Bazar günü günü, 08 noyabr 2026
     

Ümumdünya Mətbuat Azadlığı Günündə Azərbaycan və dünya mətbuatının vəziyyəti müzakirə olundu... - FOTO

Image


Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. II Fəxri Xiyabanda 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun da məzarı ziyarət olunub.

Toplantını giriş sözü ilə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün yaranma tarixi ilə bağlı geniş məlumat verib. O bildirib ki, “soyuq müharibə” başa çatdıqdan sonra planetin siyasi mənzərəsi ciddi şəkildə dəyişdi. 1989-cu ilin noyabrında YUNESKO-nun Baş Konfransı kommunikasiya sahəsində yeni strategiya qəbul etdi. Bu strategiya informasiyanın sərbəst yayımını, inkişaf etməkdə olan ölkələrin kommunikasiya imkanlarının artırılmasına yardım göstərməyi nəzərdə tuturdu. 90-cı illərdə Şərq-Qərb mətbuat nümayəndələrinin görüşünün keçirilməsi təklif olundu. Görüş 1990-cı ilin fevralında gerçəkləşdi. Orada Mərkəzi və Şərqi Avropa ölkələri ilə yanaşı, Qərbi Avropa və Şimali Amerikadan gəlmiş 80-ə yaxın jurnalist və redaktor iştirak etdi. Toplantı Mərkəzi və Şərqi Avropada demokratik proseslərin inkişafına BMT-nin töhfəsi idi. Görüşdə jurnalistlərin fəaliyyətlərini yeni şəraitə uyğun qurmaları, Şərqlə Qərb arasında informasiya mübadiləsinin inkişafı zərurəti müzakirəyə çıxarıldı. Müzakirələr mətbuatın müstəqilliyi, plüralizm və söz azadlığı prinsiplərinin bütün dünyada bərqərar olunması üçün geniş tədbirlər proqramının meydana çıxmasını şərtləndirdi.

Ə.Amaşov çıxışında onu da bildirib ki, 1991-cı ilin mayında Namibiyanın paytaxtı Vindhukda keçirilmiş seminarın iştirakçılarının qəbul etdiyi bəyannamə Afrikada mətbuat azadlığının qorunmasına, müstəqil və plüralist informasiya vasitələrinin inkişafına zəmin yaratdı. YUNESKO-nun Baş Konfransı özünün 26-cı sessiyasında BMT-nin Baş Məclisindən 3 may 1991-ci il Vindhuk Bəyannaməsinin ildönümünü keçirməyi və may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” kimi rəsmiləşdirməyi təklif etdi. Məclis 1993-cü ildə həmin təklifi nəzərə alaraq 3 may tarixini “Ümumdünya Mətbuat Azadlığı Günü” olaraq təsdiqlədi.

Azərbaycanda da hər il 3 may tarixinin ölkənin media cameəsi tərəfindən geniş şəkildə qeyd edildiyini diqqətə çatdıran MŞ sədri vurğulayıb ki, həm media sahəsində qəbul edilmiş qanuvericilik, həm jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, həm də redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönələn tədbirlər ölkəmizdə mətbuat azadlığına həssas yanaşıldığının, ona xüsusi dəyər verildiyinin bariz nümunəsidir və buna görə hazırda mediamız bölgədə lider mövqeyə malikdir. Ə.Amaşov Azərbaycanda media azadlığı ilə bağlı problemlərin də mövcudluğunu dilə gətirib və bildirib ki, ümumən medianın başlıca çətinliyi onun iqtisadi cəhətdən özünü maliyyələşdirmək imkanlarının məhdudluğudur. Mövcud amil qeyri-peşəkarlıq meyllərinin nəzərə çarpmasını da şərtləndirməkdədir.

MŞ sədri çıxışında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə də diqqət yetirib və bildirib ki, 2005-ci ildə baş vermiş bu faciə ölkəmizdə söz və mətbuat azadlığına qarşı böyük hücum idi. Qətli törədənlərin tapılıb məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayan Ə.Amaşov hüquq-mühafizə orqanlarını bu istiqamətdə aktiv olmağa çağırıb.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu söz və mətbuat azadlığının Azərbaycan üçün böyük nemət olduğunu bildirib. Azadlıq anlayışına fəlsəfi nöqteyi-nəzərdən yanaşan, onu mənəvi tələbat olaraq dəyərləndirən baş redaktor vurğulayıb ki, jurnalistika cəmiyyət üçün həyati əhəmiyyət daşıyan və geniş sərhədlərə malik söz azadlığının yaşadılmasında müstəsna missiya daşıyan institutdur. Ölkəmizdə bu missiyaya həm ictimai, həm də dövlət idarəçiliyi baxımından məxsusi yanaşılır.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında söz və mətbuat azalığı ilə bağlı beynəlxalq miqyasdakı vəziyyət barədə söz açıb. O, diqqəti bu azadlığı təhdid edən meyllərə çəkib və əsasən dezinformasiyalar üzərində dayanıb. U.Rəhimoğlu məsələnin BMT səviyyəsində dəfələrlə geniş müzakirəyə çıxarıldığını bildirib və əlavə edib ki, dünyada konfliktlərin çoxaldığı indiki dövrdə söz və mətbuat azadlığının reallığı və həqiqətləri bəyan edən vasitə kimi əlahiddə statusda daha real şəkildə qəbulu mütləqdir.

Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistan tərəfindən 6 azərbaycanlı jurnalistin qətlə yetirildiyini bildirən MŞ İdarə Heyətinin üzvü Azər Həsrət münaqişənin söz azalığına basqı mahiyyətini də qabardıb. Azərbaycan əsgəri tərəfindən nəinki erməni jurnalistinə, ümumən heç bir jurnalistə güllə atılmadığını deyən A.Həsrət eyni zamanda diqqəti söz və mətbuat azadlığından manipulyasiya məsələlərinə yönəldib. O bildirib ki, Dağlıq Qarabağda erməni terrorunun qurbanı olmuş jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı söz azadlığı prinsiplərindən Azərbaycan əleyhinə sui-istifadə ilə məşğuldur və bu, kifayət qədər ziddiyyətli məqamdır. A.Həsrət jurnalist E.Hüseynovun qatillərinin tapılaraq qanunlar qarşısında məsuliyyətə cəlb olunmalarının vacibliyindən söz açarkən jurnalistin qətlinin siyasi məqsədlər və müxtəlif qrant maxinasiyaları üçün alətə çevrilməsinin yolverilməzliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müasir mediada söz azadlığının ifadəsi üçün zəruri sayılan baxışların dəyişdiyindən söz açıb. Bu xüsusda nəzərə çarpan qeyri-ciddi mövzulara müraciət tendensiyasının nəinki ölkəmizdə, eləcə də bütün dünyada xarakterikliyini əsaslandırıb. Belə bir mühitdə söz azadlığının gerçək mahiyyətinin deyil, bəzən reallıqlardan kənar mülahizələrin cəlbedici olduğunu vurğulayıb. O, Azərbaycan jurnalistlərinin bütün bunları nəzərə alaraq fəaliyyət göstərməsinin arzulanan olduğunu deyib.

MŞ İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında bildirib ki, Azərbaycanda mətbuatla dövlət arasında anlaşma mühiti mövcuddur. Bu mühit jurnalistikamızın, dünyanın bir sıra ölkələrində olduğu kimi, müxtəlif kriminal çevrələrin, siyasi qrupların əlində manipulyasiya predmetinə çevrilməməsinin təminatıdır. A.Quliyev mediamızın problemlərini də sadalayıb və vurğulayıb ki, əsas olan problem və çətinlikləri aradan qaldırmaq iradəsinin, qətiyyətin və düzgün müəyyənləşdirilmiş strategiyanın olmasıdır.

Müasir dünyada söz və mətbuat azadlığı prinsiplərinə yeni baxışların diqqət çəkdiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu durumda həmin dəyərlərin təhdidə məruz qaldığını da xarakterik cəhət kimi önə çəkib. Yeni dövrün çağırışlarında söz azadlığındakı sərhədlərin çox incə şəkildə müəyyənləşdiyini bildirən baş redaktor Azərbaycan jurnalistlərinin də tələblərə uyğun, peşəkarlıq meyarlarını qoruyaraq universal şəkildə fəaliyyət göstərmələrinin zəruriliyini əsaslandırıb.

“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün yalnız media ictimaiyyəti deyil, bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını deyib. O, həmçinin bildirib ki, bu günün mahiyyətinə diqqətin artırılması məqsədilə müxtəlif festivallar da təşkil olunmalıdır.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, dünyanın aparıcı dövlətlərini söz azadlığının bir dəyər kimi müdafiəsinin vacibliyi məsələsi ciddi şəkildə düşündürməkdədir. Bu xüsusda sosial şəbəkələrdə və digər resurslarda yayımlanan feyk xəbərlərdən qorunmaq üçün ənənəvi medianın rolunun artırılması üzərində dayanılır. M.Ələsgərli ölkəmizdə də buna diqqət yetirilməsinin zəruriliyindən söz açıb və əlavə edib ki, məsələ peşəkar jurnalistləri düşündürməli, onlar mövcud istiqamətdə bütün imkanlarını səfərbər etməlidir.

Ümumən konfrans iştirakçılarının yekdil fikri bundan ibarət olub ki, söz və mətbuat azadlığı prinsiplərinin qorunması işindəki səmərəlilik artırılmalı, həmin prinsipləri hər hansı şəkildə təhdid edən, təhdid şübhəsi yaradan meyllərə qarşı mübarizə gücləndirilməlidir. Bu baxımdan bir sıra məqamlara diqqətin yetirildiyi konfransda jurnalist Elmar Hüseynovun qətlində günahkarların layiqli cəzalarını hələ də almamaları təəssüf doğuran hal kimi vurğulanıb. Tədbirdə əlaqədar qurumlara bu istiqamətdə ciddi fəaliyyət göstərmək çağırışı səslənib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ