Bazar günü günü, 08 noyabr 2026
     

“Keşikçidağ”ı Azərbaycanla Gürcüstan arasında münaqişə ocağına çevirmək istəyənlər var...

Image


Son zamanlar “Keşikçidağ” məbədi və yaxud da “David Qareci” məbəd kompleksi ilə bağlı olaylar xüsusi diqqət mərkəzində yer almağa başlayıb. Azərbaycan bu məsələni sakit və danışıqlar yolu ilə həll etməyə çalışsa da, gürcü tərəfində proseslərlə bağlı birmənalı mövqe müşahidə olunmur.

Məsələ burasındadır ki, bir hissəsi Azərbaycanın Ağstafa rayonu, digər hissəsi isə Gürcüstanın Saqareco rayonu ərazisində yerləşən “Keşikçidağ” məbədi barədə qonşu ölkədə bir-birinə zidd olan müxtəlif fikirlər yayılır. Burada bəzi siyasətçilər məbəd kompleksinin məhz Gürcüstana məxsus olması barədə fikirlər səsləndirir, əhalini də buna inandırmağa çalışırlar. Lakin sağlam düşüncəli siyasətçilər bunun əksini sübut etməklə yanaşı, əhalini sabitliyə və Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə zərər vurmamağa dəvət edirlər. Məsələyə növbəti dəfə münasibət bildirən Gürcüstan prezidenti Salome Zurabişvili ümumi sərhəddə razılaşmanın Gürcüstan və Azərbaycan arasındakı dostluğu möhkəmləndirəcəyinə və mövcud olan bütün məsələləri aradan qaldıracağına əminliyini ifadə edib. Gürcüstan prezidentinin media spikeri Xatiya Moissrapişvili qeyd edib ki, sərhədin və onun delimitasiyasının razılaşdırılması mövzusu bu yaxınlardakı hadisədən- Azərbaycan sərhədçilərinin Udabno gürcü monastırına gedən yolu bir neçə günlüyə kəsmələrindən sonra yenidən gündəmə gəlib.

Xatırladaq ki, 25 apreldə gürcü tərəfi Azərbaycan sərhədçilərinin “Keşikçidağ”  kompleksinə yolu kəsdiklərini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məlumatı şərh edərkən bəyan edib ki, Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiyasının tərəfdarı olub: “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası, beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.

Məsələyə yenidən toxunan  “Rustavi-2” telekanalı bildirir ki, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də “Keşikçidağ”a gedişi bağlayacaq: “Əvvəllər onların sərhədçilərinin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdılar”.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bəzi siyasətçiləri təxribatlardan çəkinməyə çağırıb: “Gürcüstan və Azərbaycan əsrlər boyu dost ölkələr olaraq mehriban qonşuluq münasibətində yaşayıblar. Bu dostluq bundan sonra da davam edəcək. Heç kim bu dostluğu poza bilməz”. “Keşikçidağ” məbədi ətrafında süni şəkildə yaranmış məsələyə toxunan S.Mirzəyev bildirib ki, bu, şübhəsiz ki, öz həllini tapacaq: “Bu gün Azərbaycan və Gürcüstanda iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyalar var. İnanıram ki, bu komissiyalar tarixçilərin və siyasətçilərin də rəylərini nəzərə alaraq məsələnin həlli yolunu tapacaqlar. S.Mirzəyev ötən günlərdə öz sərsəm açıqlamaları və bəyanatları ilə ad çıxarmış üzdəniraq siyasətçi, sabiq müdafiə naziri İrakli Okruaşvili və Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvilinin açıqlamalarına işarə edərək deyib: “Keçmiş və ya indiki siyasətçilərin açıqlamaları məsuliyyətsiz, heç bir cavabdehliyi olmayan və vəziyyəti gərginləşdirməyə yönəlmiş çıxışlardır. Onların açıqlamaları tamamilə absurddur və reallığı əks etdirmir, əksinə, vəziyyəti gərginləşdirir. Mən bütün siyasətçiləri və siravi vətəndaşları bu cür məsələlərə fikir bildirməkdən çəkinməyə dəvət edirəm. Düşünürəm ki, bu məsələ iki ölkə tərəfindən yaradılmış müştərək komissiyaların birgə səyi nəticəsində öz müsbət həllini tapacaq”. Yaranmış durumda Gürcüstanda siyasi proseslərin istiqamətinə baxanda, məsələ ilə bağlı yaradılan süni gərginliyin “Gürcü arzusu” iqtidarına qarşı siyasi rıçaq kimi istifadə edildiyi, gürcü müxalifətinin millətçilik kartına yatırım edərək, ictimai rəydə üstünlük qazanmağa çalışdığı görünür. Keçmiş müdafiə naziri İrakli Okruaşvilinin sərsəm bəyanatı da buna hesablanıb. Bu baxımdan, sərhəd məsələsində gərginliyin yaradılmasına Gürcüstan daxilində iqtidar-müxalifət qovğası olaraq baxmaq olar. Digər tərəfdən, prosesin inkişafı məsələnin görünməyən tərəfindən ciddi təxribatın hazırlandığına dair ehtimalları da gücləndirir. Məsələn, bəzi gürcü media orqanları iddia edir ki,  Azərbaycan sərhədçiləri turist və zəvvarları məbəd kompleksinə buraxmır. İnformasiyanın, Gürcüstan mediası ilə yanaşı, Ermənistan və regionda erməniyönümlü media tərəfindən tirajlaması baş verənlərin pərdəarxasını anlamağa imkan verir. Ermənistanın “aravot”, “yerkramas” və digər şovinist nəşrlərində də proses süni şəkildə şişirdilir.
Baş verənlərdən aydın aydın olur ki, düşmənin məqsədi sərhədin delimitasiyası ilə bağlı aparılan müzakirələrin yönünü dəyişmək, mümkünsə, Bakı və Tiflis arasında hazırda problem olaraq görünən məsələnin həll edilməsinin qarşısını almaqdır. Azərbaycan sərhədçilərinin zəvvarlara maneə kimi göstərilməsinin arxasında da bu məqsəd durur. Burada əsas niyyət Gürcüstan ictimaiyyətində və xristian icmalarında Azərbaycana qarşı qəzəbi formalaşdırmaqdır. Beləliklə, yaradılan süni gərginliyin arxasında erməni barmağı aydın görünür. Hədəf Azərbaycan - Gürcüstan münasibətlərinin pozulmasıdır. Proseslərin gedişi təsdiqləyir ki, bu məsələdə Gürcüstandakı erməni lobbisinin də aktiv fəaliyyəti var. Halbuki, məlumatlara görə, ermənilər Gürcüstanın 465 mədəbinə rəsmi şəkildə iddia edir. Azərbaycan torpaqlarını işğal edənlər bu gün Gürcüstan torpaqlarına da açıq şəkildə iddia edir. Bu mənada aydındır ki, Azərbaycana qarşı yanlış addım ilk növbədə Gürcüstanın ziyanınadır. Məhz bu səbəbdən erməni dəyirmanına su tökən gürcü siyasətçilər “Keşiçkidağ” olaynın gərginləşməsinin onların ölkələri üçün ciddi bəlaya çevrilə biləcəyini də diqqətdən qaçırmamalıdır. Azərbaycan isə gürcü tərəfi ilə sərhəd məsələsində yaranan problemi çözməyə daim hazır olduğunu bildirir. Bura “Keşiçkidağ” məsələsi də daxildir. Bir daha xatırladaq ki, “Keşiçkidağ” Azərbaycan-Gürcüstan sərhədində yerləşən, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim alban məbədidir. Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyası mədəni irsinə aiddir. Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb. Daha sonra gürcü çarı Tamaranın hakimiyyəti illərində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərməyib və bu məbədləri himayə etməyiblər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilib və məbəd də o dövrdə tərk edilib. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ