Bazar günü günü, 08 noyabr 2026
     

Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyən məlum şəxslərin arxasında gizli erməni barmaqları...

Image


Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu yaxınlarda Azərbaycanla həmsərhəd zonaya səfərindən sonra, ümumilikdə, region üçün yaxşı nəticələr vəd etməyən proseslər başlanıb. Belə ki, Zurabişvili Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsi məsələsini yenidən ictimailəşdirib. Rəsmi açıqlamalara istinad etsək, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizi mübahisə predmeti olaraq qalır. Delimitasiya üzrə dövlət komissiyaları digər sahələr üzrə razılaşmalar əldə ediblər.

Hamımıza o da məlumdur ki, Gürcüstanın üzərində durduğu əsas məsələ Keşikçidağ (David Qareci) monastır kompleksi ilə bağlıdır. Maraqlıdır ki, Gürcüstanın hazırkı deputatları və sabiq rəsmiləri bu mövzu ilə bağlı əsl təxribat xarakterli fəaliyyətə start veriblər. İki gün əvvəl bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıları təhqir etməkdən belə çəkinməyib. Belə ki, müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək bunları deyib: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".

Sonra üzünü jurnalistlərə tutaraq "bu, Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən, Azərbaycan da bir tərəfdən bizə təcavüz edir" kimi fikirlər səsləndirib.

Bunun ardınca, keçmiş prezident Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın müdafiə naziri postunda çalışmış İrakli Okuruaşvilinin açıqlaması da bu qəbildən olub və ancaq ölkələr arasındakı münasibətlərə xələl gətirmək məqsədini güdüb. O, “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı “məsləhətlər” verərək bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. O vaxt Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, ertəsi günü bu problemin gürcülərin xeyrinə qərar verilərək həll olunmayacağı təqdirdə 500 min azərbaycanlını “Qırmızı körpü”də qarşılamalı olacağını xatırladıb.

Bu adamlar belə açıqlamaların nəyə xidmət etdiyini və nələrə yol aça biləcəyini hesablaya bilmirlərmi? Və ya süni canfəşanlığın arxasından kənar siyasi qüvvələrin boylandığı hiss olunmurmu?

Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov bildirdi ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər kifayət qədər yüksək səviyyədədir: “İstər iqtisadi, istər siyasi, istərsə də mədəni əlaqələrə dair mütəmadi şəkildə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Biz regionda strateji tərəfdaşıq. Lakin zaman-zaman bəzi qüvvələr ortaya hansısa problemlər çıxarmağa çalışırlar. Məsələn, Rusiya ilə Ermənistan arasında Abxaziyadan keçməklə dəmir yolunun çəkilməsi, yaxud Cənubi Osetiyadan avtomobil yolunun çəkilməsi kimi məsələlər, istər-istəməz, narahatlıq doğurur. Həmçinin, Gürcüstanda günahsız azərbaycanlıların qanını tökmüş erməni terrorçusuna abidə qoyulması kimi məsələlərlə Gürcüstan-Azərbaycan dostluğu sanki sınağa çəkilib. Bu sayaq sınaqlardan, imtahanlardan hər iki tərəf uğurla çıxıb. Birmənalı şəkildə demək olar ki, bizə düşmən olan Ermənistan və bəzi digər dövlətlər bu münasibətlərə hər zaman xələl gətirməyə, ”parçalayıb hökm sürməyə" bir daha cəhd edirlər. Son zamanlar Keşikçidağ monastır kompleksi ilə bağlı gündəmə gələn məsələ də eyni qəbildəndir. Hazırda Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya olunması  66 faiz həyata keçirilib, 34 faiz isə həllini tapmamış qalıb. Keşikçidağ kompleksi də həmin ərazilərdə yerləşir. Bununla bağlı müvafiq qurumlar mütəmadi olaraq görüşür. Gürcüstan və Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün yaradılan komissiya bir neçə dəfə bu məsələləri müzakirə edib. Mən əminəm ki, həm Azərbaycan, həm Gürcüstan tərəfi bu məsələyə də aydınlıq gətirəcək və hər iki ölkə arasındakı dostluq və əməkdaşlıq pozulmayacaq".

 

Azərbaycan XİN-in də bu məsələyə münasibətini açıqlayıb. Bildirilib ki, Azərbaycan daim Gürcüstanla sərhədin tezliklə delimitasiyasının tərəfdarı olub. “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında, mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.

Qeyd edək ki, gürcü siyasətçilərinin avantürist davranışlarına həmin ölkənin parlamentində təmsil olunan əslən azərbaycanlı millət vəkillərinin də sərt münasibəti olub. Gürcüstan parlamentində təmsil olunan deputat Savalan Mirzəyev öz “Facebook” səhifəsində yazdığı  fikirlərdə təxribata cəhd edənləri sərt tənqid edib: “İrakli Okruaşvilini xatırlayırsınızmı? Keçmiş daxili işlər, müdafiə və iqtisadiyyat naziri (bir həftəlik). Okruaşvili birbaşa qeyd etdi ki, Gürcüstanda yaşayan azərbaycanlıları bir gündə vətəndən alıb sərhədə qoyacağam. Həqiqətən vətəndən, cünki azərbaycanlılar əsrlərdir Gürcüstanda yaşayır və Gürcüstan öz vətənidir. Azərbaycanlılar gürcü torpağında yad deyillər və ölkəni gürcülərdən az sevmirlər. Azərbaycanlılar Gürcüstanın inkişaf etməsinə gürcülərdən daha çox öz töhfəsini verməyə çalışırlar. Azərbaycan kəndlərində mövcud olan qədim qəbir daşları əsrlərdir mövcuddur, bizim əcdadlarımız Gürcüstanda doğulurdular, Gürcüstan üçün yaşayırdılar və Gürcüstan üçün ölürdülər. Okruaşvilinin bəyanatı isə separatizmin birbaşa ifadəsidir ... Şalva Natelaşvili olmayan qığılcımdan atəş çıxarmağa cəhd etdi və hakimiyyətdən BMT-nin Təhlükəsizlik Şurasını dəvət etməyi tələb etdi. Natelaşvili və hər kəs bilməlidir ki Azərbaycan heç bir zaman Gürcüstana qarşı aqressiya (təcavüz) həyata keçirməyəcək və heç bir zaman onun ərazisini işğal etməyəcək. Necə ki, Gürcüstan heç bir zaman Azərbaycana qarşı aqressiv olmayacaq və heç bir zaman ərazisini işğal etməyəcək. Niyə? Çünki bu iki qonşu dövlət arasında qardaşlıq əsrlər boyu var və bir çox əsr olacaq. Bəli, hər bir azərbaycanlı fəxr edir ki, Gürcüstan öz vətənidir, burada yaşayan hər bir azərbaycanlını Gürcüstanın kədərinə üzülür və Gürcüstanın uğuruna sevinir. Bunu heç kim silə bilməz və dəyişə bilməz. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bu qürurlu ölkənin qürurlu övladlarıyıq”.

Politoloq Yeganə Hacıyeva  qəzetimizə açıqlamasında bildirdi ki, bu əməlləri törədənlər birbaşa təxribatla məşğul olurlar. Müsahibimiz hesab edir ki, belə tendensiyanın meydana çıxmasında Gürcüstanın yeni seçilmiş Prezidentinin də “xidmətləri” az deyil: “Bu ilin fevral ayında Gürcüstan Prezidentinin Azərbaycana səfərindən sonra qonşu, dost ölkədə Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası mövzusu ətrafinda yüksələn tendensiya ilə “maraqlı” bir təbliğat gedir. Gürcüstanda keçirilən son seçkilərlə konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkəsində sadəcə nominal prezident olan S.Zurabişvili qanunvericiliyə görə, ölkə sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində istər təşəbbüsçü kimi, istərsə də icraçı kimi heç bir səlahiyyəti olmasa da, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası mövzusunu sanki ölkəsinin xarici siyasətinin prioritet mövzusu qədər aktual saxlayır. Belə ki, ölkə qanunvericiliyinə görə, bu məsələ ətrafında qərarvermə və icra səlahiyyəti Gürcüstanın baş naziri və dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya aidiyyəti olan bir məsələdir.

Belə olan halda, Gürcüstanın yeni, keçmişdə xarici siyasət xidmətində görkəmli postlara yiyələnmiş nominal prezidentinin ölkəsinin strateji tərəfdaşı Azərbaycana ilk səfərində qonşu, dost ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyası mövzusu ətrafinda başlatdığı müzakirə və bunun ardınca ölkəsində yüksələn tendensiya ilə davam etdirdiyi bu məsələnin S.Zurabişvili və onu dəstəkləyən siyasi qrup tərəfindən ölkədaxili təbliğatda alət kimi istifadə edilməsi heç bir şübhə doğurmur.

Xanım Zurabişvilinin ölkəsinin sərhədlərinin təhlükəsizliyi mövzusunda narahatlığı varsa, məntiqlə bunu digər daha “həssas qonşularla sərhəd” mövzusunda, ölkəsinin pozulmuş ərazi bütövlüyü istiqamətində ifadə və nümayiş etdirmək yerinə düşərdi.

Çünki Gürcüstanın 4 qonşu dövlətlə sərhədindən elə ən təhlükəsizi strateji tərəfdaşı olan Azərbaycanladır.

Əlbəttə, bu mövzu ətrafında, iki dost ölkə arasında sərhəd məsələləri ətrafında gərginliyin artmasına yönəlik fəaliyyətlər həmişə mövcud olub və fikrimcə, bu yolverilməzdir. İstər Gürcüstanda, istərsə də Azərbaycanda cəmiyyət bu tip fəaliyyətləri həmişə narahatlıqla izləyib və bu məsələdə xoşməramlı və konstruktiv bir məcrada müzakirələr aparılması tərəflərin prioritet seçimi olub. Fikir versəniz görərsiniz ki, bu vəziyyətə daha çox sevinən Ermənistandır. Onların təbliğat maşını gərginliyin daha da qızışması istiqamətində fəaliyyət göstərir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ