ABŞ Venesuelaya hərbi müdaxilə edə bilər. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib.
Pompeo hərbi çevriliş cəhdinin uğursuz olduğu Venesuela barədə bu ifadələri işlədib: "Hərbi müdaxilə mümkündür. Əgər lazım olsa ABŞ bunu edəcək. Amma məsələnin sülh yolu ilə həllinə üstünlük veririk".
Pompeo bəyan edib ki, Rusiyaya məxsus zenit-raket kompleksləri ABŞ-a Venesuelada hərbi əməliyyat keçirməyə mane ola bilməz. O qeyd edib ki, söhbət Venesuela ordusunda olan Rusiya istehsalı zenit-raket komplekslərindən gedir: "Əgər ABŞ Prezidenti Donald Tramp vəziyyətin hərbi yolla həllini seçsə, onda ABŞ hərbçiləri bu qərarı yerinə yetirəcəklər. ABŞ hərbçiləri Trampın arzuladığı nəticəni əldə edəcəklər".
Qeyd edək ki, aprelin 30-da Venesuelada hərbi çevrilişə cəhd olub.