ABŞ-ın xüsusi təhlükəsizlik şirkəti “Blackwater International”ın təsisçisi və prezident Donald Trampın dəstəkçilərindən olan Erik Prins, Venesuelanın dövlət başçısı Nikola Maduronu devirmək üçün bu ölkəyə xüsusi təhlükəsizlik birliklərinin göndərilməsini təklif etdiyi bildirilib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İraqda mülki ölümlərdə günahlandırılan təhlükəsizlik şirkətinin şefinin son bir neçə aydır Trampa yaxın şəxslər və sürgündəki venesuelalı müxalifətçilərdən belə bir əməliyyat üçün maliyyə və siyasi dəstək axtarışında olduğu qeyd edilib.
Prins ABŞ və Avropadakı xüsusi görüşlərdə, venesuelalı müxalif lider Xuan Guaido üçün 5 min muzdlu əsgər icarəyə götürməsi planını açıqlayıb.
Mövzunu yaxından izləyən mənbələrdən biri Erik Prinsin aprelin ortalarına qədər görüşlər keçirdiyini bildirib. Ancaq Prinsin Venesuelanın dövlət başçısı Maduronu devirmək üçün necə bir plan təqdim etdiyi və ya necə bir əməliyyat keçirəcəyi ilə bağlı detallar açıqlanmır.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarret Marqus, Prinsin hökumətə Venesuela planı təqdim edib-etmədiyi, ya da belə bir təklif gəldiyə təqdirdə nəzərə alınıb-almayacağına dair sualı cavablandırmaqdan imtina edib.
Venesuelalı müxalif lider Xuan Guaidonun sözçüsü, müxalifətin Prinslə əməliyyatları müzakirə etmədiyini deyib. Rodrigez mövzu ilə bağlı digər sualları cavabsız qoyub.
Amerikan və venesuelalı bəzi təhlükəsizlik ekspertləri isə planın Venesuelada vətəndaş müharibəsinə yol aça biləcəyini və siyasi baxımdan potensial təhlükə olduğunu bildirirlər.
Erik Prinsin sözçüləri ya da yaxın ətrafı bu barədə məlumat verməkdən yayınsa da, mövzunu yaxından təqib edən bir mənbə, kəşfiyyat fəaliyyətləri başlayacaq əməliyyatın növbəti mərhələsində Kolumbiya və digər Latın Amerikası ölkələrindən 5 min muzdlu əsgərin Venesuelada yerləşdirilərək əməliyyatların keçirilməsinin düşünüldüyünü bildirib.
Adı Əfqanıstan və İraqda mülki şəxslərin öldürülməsində hallanan “Blackwater” şirkəti imicini düzəltmək üçün iki dəfə adını dəyişib.