Bazar günü günü, 08 noyabr 2026
     

“Həm Rusiyanın, həm də Qərbin dəstəyini itiririk – bu, Ermənistana müsbət heç nə vəd etmir…”

Image


Son dövrlərdə işğalçı Ermənistanda yenidən Rusiyaya qarşı çıxanların sayının artması, Kreml əleyhinə sərt fikirlər səslənməsi müşahidə olunur. Özü də bunlar Nikol Paşinyan iqtidarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya tərəfindən daha çox təzyiqlərə məruz qaldığı bir vaxtda baş verir. Bu mənada belə fikirlər də səslənir ki, əslində, Rusiyaya qarşı sərgilənən mövqenin arxasında Paşinyan iqtidarı özü dayanır.

Baş verənlərlə bağlı Ermənistanın “İravnuk“ qəzeti yazır ki, Paşinyan Rusiyaya yarınmaq üçün müəyyən cəhdlər etsə də, Kreml bu şəxsi qəbul etmir və erməni baş nazirə inanmır. Belə vəziyyətdə Paşinyanın Rusiyaya qarşı gedişlər etmək niyyəti isə Kremli daha da qəzəbləndirir: “Rusiyada yaxşı bilirlər ki, hökumətin razılığı olmadan Kremlə qarşı sərt mövqe sərgiləmək, açıq tənqidlər etmək elə də asan məsələ deyil. Bu mənada, Ermənistanda Rusiya əleyhinə fikirlər elə İrəvanın mövqeyi kimi qəbul edilir. Təbii ki, Rusiya bunları cavabsız buraxmaq niyyətində deyil“. Maraqlıdır ki, hazırda Ermənistanda Rusiyaya qarşı “Sasna tsrer” qruplaşması daha aktiv fəaliyyət göstərir. Xatırladaq ki, 2016-cı ilin yayında İrəvan polisinin post-patrul alayına hücum etmiş “Sasna tsrer” silahlı qruplaşması Nikol Paşinyanın hakimiyyətə gəlişilə əfv edilib və sonra partiyaya çevrilib. Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Paşinyaınn qruplaşma ilə bağlı siyasətini sərt şəkildə tənqid edir. O, “Sasna tsrer” qrupunun üzvlərinin azad edilməsini indiki hakimiyyətin ən böyük səhvi adlandırıb: “Sən polisə hücumu etmiş şəxsləri, terrorçuları azad etməklə öz ölkənin altına saatlı bombanı qoyursan”.

Keçmiş hakimiyyət partiyasının mətbuat katibi həmçinin diqqəti buna yönəldib ki, Paşinyanın belə qruplaşmalarla işbirlyinə Rusiyada, Qərbdə heç də yaxşı baxmırlar. İndi "Sasna tsrer”in Rusiyanı xüsusi tənqid hədəfinə çevirməsi fonunda Şarmazanov dediklərinin bir daha reallığa söykəndiyini bildirir. Məsələ burasındadır ki, “Sasna tsrer”in lideri Jirayr Səfilyan Rusiyanı ölkəsi üçün ən böyük təhdidlərdən biri qismində gördüyünü vurğulayır: "Rusiya imperiyası zəifləyir və bölgəmizdən çıxma təhlükəsi ilə qarşılaşdığına görə başqa bir qanlı yolla bizi özünə birləşdirməyə çalışır. Özümüzü qorumaq üçün bu təhlükəni neytrallaşdırmağın vaxtı gəlib çatıb”. Səfilyan Rusiyanın Ermənistana zərər verdiyini bildirib: “Erməni iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır, Ermənistanda istehlak edilən qaz Rusiyadan alınır. Rusiya qazın qiymətini Avropa qiymətləri səviyyəsində müəyyən edərsə, Ermənistan iqtisadiyyatı çökər. Moskvanın isə belə bir addım atmayacağına heç bir təminat yoxdur. Rusiya Ermənistanı silahlandırmaqdan imtina edərsə, İrəvan silah almaq üçün milyardlarla dollar sərf edən Azərbaycanla silah yarışına davam gətirə bilməz. Yəni Ermənistan Respublikası Rusiyadan çox asılıdır, bura Qarabağ məsələsi də daxildir. Ermənistan Rusiyasız Qarabağı özündə saxlamaq gücündə deyil. Rusiya isə artıq Qarabağı Azərbaycana qaytarmaq istəyir. Buna görə də Rusiyadan imtina etməyin vaxtıdır”. Erməni mediası isə Jirayr Səfilyanın bəyanatının Ermənistanın təhlükəsizliyini və Rusiya ilə münasibətləri təhdid etdiyini bildirib.

 Müqəddəratı Təyinetmə Birliyinin lideri Paruyr Ayrikyan isə bildirir ki, Paşinyan təkcə Rusiya yox, ABŞ-la da münasibətlərə ciddi ziyan vurmaqdadır: “Baş nazir bu günlərdə öz müsahibəsində qeyd edib ki, indiki hökumət qədər heç kim ABŞ-ı tənqid etməyib. O bununla rusiyalı quldarlarına yarınmaq istəyir, çünki heç bir normal adam belə şey deməzdi. Bu, xəstə bəyanatdır. Ermənidə balanslaşmış yanaşma olmalıdır. Amma russevərliyi xarici siyasət yönü kimi yaraqlanmağa götürən adamdan başqa şey gözləmək mümkün deyil. O deyir ki, biz balanslı siyasət aparırıq, amma bu onun yalan bəyanatlarından biridir. Sən Avrasiya İqtisadi Birlyinin üzvüsənsə, balanslı siyasəti necə apara bilərsən? Bax, bu səbəblərdən ABŞ Ermənistanla münasibətlərin inkişafına heç də ciddi maraq göstərmir. Paşinyanın Rusiyaya yarınmaq cəhdləri də iflasa uğrayıb. Moskva əvvəldən onu Qərbin adamı sayıb və fikrində də qalmaqdadır. Belə vəziyyətdə biz həm Rusiyanın, həm də Qərbin dəstəyini itiririk. Bu, iqtisadiyyatdan tutmuş Qarabağ məsələsinə qədər Ermənistana müsbət heç nə vəd etmir”.

Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi İrəvanın Rusiya ilə münasibətləri heç də yaxşı deyil. Respublika Partiyasının sədr müavini Armen Aşotyan bunun günahının məhz indiki baş nazirin üzəriən düşdüyünü vurğulayır. Onun sözlərinə görə, Paşinyan Rusiya ilə münasibətləri ardıcıl şəkildə pisləşdirməkdədir. Ümumiyyətlə, Nikol Paşinyan baş nazir olandan hərəkətləri Moskvanı təəccübləndirir və qıcıqlandırır. Ermənistan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Onlardan daha çox narahatlıq doğuranı əvvəlki kimi yen ədə antirusiya əhval-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, Paşinyan Kremlə zidd olan siyasətini davam etdirməkdədir. Rusiyalı politoloq Andrey Yepifantsev bu xüsusda bildirir ki, Paşinyanın Ermənistanın xarici siyasətini iflasa uğradıb: “Hazırda Ermənistanda situasiya çox çətindir. Onun Moskva ilə münasibətləri problemlidir, Qərblə sürətli yaxınlaşmaq ideyası isə alınmayıb. Paşinyan çalışır ki, çox incə oyun oynayaraq həm Qərblə yaxınlaşsın, həm də Moskvadan uzaqlaşmasın. Bu isə mümkün deyil. Digər tərəfdən, Azərbaycan beynəlxalq münasibətlərdə, Avropa bazarına enerji daşıyıcılarının tədarükündə vacib halqa olaraq qalır. Belə şəraitdə İrəvan öz mövqeyini Qarabağ məsələsində necə yaxşılaşdıra bilər? Paşinyanın nə isə bacaracağına inanmıram. Əvəzində Azərbaycan beynəlxalq oyunçuların İrəvana təzyiqlərinin artmasına nail olmaqdadır. Onlar Paşinyanı yumşaq və diplomatik şəkildə yerinə oturmağa məcbur edəndə, İrəvanın mövqeyində bəzi korreksiyalar olacaq. Lakin hələlik bunun Ermənistanın daxilində necə qəbul ediləcəyi bəlli deyil. Xatırlatmaq istəyirəm ki, Paşinyanı inqilabi dalğa Qarabağla bağlı mövqeyi hər zaman sərt olduğuna görə yüksəyə qaldırdı. Bu hər zaman ictimai fikrin xoşuna gəlib. İndi yaranan əsas sual Paşinyanın bu mövqeyini yumşaltmağa məcbur edəndən sonra ölkə vətəndaşlarının buna necə yanaşacaqlarıdır. Mənim fikrimcə, bu, heç kim üçün yaxşı olmayacaq”.

Beləliklə, real durum göstərir ki, bütün cəhdlərinə rəğmən, Paşinyanın addımları Rusiya ilə münasibətləri daha da gərginləşdirir, onun çox güvəndiyi Qərbdən isə İrəvana yönəlik heç bir dəstək addımları yoxdur. Bununla da Paşinyan onsuz da zəif olan Ermənistanı meydanda müttəfiqsiz və tək buraxmış olur. Bunu ABŞ-ın Karnegi fondunun aparıcı elmi əməkdaşı Paul Stronski də xüsusi olaraq vurğulayır. O, Paşinyanın Rusiyadan savayı hələ ABŞ-ın da etimadını qazana bilmədyini qeyd edərək, belə vəziyyətinVaşinqtonda xoş qarşılanmadığını vurğulayır:  “Ermənistanın baş naziri xarici siyasətdə ciddi səhvlər buraxmaqda davam edir. Nikol Paşinyan işləməyə başlamalıdır və ABŞ-la siyasi oyun oynamağa son qoymalıdır”.  Ekspert bildirib ki, ABŞ 2008-ci ildə Köçəryan və Sarkisyan hakimiyyətindən narazı olub və buna görə də “Minilliyin çağırışı” layihəsinin maliyyələşdirilməsini dayandırmışdı. Paul Stronski xatırladır ki, Birləşmiş Ştatlar hakimiyyət dəyişikliyindən sonra Ermənistana yardımını əhəmiyyətli dərəcədə artırmağı düşünsə də, Paşinyanın addımları buna imkan vermir: “6 ay ərzində Ermənistan əlavə maliyyələşdirmə kimi ABŞ-dan 14 milyon dollar alıb. Əslində, ABŞ Ermənistana 1992-ci ildən bu yana keçən il ən yüksək məbləğ olan 25 milyon dollar ayırıb. ABŞ Paşinyan hökuməti siyasət prioritetlərini təyin edəcəyi və onların proqramının aydın olacağı anda daha çox verməyə hazırdır. Lakin Paşinyan bunu edə bilmir və ABŞ ondan uzaq düşür”. O, həmçinin, Ermənistanın Suriyadakı humanitar missiyası məsələsinə də toxunaraq, Suriyadakı erməni istehkamçıların ruslarla birlikdə olmasının ABŞ üçün böyük bir məsələ olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus uzun müddət Suriyaya qüvvələr göndərmək üçün Rusiya təzyiqinə müqavimət göstərib, amma bu günə qədər Ermənistan buna razılaşan yeganə ölkədir: “Birləşmiş Ştatlar bu mina təmizləyənləri Ermənistanda mina təmizlənməsi üçün ABŞ-ın uzunmüddətli dəstəyi kimi hazırlamışdı. Bu, Ermənistana verilən 1 milyard dollarlıq yardımın bir hissəsidir. Ona görə də, onların Suriyada Rusiya ilə birlikdə yerləşdirilməsi amerikalı auditoriya üçün xüsusilə pis görünür”. Stronski Qərbə heç bir mesajın verilmədiyini vurğulamaqla yanaşı, Ermənistanın avropalı və amerikalı tərəfdaşları üçün necə görünəcəyinin dərk edilmədiyini də əlavə edib: “Paşinyanın işi var və o, ABŞ-ı günahlandırmalı deyil. Yəni öz işini görməlidir. Əks təqdirdə bunun nəticələrinə hazır olmalıdır. ABŞ səhəri gün Azərbaycanla münasibətləri daha da genişləndirəndə, artıq bu, Ermənistanda narazılıqla qarşılanmalı deyil”.

Bütün bunlar Paşinyanın həm Rusiya, həm də ABŞ dəstəyindən tədricən məhrum olduduğunu üzə çıxarır. Aydındır ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da təsirsiz ötüşməyəcək. Ən azı o baxımdan ki, Ermənistandan fərqli olaraq, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Rusiya və ABŞ-ın maraq dairəsində yer alır. Məhz bu vəziyyətdə hər iki tərəf Azərbaycanla əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasının Qarabağ məsələsinin çözümündən keçdiyini də yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ