Rusiya xarici dövlətləri İranla iqtisadi əlaqələri davam etdirməyə çağırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada, Moskvanın İranın nüvə razılaşmasına dair öhdəliklərinin bir hissəsinə əməl etməyi təxirə saldığını nəzərdə tutan qərarını anlayışla qarşıladığı bildirilib.
Rusiya XİN ABŞ-ın nüvə razılaşması çərçivəsində İrana qarşı atdığı addımları da tənqid edib: “ABŞ keçən il razılaşmadan çıxaraq BMT qərarını ayaqlamaqla kifayətlənməyib. İrana qarşı bir tərəfli sanksiyalar tətbiq etməyə başlayıb. Digər ölkələrə də siyasi təzyiq edərək İranla iqtisadi əlaqələrin qarşısını almağa çalışıb. Bu addımları pisləyirik”.
Tehran razılaşma çərçivəsində ona verilmiş iqtisadi imtiyazlardan istifadə edə bilmədiyi deyilir. “Bu səbəbdən bütün ölkələri öz öhdəliklərini yerinə yetirməyə və İranı da müqavilə çərçivəsindəki öhdəliklərindən daha çox uzaqlaşmamağa çağırırıq”.
Rusiya bildirir ki, xarici ölkələr enerji ticarəti başda olmaqla İranla iqtisadi əlaqələri məhdudlaşdırmamalıdır.
Xatırladaq ki, ABŞ 2018-ci ildə nüvə razılaşmasından bir tərəfli çıxdıqdan sonra İrana sanksiya tətbiqinə başlayıb.