Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Keşikçidağ məbədi üstündə Azərbaycanla Gürcüstanın “müharibə vəziyyəti” təbliğatını aparır…

Image


Son günlərdə Gürcüstan və Azərbaycan sərhədləri ilə bağlı məsələ yenidən aktuallaşmaqdadır. Xatırladaq ki, hələ aprelin əvvələrində rəsmi Tiflis Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədilə danışıqlar davam edir.

Gürcüstan prezidenti Salome Zurabişvili isə bir həftə əvvəl Azərbaycanla həmsərhəd zonaya səfəri zamanı yenidən bu mövzuya toxunub.  Gürcü sərhədçiləri ilə görüşündə  o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz. Amma belə görünür ki, gürcü tərəfindən qaynaqlanan müəyyən problemlər üzündən məsələnin yaxın tezlikdə həlli mümkün olmayacaq. Xüsusən də Keşikçidağ məbədi  ilə bağlı vəziyyət ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edir.

Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız Dördüncü Qurucu David hakimiyyəti dövründə ziyarət edilməyə başlayıb. Gürcülərin “David Qareci” adlandırdığı tikili uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan “Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. İndinin özündə də gürcü tərəfi bu məbədə iddiasını davam etdirir. Elə bu günlərdə Tiflisdə məbəd kompleksin inkişaf strategiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbiri Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi, “Europa Nostra” mədəni irsin qorunması təşkilatının Gürcüstan nümayəndəliyi və Şota Rustaveli adına Milli Elm Fondu təşkil edib. Konfransda məbəd kompleksində açıq səma altında muzeyin yaradılması konsepsiyası, abidənin bərpası və inkişafı ilə bağlı tövsiyələr müzakirə olunub. Amma maraqlıdır ki, burada Azərbaycanın mövqeyi nəzərə alınmayıb. Bunun ardınca isə Azərbaycan tərəfinin Keşikçidağ kompleksinə girişi bağladığı barədə Gürcüstan mətbuatında məlumatlar yayılıb. Gürcüstanın xarici işlər naziri David Zalkaliani verdiyi açıqlamasında azərbaycanlı həmkarı ilə danışıqlardan sonra məhdudiyyətin aradan qaldırıldığını bildirib.

Xatırladaq ki, məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva qeyd edib: "Xatırlatmaq istərdim ki, Keşikçidağ monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası, beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır". Baş verənlərlə bağlı "regnum.ru" portalı yazır ki, indi Cənubi Qafqazın tarixi yaddaşı, həm də nisbətən yaxın keçmişin hadisələri gün işığına çıxır: "Mübahisə predmeti olan məbəd Gürcüstan - Azərbaycan sərhədində yerləşir. Kompleksin bir bölümü Azərbaycan ərazisindədir. Gürcü tarixçiləri hesab edirlər ki, monastır VI yüzillikdə müqəddəs David Qareci tərəfindən bina edilib. Onu Gürcüstanın milli müqəddəs yeri adlandırırlar. Orada fəaliyyətdə olan ibadət evlərində VII-XIV yüzilliklərin nadir divar naxışları saxlanır. Gürcü çariçası Tamara və Qurucu David çarın yeganə təsvirləri bu sıradadır. Hətta monastır kompleksi Gürcüstan pravoslav kilsəsinin fəaliyyətdə olan lavrasıdır (böyük monastır). Amma Azərbaycan tərəfinin versiyasına görə, monastır kompleksi Albaniya qaynaqlıdır (Qafqaz Aalabaniyası e.ə. I yüzillikdə Şərqi-cənubi Qafqazda meydana çıxan qədim dövlət idi, çağdaş Azərbaycan, Gürcüstan, Dağıstan ərazilərinin bir hissəsini tutub).

Özünü Qafqaz Albaniyasının tarixi varisi elan edən Bakı monastırı özününkü sayır. Düzdür, Bakı və Tiflis arasında yaranmış strateji tərəfdaşlıq nəzərə alınsa, bu haqda diskussiyalar kəskin xarakter almır. Mübahisərə son qoymaq üçün bir vaxtlar ərazi mübadiləsi haqda söhbətlər gedib. Amma Azərbaycan tərəfi hamısını bağlayıb. Səbəb budur ki, Azərbaycan ərazisində yerləşən ən qədim xristian məbəd və monastırları, yuxarıda dediyimiz kimi, Albaniya qaynaqlıdır və bu, o cümlədən Dağlıq Qarabağa aiddir. Tiflisə güzəştə getmək Azərbaycan alimlərinin çoxillik bəhrəsini tam qaralamaq deməkdir. Bakıda hesab edildiyi kimi, gürcülərə güzəşt Qarecinin Albaniya mədəniyyətinə aid olmadığını deməkdə ermənilərə arqument verər, onda onlar deyər ki, Qarabağ ərazisində yerləşən abidələr də Albaniyanınkı deyil. Azərbaycanlılar bu məsələdə məhz buna görə də, çətin ki, gürcülərə güzəşt edələr. Bax, Bakı və Tiflis arasında sərhəd mübahisələri bu üzdən dalana girib. Bura, doğrudan da, müəyyən şərait və durumda partlaya biləcək “tarixi mina” qoyulub”. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ