Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya və ABŞ-ın separatçı bölgələrdə açıq qarşıdurma dövrü başlayır – dinc Qarabağ prosesi alt-üst ola bilər…

Image


Rusiya və ABŞ arasında getdikcə daha kəskin xarakter almağa başlayan ziddiyyətlərin daha bir təhlükəli məqamı üzə çıxır. Söhbət tərəflərin maraqlarının toqquşduğu məkanlarda mövcud münaqişə ocaqlarının qızışdırılmasından gedir. Belə münaqişə ocaqlarının mövcud olduğu məkanlardan biri isə MDB məkanı, o cümlədən də Cənubi Qafqazdır. Hadisələrin inkişaf axarı belə qənaətə gəlməyə əsas verir ki, yaxın tezlikdə Ukrynada və Qafqazda münaqişə ocaqları ilə bağlı proseslər daha təhlükəli məcrada inkişaf edə bilər. Söhbət buradakı münaqişələrin aktiv fazaya keçməsindən gedir.

Xatırladaq ki, bu xüsusda Moskva tərəfindən artıq müəyyən xəbərdarlıqlar edilib. Məsələn, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirir ki, indi münaqişə potensialı dünyanın bir çox regionlarında artmaqdadır: "İndi əsas tendensiya dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasıdır. Dondurulmuş münaqişələr aktivləşdirilir. Yeni potensial silahlı qarşıdurma ocaqları yaranır, onların əksəriyyəti xaricdən qızışdırılır". Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də eyni mövqedən çıxış edir: "Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin hərbi avantüralarının və ayrı-ayrı oyunçuların regional, bəzən də qlobal orbit rolunu üzərinə götürmək, beynəlxalq ictimaiyyətin digər üzvlərini onun əmrlərinə boyun əyməyə məcbur etmək cəhdlərinin nəticəsidir". Məhz belə bir vaxtda diqqət çəkən məqam ABŞ-ın Aralıq və qara dənizlərə hərbi qüvvələr cəmləməsi, Rusiyanın da bu yerlərə yeni ordu qüvvələri yeritməsi, xüsusən də Abxaziya və Cənubi Osetiyaya, Ermənistana əlavə hərbi texnika cəmləməsidir. ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman qeyd edir ki, indiki halda Aralıq dənizində "Linkoln" və "Con C. Stennis" təyyarədaşıyan gəmilərinin hərbi təlimləri Rusiyaya yönəlik bir siqnaldır. Hantsman ABŞ-ın hərbi təlimlərinin Rusiyanın qeyri-sabitliyə yol açan hərəkətlərinə cavab üçün lazım olduğunu deyib: “Aralıq dənizindəki iki təyyarədaşıyanın hər biri beynəlxalq diplomatiyanın 100 min tonluq təmsilidir. Bu gəmilərin güclü müdafiəsi ilə birləşən diplomatik təmaslar və dialoq Rusiyaya dərs olmalıdır. Rusiya ABŞ-la həqiqətən də daha yaxşı münasibətlərə sahib olmaq istəyirsə, dünyanın dörd bir tərəfindəki qeyri-sabitliyə yol açan hərəkətlərinə son verməlidir”.

Bunlara cavab olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Moskva özünün qərb və cənub hərbi dairələrindəki qüvvələrinin tərkibini NATO və ABŞ-ın artan aktivliyinə cavab olaraq gücləndirmək məcburiyyətindədir. Onun sözlərinə görə, bu dairələrdəki qüvvələrin tərkibi digər hərbi dairələrdəki qüvvələrin sayının azaldılması hesabına gücləndiriləcək. Gerasimov bildirib ki, ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemlərini yerləşdirməsinə cavab olaraq Rusiya öz qoşunlarına perspektivli silahların tədarükünü prioritetə çevirib.

Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi Rusiyanın cənub sərhədlərinin müdafiəsinə cavabdehdir. Belə ki, bu hərbi dairənin tərkibində Krımdakı, Rusiyanın Ukrayna ilə sərhədindəki, Şimali Qafqazdakı, Abxaziya, Cənubi Osetiya və Ermənistandakı qoşunları daxildir. Xəzər donanması və Qara dəniz donanması da Cənub Hərbi Dairəsinin tərkibində yer alır. Bu hərbi dairə, həmçinin, Rusiyanın Suriyadakı əməliyyatlarına da nəzarəti həyata keçirir. Hazırda Rusiya bu istiqamətdə mövqelərini gücləndirir. Rusiyanın Ermənistanın Erebuni aerodromundakı aviasiya bazasına "Su-30SM" tipli çoxməqsədli qırıcıları yerləşdirmək niyyəti də buradan qaynaqlanır. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək. Hərbi ekspert Üzeyir Cəfərov məsələnin bu tərəfiənnəzər salaraq qeyd edir: “Son zamanlar Rusiyanın Qafqazla və Xəzər dənizi ilə bağlı ciddi planları var. Bu planlar müdafiə naziri Sergey Şoyqunun diqqətinə çatdırılıb və göstəriş verilib ki, ən müasir texnika və silah-sursatlar Dağıstandakı Hərbi Dəniz Qüvvələrinin yerləşdiyi bazaya, həm Ermənistandakı 102-ci bazaya, həm də Erebunidəki aerodroma yerləşdirilsin. Su-30SM”in bütün texniki xarakteristikası yenilənib. Texniki göstəriciləri, manevr imkanları, eyni zamanda bir neçə hədəfi sıradan çıxarması xüsusiyyətləri nəzərdən keçirilib”. Regionda hərbi qüvvələrini artıran tərəflərin, yuxarıda qeyd olunduğu kimi, istifadə edə biləcəkləri ən təhlükəli taktikalardan biri isə baş verənlərin regional münaqişələrə təsiridir.

Hazırda görünən budur ki, bu hal ilk olaraq Ukraynada özünü göstərə bilər. Belə ki, hazırda Rusiya və ABŞ Ukrayna istiqamətində də aktiv şəkildə hərbi texnika cəmləşdirir. Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin daha bir təhlükəli addım ataraq Ukraynanın cənub-şərq regionunun bir sıra rayonlarının sakinlərinə asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı almağa icazə verən fərman imzalayıb. Sənədin mətni Kremlin rəsmi saytında dərc olunub və burada qeyd olunur: “Müəyyən edilsin ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında daimi yaşayan şəxslər Rusiya Federasiyası vətəndaşlığının alınması üçün sadələşdirilmiş qaydada müraciət hüququna malikdir”. Bunlar isə o deməkdir ki, həmin separatçı rejimləri Rusiya Gürcüstandakı kimi açıq müdafiəyə keçir. Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcək. Ukraynanın bu istiqamətdə mümkün hücumuna isə Rusiya vətəndaşlarını qorumaq adı ilə hərbi cavab verəcək. Xatırladaq ki, bu ssenari 2008-ci ildə Gürcüstanda tətbiq edilib, nəticədə Cənubi Osetiya, Abxaziya Gürcüstandan daha çox ayrılıb. “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə bildirib ki, Rusiya hətta Xarkov, Dnepr, Çerniqov və digər Ukrayna şəhərlərinə müdaxiləyə hazırdır. O, bu şəhərlərdə qırğınların başlanmasından sonra Rusiyanın duruma müdaxilə edəcəyini deyib: “ Xarkov, Dnepr, Çerniqov və digər şəhərlərdə qırğınlar başlasa, könüllülərimiz insanlarımızın müdafiəsi üçün buraya gedəcək. Yəni yeni Suriya, yeni Əfqanıstan yaranacaq”. Ukraynadan sonra Qafqazda, Moldovada da separatçılıq ocaqlarının yenidən qızışdırılması istisnalıq təşkil etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ