğılarının olmaması kimi amillərin bizim orduda fərarilik kimi hərbi cinayətlərin azalmasına səbəb olduğunu deyən Ş.Ramaldanov hesab edir ki, Azərbaycan Ordusu öz gücü, potensialı ilə Ermənistan ordusundan dəfələrlə yüksəkdir.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ