Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın Ermənistana “İpək yolu zərbəsi” Paşinyanın rəqiblərinin əlində təsirli silaha çevrilir

Image


İşğalçı Ermənistanın sosial-iqtisadi müstəvidə düşdüyü problemlərdən yaxa qurtarmaq üçün etdiyi bütün cəhdlər birmənalı şəkildə fiasko ilə nəticələnməkdədir. Çünki yaşadığı blokada üzündən Ermənistan hələ də özünün xilası ola biləcək hansısa regional layihədə iştirak edə bilmir. Bu xüsusda edilən cəhdlər isə hələ də işğalçı üçün hansısa nəticə vermir.  Məsələn, Ermənistanın İranla enerji, nəqliyyat sahəsində birgə həyata keçirmək istədiyi layihə sadəcə kağız üzərində qalıb. Rusiya və Gürcüstanla birgə təşəbbüslər də eyni aqibəti yaşamaqdadır.  

İndi düşmən ölkədə böyük çaxnaşma yaradan hallardan biri regionda həyata keçirilən yeni transmilli layihələrə də ermənilərin həsrətlə baxmalarıdır. Bu xüsusda Azərbaycanın da əsas iştirakçılarından biri olduğu “Bir kəmər, bir yol” layihəsi ətrafında Ermənistanda hələ də böyük ajiotaj yaşanması müşahidə edilməkdədir. Hesab edilir ki, bu layihə Azərbaycanın regionda mövqelərini daha güclü hala gətirdiyi halda Ermənistanı daha zəif duruma düşürəcək. Hazırda görünən odur ki, hadisələrin bu səpkidə inkişafı baş nazir Nikol Paşinyan üçün də ölkə daxilində ciddi çəktinliklər yaradır.  Xüsusən də Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Nikol Paşinyanın iştirak etməməsi onu tənqid hədəfinə çevirib.

Ermənistanın “Armenianreport” saytı yazır ki, müxalifətdə olarkən Paşinyan mitinqlərdə çıxışlarında Sarkisyan iqtidarını tənqid edərək bildirirdi ki, yanlış siyasət ucbatından ölkə enerji, nəqliyyat və iqtisadi blokada vəziyyətinə düşüb: “Halbuki, Ermənistan Asiya ilə Avropa arasında tranzit rolunu oynaya bilər və dövlət büdcəsinə valyuta axınını təmin edər. İndi Paşinyan artıq müxalifət lideri deyil, ölkənin baş naziridir. Belə olan halda o dediyi sözlərin və verdiyi vədlərin həyata keçməsi üçün niyə heç bir iş görmür?  Pekində keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Rusiya yüksək səviyyədə təmsil olundu. Dünyanın 60-dan çox ölkəsinin iştirak etdiyi forumda ticarət və nəqliyyat dəhlizlərinin yaradılması, tranzit yüklərin daşınması və sair bu kimi məsələlər müzakirə edilib. Forum çərçivəsində ümumi dəyəri 64 milyard dollar olan 283 müqavilə imzalanıb. Azərbaycan və Gürcüstan da bu müqavilələrdə iştirak edərək öz iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışdılar. Lakin Ermənistan bu tədbirdə təbiəti mühafizə naziri ilə təmsil olundu və yalnız Çinlə ekologiyanın mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol imzaladı. Görəsən təbiətin mühafizə naziri Erik Qriqoryanın ekologiyanın mühafizəsinə dair imzaladığı sənəd Ermənistan iqtisadiyyatının dirçəlməsinə necə təsir göstərəcək? Əlbəttə, heç cür. Bunları düşünmək əvəzinə Paşinyanın başı daha çox hakimiyyətini möhkəmləndirməyə qarışıb. Ölkənin problemlərinə isə nəinki ikinci, heç üçüncü dərəcəli məsələ kimi də baxılmır”.

Bununla yanaşı qeyd olunur ki, qarışdakı dövr ərzində Ermənistanı kifayət qədər böyük problemlər gözləyir: “Məsələ burasındadır ki, ABŞ İrana qarşı sanksiya və təzyiqləri genişləndirir. İran iqtisadiyyatında çökmələr isə bu ölkənin Ermənistana yardımlarını və iqtisadi işbirlyini tamamilə arxa plana atır. Rusiyadan da Ermənistana pul köçürmələri və sərmayələrin həcmi sürətlə azalır. Diaspor da daha əvvəlki kimi Ermənistana vəsait göndərmir. Türkiyədə çalışan ermənilərin də buradan çıxaralıcağına dair söz-söhbətlər gəzir. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı daha böyük iqtisadi çətinliklərin gözləməsi deməkdir“.

Yeri gəlmişkən qeyd edək ki, “Past” erməni qəzetinin də xəbərinə görə, Türkiyə yaxın zamanlarda Ermənistan vətəndaşlarını kütləvi şəkildə deportasiya edə bilər: “Türkiyədə erməni əmək miqrantlarının sayı kifayət qədər çoxdur. Bu məsələ bir neçə dəfə Türkiyədə gündəmə gətirilib. Onun indi aktuallaşdırılmasının səbəblərindən biri Ermənistanın Suriya siyasəti olub. Deportasiya reallaşarsa, o zaman yaxın zamanlarda ailəsinə pul göndərən 70-100 min Ermənistan vətəndaşı geri dönmək məcburiyyətində qalacaq. Bu isə ciddi problem deməkdir. Paşinyan belə məsələləri həll etmək əvəzinə diqqəti yalnız hakimiyyəti gücləndirməyə, bunun üçün də indi milyarder Hagik Tsarukyanı sıradan çıxarmağa yönəldib”. Erməni polittexnoloq Armen Bədəlyan da məsələyə eyni prizmadan yanaşır. O bildirir ki, həqiqətən də indiki halda Paşinyanı düşündürən əsas məsələ Hagik Tsarukyanla bağlıdır: “Amma hökumət Hagik Tsarukyanı mandatından məhrum etsə belə, o, siyasətdən getməyəcək. Burada başqa sual yaranır: Hagik Tsarukyan mandatdan imtina edərsə, o zaman baş nazirin, yoxsa özünün reytinqi yüksələcək? Hər zaman bilmək lazımdır ki, müəyyən avtoriteti olan və hökumət tərəfindən təqib edilən siyasi qüvvənin reytinqi daha çox artır. Hazırda “Mənim Addımım” Blokuna alternativ olaraq yalnız “Çiçəklənən Ermənistan” Partiyası qəbul edilir. “İşıqlı Ermənistan” ictimai gözləntiləri və real alternativ olma imkanlarını doğrultmur. Buna görə də “Çiçəklənən Ermənistan”ın bu gün mövqeləri “İşıqlı Ermənistan”dan daha yüksəkdir. Unutmaq lazım deyil ki, “Çiçəklənən Ermənistan” “Vahid Rusiya” Partiyası ilə intensiv işləyən qüvvədir. Yəni “Çiçəklənən Ermənistan”a çıxarılan sarı kart Rusiyaya göstərilən sarı kart kimi qəbul edilə bilər. Bu halda Rusiyanın Ermənistana təzyiqlərinin daha da artmasını gözləmək olar. Bura iqtisadi təzyiqlər də daxildir. Paşinyan bunlar barədə fikirləşməlidir”.

Qeyd edək ki, son günlər hökumət tərəfindən Hagik Tsarukyana qarşı təzyiqlər artıb. Hökumətin nümayəndələri müxtəlif bəhanələrlə Hagik Tsarukyandan öz gəlirləri ilə bağlı deklarasiya təqdim etməyini və özünün sahibkarlıq fəaliyyətinə aydınlıq gətirməsini tələb edirlər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ