Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın hərəkatçı siyasətçiləri memuar yazmaqdan çəkinir - problemin ilginc səbəbləri…

Image


Politoloq Zərdüşt Əlizadənin yeni memuarı işıq üzü görüb. O, yazdığı memuarda keçmiş AXC və Müsavat hakimiyyəti dövründəki siyasətçilərin ünvanına bir sıra ittihamlar səsləndirib. Bildirilir ki, həmin memuarda sərt tənqid edilənlərin arasında İsa Qəmbərin də adı var. Elə bu mövzu da bizim siyasətçilərin niyə kitab və memuar yazmadığı ilə bağlı mövzunu gündəmə gətirmiş olub.

Məsələyə münasibət bildirən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər deyib ki, standart bir şey yazmaq istəmir: “Bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm”.

İ.Qəmbər deyib ki, Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmir: “Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O yalan yazıb axı?! Onun yazdıqları öz komplekslərinin, ilk növbədə natamamlıq kompleksinin nəticəsidi. Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək”.

Sabiq başqan memuar yazmamağının əsl səbəbini də izah edib: “Məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidi. Mən insanların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram. İkincisi isə, memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalıları məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də soruşanda ki, sənin heç bir qüsurun, səhvin olmayıb, yaxud da özləri öz qüsurlarından yazanda ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.

Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var – ki, daha çox avropalılara aiddi – müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar. Məsələn, mən səksəninci illərin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da mərkəzindəyəm. Dediyim kimi, mən yazsam, həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin”.

Göründüyü kimi, İsa Qəmbər memuar yazmamağının səbəbini müxtəlif amilərlə izah edib. Memuar yazmaqla bağlı səslənən iddiaları və siyasilərimizin bu janra maraq göstərməməsini nə ilə izah etmək olar?

  • Fazil Mustafa: “Gələcək nəsillər üçün irs olaraq nəzərdə tutulan bu janra çox da həqarətlə yanaşmağı doğru saymıram”

Milli Azadlıq Hərəkatının fəallarından olan millət vəkili Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətində yazı ənənəsi çox da dərin vərdişə çevrilməyib: “Daha çox insanlar şifahi dedi-qodu üzərində tarixə olan baxışlarını formalaşdırırlar. Əslində, memuar ayrıca bir mədəniyyətdir. Tarixin müəyyən mərhələsinin yadda qalması, öyrənilməsi üçün vacibdir. Orda təhrif etmədən, obyektif fikirlər olmalıdır. Buna nə dərcədə riayət olunacağı isə yazanın öz vicdanına bağlı olan məsələdir. Memuar kiməsə acıq vermək, kimisə qaralamaq üçün yazılmır. Gələcək nəsillər üçün irs olaraq nəzərdə tutulan bu janra çox da həqarətlə yanaşmağı doğru saymıram. Taleyranın memuarları var, ona gələcək nəsillər üçün nəzərdə tutulan bir irs kimi baxılır. Rusiyada olan bir çox siyasi xadimlərin də memuarları var ki, onlar da böyük maraqla oxunur. Bəzən SSRİ dövrünün memuarları dövrün senzurasına görə istənilən gercəkliyi əks etdirməyə bilər. Amma müsair dövrdə bunun obyektiv yazılması üçün heç bir məhdudiyyət yoxdur. Əslində bu çox faydalıdır. Buna lazımsız bir janr kimi baxmaq doğru deyil. Hesab edirəm  ki, hətta nəinki siyasilər, bütün sənət adamları, keçmiş partiya xadimləri də buna həvəs göstərməlidir. Mən onlarla görüşəndə bu tövsiyəni verirəm ki, memuar yazsınlar. Bir sənətkar haqqında hansısa bir epizodun səslənməsi bizim üçün yenilik sayıla bilər. Hesab edirəm ki, ən böyük memuar nümunələrindən biri Həmidə xanımın xatirələridi. İndi təsəvvür edin ki, həmin xatirələr olmasaydı, biz Mirzə Cəlillə bağlı o dövrdəki vacib hadisələrdən xəbərsiz olardıq. Bu irsi qoyub getdiyinə görə bu gün biz özümüzü Həmidə xanımın ruhu qarşısında borclu sayırıq. Məncə, memuar yazmaq çox lazımdır. Kim necə yazacaqsa, o səpkidə də yanaşmanın şahidi olacaq. Faktları təhrif edəcəksə, cavabını alacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ