Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan dövlətinin dəstəyi olmadan Rusiya azərbaycanlılarının yeni qurumu uğur qazana bilərmi...

Image


Frenk Elkaponinin (Füzuli Məmmədov) rəhbərliyi altında Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının (Rusiya Azərbaycanlıları İttifaqı) yaradılması ilə bağlı məlumat vermişdik.

Qeyd edək ki, yeni yaradılan quruma münasibət birmənalı olmayıb. Təşkilatın yaradıldığı elan olunan elə ilk gündən başlayaraq sosial şəbəkələrdə bu yöndə qızğın polemikalar nəzərə çarpdı. Hətta bir vaxtlar Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatımız olan və sonra fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərliyində təmsil olunmuş şəxslər yeni yaradılan təşkilatın heç də Rusiyada yaşayan bütün soydaşlarımızın mövqeyini əks etdirmədiyinə dair fikirlər bildirdilər. Təbii ki, yeni yaradılan qurumda təmsil olunan şəxslər bu ittihamlarla razılaşmadılar. Onlar da yeni təşkilatla bağlı xoş fikir səsləndirməyənləri fəaliyyətsizlikdə, şəxsi maraqlar kontekstindən çıxış etməkdə günahlandırdılar. Ancaq bizim bu vəziyyətlə bağlı marağımızı cəlb edən başqa detallar da oldu.  Kənardan etdiyimiz müşahidələr göstərdi ki, yeni yaradılan quruma, nədənsə, Azərbaycan rəsmi dairələrinin dəstəyi hiss edilmir. Ən azından, bu tip tədbirlərdə əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı olur. Nədənsə, yeni təsis edilən qurumla bağlı biz deyilən halı müşahidə etmədik. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının yaradılmasına bildirdiyi münasibətdən də mövzuya bir qədər ehtiyatlı yanaşıldığı hiss edilir.

Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər. O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: "Hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir".

Hər halda, bu münasibətdən də görünür ki, yeni qurumun yaradılmasını əlaqədar dövlət qurumu soydaşlarımızın öz təşəbbüsü kimi dəyərləndirir. Analogiya aparsaq görərik ki, elə Rusiyanın özü və başqa ölkələrdə yaradılan böyük diaspor təşkilatlarının təqdimatında biz dövlət qurumlarının bir qədər isti münasibətinin şahidi olmuşuq. Belə olan təqdirdə, maraqlı suallar meydana çıxır. Ola bilərmi ki, yeni qurum Azərbaycan hakimiyyətinin iradəsindən kənar yaradılıb? Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin dəstəyi olmadan Rusiyada bütün soydaşlarımızı öz ətrafında birləşdirə bilən bir təşkilat yaratmaq olarmı?

Diaspor sahəsində böyük təcrübəsi olan Dünya Azərbaycanlıları Konqresi Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun özünün də bu məsələyə münasibəti birmənalı deyil: “Çox təəssüf edirəm ki, yeni yaradılan təşkilatla bağlı hansısa tənqidi fikir səsləndirən və ya nəyisə orada görmək istəmələri ilə bağlı təklif verən şəxslərin mövqeyi Füzuli Məmmədovun tərəfdarları tərəfindən süngü ilə qarşılanır. Neçə gündür bunu sosial şəbəkələrdə gedən polemikalardan müşahidə edirəm. Bu təşkilatın yaradılacağı ilə bağlı piar işləri xeyli müddətdir aparılırdı. Düzünü deyim ki, mən həmin pafosun müqabilində nəticənin ortaya qoyulduğunu görmədim. Bundan əlavə, bu təşkilat bütün Rusiyada yaşayan soydaşlarımızı öz ətrafında birləşdirdiyini iddia edirsə, niyə dövlətin yüngül də olsa izi, xoş münasibəti orada hiss edilmir? Axı biz bilirik ki, Azərbaycan dövləti daim sağlam diaspor quruculuğu işlərini alqışlayıb və bacardıqca buna dəstək verib. Bununla yanaşı, mən yeni təşkilatın vitrinində heç Rusiyadakı tanınmış simaları da görmədim. Sanki kəmiyyət xatirinə zala çoxlu sayda adam yığılmışdı”.

S.Adıgözəllinin sözlərinə görə, heç Rusiyadakı səfirliyimizin nümayəndəsinin də məlum tədbirdə görünməməsi bu buarədə ciddi düşünməyə əsas verir: “Bəli, şəxsən mən təcrübəmə əsasən deyə bilərəm ki, bu cür işlər dövlətin bəlli qurumları ilə məsləhətli şəkildə aparılmalıdır. Hər halda, bu, Rusiyada hansısa ticarət obyekti açmaqla eyniləşdirilə biməz. Görünür, bu dəstək yeni təşkilatın əsl məram və məqsədi tam bəlli olmadığı üçün ifadə edilməyib. Rusiya elə bir ölkədir ki, orada kimsə təkbaşına nəsə edə bilməz. Azərbaycan diasporunun ən güclü olduğu yer Rusiyadır. Orada hansısa bir diaspor təşkilatını yaratmaq olardı. Ancaq bu miqyasda işlə manipulyasiya etmək, məncə, yolverilməzdir. Mənim mövqeyimdən belə çıxmasın ki, diaspor quruculuğunun, soydaşlarımızın bir yerə toplaşmasının əleyhinəyəm. Bu, məqsədli, məramlı, məsləhətli şəkildə aparılmalıdır. Çünki biz zaman-zaman görmüşük ki, Rusiyadakı Azərbaycan diasporunun üzərindən ölkəmizə hətta siyasi təzyiqlər edilib. Bunlar o qədər də keçmişə təsadüf etmir. Buna görə də ehtiyatlı olmalıyıq. Bu cür həssas məsələdə dövlətin dəstəyi, xeyir-duası mütləq olmalıdır. Hər halda, belə məsələdə kimlərinsə maraqlarının deyil, ölkəmizin maraqlarının hesablanmasını önə çəkməliyik. Bu cür məsələlərdə özfəaliyyət ola bilməz. Yaxşı pul xərcləməyi bacarmaq heç də yaxşı diaspor lideri olmaq anlamına gəlmir. Məndə olan məlumata görə, yeni qurum tərəfindən müəyyən dövlət instansiyalarına dəvətlər göndərilib. Bizim iştirakımız, demək ki, məqsədəuyğun hesab edilməyib. Ancaq, “bizim öz işimizdir” deyib belə ağır bir missiyanı dəstəksiz həyata keçirməyi də doğru saymıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ