Bazar günü günü, 08 noyabr 2026
     

Dünya Azərbaycan diasporunda maraqlı proseslər - Dövlət Komitəsi işin harasında…

Image


Azərbaycanın xaricdə güclü diasporunun olmasını hamıdan çox istəyənlərdənik. Bunu təsadüfən xatırlatmırıq. İş burasındadır ki, son vaxtlar diaspor prosesində cərəyan edən proseslərə fərqli və bəzi aspektlərə tənqidi yanaşmamız çeşidli mülahizələrin meydana çıxmasına şərait yaradıb.

İş burasındadır ki, Frenk Elkaponinin (Füzuli Məmmədov) rəhbərliyi altında Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının (Rusiya Azərbaycanlıları İttifaqı) yaradılması ilə bağlı apardığımız araşdırmalar və təqdim etdiyimiz silsilə materiallardan yanlış nəticələr çıxaranlar da var. Sosial şəbəkələrdə bu məzmunda olan paylaşımlarımız və ən əsası da məqalə linkləri ətrafında gedən müzakirələrdə hətta bizə müəyyən iradlar da tutulur. Sanki bizim jurnalist fəaliyyətimizi hansısa ölkədə diaspor quruculuğunda gedən birləşmə və ya zorən kleyləşmə proseslərinə mane olmaq cəhdi kimi dəyərləndirənlər də tapılır. Təbii ki, kökündən yanlış olan yanaşmadır. Çünki, media olaraq, Azərbaycan diasporu ilə bağlı təbliğati məzmunlu silsilə yazıları da məhz biz yazmışıq. Daim diasporumuzun üzləşdiyi problemlərə diqqət ayırmışıq. Maraqlıdır ki, bu yöndə canfəşanlıq etmək istəyən və müəyyən mənada bizə ağıl verməyə cəhd edən adamların diaspor quruculuğu, onun təbliğində zərrə qədər də əməyi olmayıb. Belələrinə hətta şirəyə yığışanlar da demək olar. Harada yeni təşkilat, pul iyi varsa, həmin adamları məhz orada görməyə artıq alışmışıq. Bu izahatı ona görə verdik ki, bizim bu mövzuya yanaşmamızı bir daha başqa səmtə yozmağa cəhd etməsinlər. Müşahidələrimiz nəticəsində bu qərara gəlirik ki, sanki dünyanın müxtəlif ölkələrində diaspor qurumlarının yeni təşkilatlanması prosesinə cəhdlər nəzərə çarpır. Təqdir olunası prosesdir. Çünki söhbət hansısa yeni diaspor qurumu və ya dərnəyinin yaranmasından deyil, çox əhəmiyyətli çoğrafiyalarda diaspor qurumlarımızın konsolidasiyasına olunan cəhdlərdən gedir. Bizim üçün ən maraqlı olan budur ki, bu proseslər məlum istiqaməti kurasiya etməyə məsul olan Diaspor İşləri üzrə Dövlət Komitəsinin iradəsi kənarında baş verir. Çox xahiş edirik, kimsə bizə “yanılırsınız” deməsin. Çünki hadisələri obyektiv analiz etməyə qadirik. Niyə bu sözü Ukrayna ilə bağlı söyləmirik? Orada da güclü və bir-birilə antoqonist mövqedə dayanan diaspor qurumlarımız vardı. Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra müşahidə etdik ki, Fuad Muradovun bir neçə dəfə həmin ölkəyə səfər etməsi, diaspor liderləri ilə keçirdiyi görüşlər öz bəhrəsini vermiş oldu. Nəticədə bizim hamımızı sevindirən bir hadisə baş verdi. Bütün diaspor qurumlarımız umu-küsünü bir tərəfə qoyaraq, Ukrayna Azərbaycanlılarının Radası adlı qurumda birləşdilər. Tədbirdə Diaspor Komitəsinin rəhbərliyi də iştirak etdi. Yəni bu işdə Azərbaycan dövlətinin dəstəyi və xeyir-duası açıq hiss edildi. Ancaq Rusiyada baş verən son prosesdə, nədənsə, biz səfirlik əməkdaşlarımızın, hansısa dövlət rəsmisinin və ən başlıcası isə Diaspor Komitəsinin nümayəndələrinin iştirakını görmədik. Hər halda, bu sualla Füzuli Məmmədovun yeni təşkilatının rəhbərliyində təmsil olunan şəxslərə müraciət etmək kimi haqqa sahib olduğmuzu bilib, onlara sorğu etdik.

Rusiyada yaşayan tanınmış diaspor fəalı və yeni təşkilatın əsas funksionerlərindən olan Mirkazım Seyidov bizə açıqlamasında bildirdi ki, komitə bu işi dəstəkləyir, hətta dövlət qurumunda təmsil olunan bir nəfərin onlara xeyir-dua verməsi də qeyd edildi. Sonradan bizimlə əlaqə saxlayan Mirkazım müəllimin danışığından belə başa düşdük ki, komitədən ona zəng vurub bu məsələdə onların adını hallandırdığına görə irad bildiriblər. Maraqlı sual yaranır: görəsən niyə? Əslində, bu suala cavabı elə Diasporla İş üzrə Dövlət Komitəsi özü cavablandırıb. Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının yaradılması ilə bağlı suala qurum rəsmisinin verdiyi cavabda mövzuya bir qədər ehtiyatlı yanaşıldığı hiss edilir.

Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər. O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: "Hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir".

Hər halda, bu münasibətdən də görünür ki, yeni qurumun yaradılmasını əlaqədar dövlət qurumu soydaşlarımızın öz təşəbbüsü kimi dəyərləndirir. Analogiya aparsaq görərik ki, elə Rusiyanın özü və başqa ölkələrdə yaradılan böyük diaspor təşkilatlarının təqdimatında biz dövlət qurumlarının bir qədər isti münasibətinin şahidi olmuşuq. Belə olan təqdirdə, maraqlı suallar meydana çıxır. Əgər komitə bu işi soydaşlarımızın öz öhdəsinə buraxıb və qurum rəsmilərinin həmin tədbirlərə dəvətini normal qəbul edirsə, onda niyə bəzi ölkələrdəki tədbirlərdə iştirakı məqsədəuyğun saymır?

Qeyd edək ki, Rusiyanın ardınca, diasporumuzun konsolidasiyası istiqamətində başqa bir çoğrafiyada da komitənin iradəsindən xaric proseslər start götürüb. Mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı tərəfindən "Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verilib.

Bildirilir ki, forumun keçirilməsi ilə bağlı qərar hər iki təşkilatın idarə heyətində müzakirə edilib və bu fikir dəstəklənib. Forumun keçiriləcəyi yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı, təkliflər arasında digər ölkələr də var. Bu günlərdə yayımlanacaq geniş açıqlamada yer və tarixlə bağlı məlumat veriləcək. Dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkənin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq forumda müzakirə olunacaq əsas mövzular sırasındadır. Foruma 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyətinin qatılacağı gözlənir.

Hər halda, dünyadakı Azərbaycan diasporunda maraqlı proseslərin getdiyinə şahidlik edirik. Amma Diaspor Komitəsi bu işlərdə gözə dəymirsə, deməli, ortada hansısa müəmma var...

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ