Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan diplomatiyasından Ermənistanın Uruqvay ssenarilərini iflas həddinə gətirən gediş...

Image


Azərbaycan diplomatiyası daha bir mühüm uğura imza atıb. Bu dəfə Ermənistanın və erməni lobbisinin Latın Amerikası ölkələrində göstərdiyi fəallığın neytrallaşması istiqamətində ciddi gediş edilib. Məlumdur ki, ermənilərin Latın Amerikası regionunda ən yaxşı əlaqələr qurduğu ölkələrdən biri məhz Uruqvaydır.

Təsadüfi deyil ki, məhz bu əlaqələrin fonunda, Uruqvay hələ 1965-ci ildə qondarma “erməni soyqırımı”nı ilk tanıyan ölkə olub. Bu əlaqələrdən istifadə edərək həmin ölkədəki erməni diasporu indi də “Artsax” adlandırdıqları qondarma bir rejimin  “müstəqilliyini” Uruqvayda tanıtmağa nail olmaq istəyirlər. Ancaq ölkəmizin atdığı mühüm diplomatik addımlardan hiss edilir ki, ermənilərin bu istəkləri ürəklərində qala bilər. Çünki xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanda rəsmi səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşündə mühüm nəticələrin əldə olunduğu bildirilir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər. E.Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq, onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

Rodolfo Nin Novoa Prezident İlham Əliyev tərəfindən qəbul olunduğundan və Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə edib. O, ölkələr, xalqlar arasında xoşməramlı təmasların vacibliyini vurğulayıb və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan edib.

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söyləyib. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada salıb. Eyni zamanda, onun ölkəsinin Azərbaycanla kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirən R.N.Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndiyini qeyd edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyə görə təşəkkürünü ifadə edib. Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun bir şəkildə həll olunmasının önəmini vurğulayıb və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyin bununla eyni olduğunu razılıqla qeyd edib. İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir E.Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hazırda baxılmaqda olduğunu və R.N.Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş"in imzalanacağını məmnuniyyətlə səsləndirib. E.Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmaslarının genişləndirilməsinin vacibliyini qeyd edərək, həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

Görüş əsnasında, həmçinin, ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Göründüyü kimi, iki ölkə arasında bir sıra mühüm razılaşmalar əldə olunub.  Azərbaycanla Uruqvay arasında əldə olunan razılaşmalar Ermənistanın həmin ölkədə həyata keçirmək istədiyi məkrli işlər istiqamətindəki fəaliyyətinin qarşısını alıb, onun əl-qolunu bağlaya bilərmi?

  • Qabil Hüseynli: “Bu cür münasibətlərin inkişafı həmin regionda erməni təsirlərini zəiflədə bilər”

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Azərbaycan xarici siyasət kursunda çoxvektorlu siyasət yürüdür: “Yəni bizim milli maraqlarımıza cavab verən səviyyədə ölkələrlə əməkdaşlığımızı qurmuşuq. Balanslı siyasət, yaxın qonşularla mehriban münasibətin qorunub saxlanması, münaqişədə olan tərəflər arasında neytral qalmaq kimi kombinasiyalar bu siyasətin tərkib hissəsi olub. Məhz bu yöndə yürüdülən siyasətin uğurlarıdır ki, Azərbaycan belə təhlükəsiz şəraitdə yaşayır və inkişaf edir, özünün təbii ehtiyatlarını şaxələndirilmiş marşrutlarla dünya bazarına çıxarıb sata bilir. Bizim milli maraqlarımızın qorunmasını xarici siyasət kursunda təşkil edən istiqamətdən ən önəmlisi erməni yalanları ilə mübarizə tutur. Biz həmin ölkə ilə müharibə şəraitindəyik. Onlar həm dövlət resursları, həm də geniş diaspor imkanları ilə bizə qarşı yalan dolu təbliğatı bütün dünya ölkələrində aparırlar. Artıq dünya qloballaşdığı üçün, indi ölkələrin məkanca bizə uzaq və ya yaxın olması elə bir prinsipial əhəmiyyət kəsb etmir. Bu baxımdan da ermənilərin yeni yalanlar cücərtmək istədiyi istənilən istiqamətə həmlə etməliyik, ağıllı gedişlərimizlə onların məkrli niyyətlərinin həyata keçməsinə imkan verməməliyik. Cənubi Amerikada güclü erməni lobbisi var. Xüsusən bu regionun Argentina və Uruqvay dövlətlərində erməni lobbisi daha güclüdür. Dünya ölkələri arasında qondarma “erməni soyqırımı”nı ilk Uruqvay tanıyıb. Son vaxtlar hiss edilir ki, Azərbaycan və Türkiyə Latın Amerikasında mövqelərini gücləndirmək istiqamətində addımlar atırlar. Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinin təmsilçiləri ilə sıx-sıx görüşməsi və bu yöndə yürüdülən siyasət artıq öz bəhrəsini verib. Məsələn, ötən il həmin regionun ən önəmli ölkələrindən olan Çilinin Azərbaycanda səfirlik açmasını xüsusi qeyd edə bilərik. Hər halda, bu cür münasibətlərin  inkişafı həmin regionda erməni təsirlərini zəiflədə bilər. Hesab edirəm ki, Azərbaycanın Latın Amerikası ölkələrində səfirliyinin sayını bir qədər artırması doğru addım olardı. Bu baxımdan da Uruqvayla əldə olunan razılaşmaları həmin ölkəyə erməni təsirlərini neytrallaşdırmaq baxımından önəmli saymaq olar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ