Bazar günü günü, 08 noyabr 2026
     

64 milyard dollardan Ermənistan bir dollar da pay ala bilmədi – Azərbaycanın sayəsində…

Image


Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe ölkəyə tranzit sahəsində kifayət qədər böyük üstünlüklər qazandırmaqdadır. Elə bunun nəticəsidir ki, tranzit sahəsində həyata keçirilən siyasət, qurulan infrastruktur Azərbaycanı Avrasiya kimi böyük bir məkanda mühüm nəqliyyat qovşağına çevirməkdədir.

Bu gün ölkəmizdən keçən nəqliyyat dəhlizləri həm də Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsinə böyük töhfələri kimi dəyərləndirilir. Son dövrlərdə bu istiqamətdə ən çox diqqət çəkən proseslərdən biri isə Azərbaycanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsində yeri və roludur. Ölkəmizin bu prosesdə yüksək yeri Pekində baş tutan ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu zamanı bir daha öz təsdiqini tapdı. Bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin 37 dövlət və hökumət başçısının qatıldığı forumda Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Burada bir mühüm məqamı qeyd edək ki, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin özü də Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir. Ümumiyyətlə, dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Elə İlham Əliyevin hələ 2015-ci ilin dekabrında Çinə səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu” iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həm də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu bəyan edib.

Bütün bunlar Çinin Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırır. Rəsmi Pekin onu da bildirir ki, “Bir kəmər, bir yol” təşəbbüsü dünyanın inkişafında yeni mərhələdir. Elə bu fonda "Bir kəmər, bir yol" layihəsinin reallaşması Azərbaycanın strateji hədəfləri ilə üst-üstə düşür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə tranzit imkanlarını genişləndirir. Bu mənada, ölkədə müasir nəqliyyat infrastrukturu qurulması isə layihədə Azərbaycana əlavə üstünlüklər qazandırır.

Azərbaycandakı 6 beynəlxalq hava limanı, Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tiflis-Qars dəmir yolu xətti ölkəmizin nəqliyyat-tranzit sahəsində əldə etdiyi mühüm uğurlardır. Bu nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında Azərbaycan mövqeyini daha güclü hala gətirir. Bütün bunlar Çinin də diqqətindən yayınmır. İstər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi isə Çinin Azərbaycana diqqətini daha da artırır. Xatırladaq ki, "Şərq-Qərb” və "Şimal-Cənub” dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün böyük töhfələrini verir. Elə bu da Çini ölkəmizlə əməkdaşlıqda daha maraqlı tərəf edir. Bu mənada, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın dövlət başçısının ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna dəvət olunması tamamilə təbii sayılır. Eyni zamanda, bu hal Çinin də "Bir kəmər, bir yol"  strategiyasının icrasında Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətini göstərir. Məhz belə vəziyyətdən indi işğalçı Ermənistanın böyük əndişələr duyması da özünü qabarıq büruzə verir. Qeyd edilənləri erməni şərhçi Tevos Arşakyanın açıqlamalarından da aydın görmək olar.

O vurğulayır ki, baş nazir Nikol Paşinyan Pekində keçirilən “Bir kəmər, bir yol” forumuna qatılmamaqla təkcə Ermənistanın regiondakı əhəmiyyətini təqdim etmək imkanını qaçırmadı, həm də əlverişli müqavilələr imzalamağı, investisiya axınını təmin etməyi əldən verdi: “Biz Ermənistanda tez-tez şikayətlənirik ki, ölkə iqtisadi, nəqliyyat və energetika blokadasındadır, lakin bizim bədbəxtliklərimizin səbəbi təkcə bu deyil. Hələ ötən ilin aprelində ölkədə genişmiqyaslı etirazlar keçiriləndə Nikol Paşinyan müxalifət lideri kimi bildirirdi ki, Ermənistanın blokada şəraitində inkişafı son dərəcədə çətindir, buna görə şəraitdən istifadə etmək və yükdaşıma sferasını inkişaf etdirmək lazımdır. O vaxtdan bir il keçdi, Paşinyan artıq müxalifət lideri yox, hökumət başçısıdır. Gözlənilən idi ki, o, hakimiyyətdə bu imkanlardan daha yaxşı istifadə etmək üçün çalışacaq, lakin təəssüf ki, dəfələrlə çox gözəl imkanları itirdi. Budur, Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda 37 ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Forumda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin təkbətək görüş keçirdi, Azərbaycan bir sıra müqavilələrə imza atdı. Ermənistan isə forumda nəinki hökumət başçısı səviyyəsində, heç spiker səviyyəsində belə təmsil olunmadı, əvəzində təbiətin mühafizəsi naziri orada idi. Nazir Erik Qriqoryan çinli həmkarı ilə əməkdaşlıq memorandumu imzaladı. Lakin bu memorandum Ermənistanın blokadasına necə təsir göstərir? Bu, Çinin Cənubi Qafqazda nəqliyyat və energetika layihəsində Ermənistanın iştirak edəcəyi deməkdirmi? Xeyr!”. Erməni şərhçi xatırladır ki, Pekində baş tutan tədbirdə 64 milyard dollar dəyərində 283 müqavilə imzalansa da, Azərbaycandan fərqli olaraq, Ermənistan bu müqavilələrdən heç bir pay ala bilməyib. Xatırladaq ki, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Burada onu da nəzərə almaq lazımdır ki, "Bir kəmər, bir yol" layihəsi qlobal əhəmiyyət daşıyır. Bu layihə dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Hesab edilir ki, bu qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə, qeyd olunduğu kimi, Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz “Bir kəmər, bir yol” vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ