Bazar günü günü, 08 noyabr 2026
     

Məşhur erməni canisi Qaregin Njdenin cinayət tarixçəsində “ermənilərin də qan izləri” tapıldı...

Image


Erməni terrorunun bütün dünyada izləri var. Bəlkə də dünyada çox az xalq tapılar ki, o, erməni terroruna məruz qalmasın. Daşnak ideologiyasının daşıyıcısı olan ermənilər və onların liderləri XX əsrdə yaranan faşizmə də sadiqlikləri ilə seçilirlər.  

Njde Qaregin faşizmin nökərlərindən biri kimi tarixdə qara bir iz qoyub. Ermənilər uzun illər Njdeni “qəhrəman” kimi təqdim və təbliğ etməyə çalışsalar da, bu faşist xislətli insana abidələr ucaltsalar da, xatirəsini əbədiləşdirsələr də, onun tarixdə oynadığı mənfi rolun üstünü ört-basdır edə bilməyiblər. Tarixi həqiqətləri öyrənməkdə, təbliğ etməkdə maraqlı olan dünya tarixçiləri N.Qareginin bütün cinayətkar əməllərini ifşa etməkdə davam edirlər. Onun cinayət əməllərinin sferası, hədəfi, dairəsi o qədər genişdir ki, vaxtaşırı olaraq tədqiqatçılar tərəfindən bu şəxsin törətdiyi cinayətlərlə bağlı yeni məlumatlar, faktlar ortaya çıxarılır. Lakin bu faktar o qədər çoxdur ki, bitib-tükənmək bilmir. Bu gün alimlərin Njdenin bioqrafiyasına dair üzə çıxardığı faktlar onun ətrafında yaradılan mifləri darmadağın edir.

Bu sahədə bir sıra tədqiqatlar aparan, kitablar yazan rusiyalı ekspert Oleq Kuznetsov Ermənistanın “Daşnaksütyun” partiyasının üzvü Njde Qareginin həyatına və cinayət fəaliyyətinə dair gizli sənədləri təqdim edib. Bununla bağlı tədbir də keçirilib.

“Daşnaksütyun” partiyasının 1912-ci ildə erməni keşişini öldürməsini xatırladan O.Kuznetsov qeyd edib ki, partiya öz məqsədlərinə çatmaq üçün hətta soydaşlarını da öldürməkdən çəkinməyib. O vurğulayıb ki, Ermənistan N.Qareginin bioqrafiyasını saxtalaşdırır və onu qəhrəmana çevirməyə çalışır: “N.Qareginin inqilabçı fəaliyyəti sadəcə öz doğulduğu Kuznut kəndində aşağı çinli məmura göstərdiyi müqavimətlə məhdudlaşır. N.Qareginin heç bir inqilabi fəaliyyəti olmayıb. Ermənilər onun bioqrafiyasını saxtalaşdıraraq qəhrəman etməyə çalışırlar. Bunun səbəbi isə odur ki, Qaregin 1921-ci ildə Cənubi Qafqazda ikinci qondarma “Dağlıq Ermənistan Respublikası” elan edib. Bununla da o, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin bünövrəsini qoyub. Yaxın zamanda erməni millətçilərinin fəaliyyətinə dair sənədlərin yer alacağı sayt yaradılacaq”.

Onu da vurğulayaq ki, yeni üzə çıxarılmış sənədlərdə vurğulanır ki, erməni kilsəsinin tələblərini dəstəkləməyən ermənilərə qarşı da Njde qətliamlar törədib.

Qeyd edək ki, bir müddət əvvəl O.Kuznetsov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materiallarında sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb.

  • Qasım Hacıyev: “Həqiqətən də Njde çox vəhşi xarakterə malik insan olub və o yalnız şər əməllərinə görə tarixdə qalıb”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də N.Qareginin törətdiyi cinayət əməllərindən ermənilər özləri də ciddi əziyyət çəkiblər. Daşnak ideologiyasına xidmət edən, faşizmə qul olan Njdenin cinayət əməllərinin miqyasının geniş olduğunu xatırladan Q.Hacıyevin sözlərinə görə, O.Kuznetsov hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib və çox hazırlıqlı adamdır. “O bu gün ermənilərin cinayətkar əməllərinin ifşa edilməsi istiqamətində çox böyük işlər görür və bu sahədə çoxlu yazılar yazır. Onun üzə çıxardığı faktlar çox dəyərlidir, gərəklidir. Həqiqətən də Njde çox vəhşi xarakterə malik insan olub və o yalnız şər əməllərinə görə tarixdə qalıb. Tarixə bir cəllad kimi düşən Njde saysız-hesabsız cinayət törədib. Onun törətdiyi qətliamların sayı o qədər çoxdur ki, bu gün onu hesablamaq çox çətindir. Njde Azərbaycanın özündə çox böyük cinayətlər törədib. Onun ölkəmizin bir çox yerində törətdiyi qətliamlar saysızdır. Njde də, başqa erməni terror təşkilatlarının özləri də erməni xalqına da qarşı cinayətlər törədiblər. Onların ideologiyasını qəbul etməyən, erməni kilsəsinin göstərişlərini yerinə yetirməyən ermənilər Njde və digər erməni terror təşkilatlarının üzvləri tərəfindən qətlə yetiriliblər. Yəni onun (ların)  fəaliyyətində ermənilərin özlərinə qarşı da törədilən cinayətlər az deyil. Onlar ermənilər içində kəşfiyyat aparan və erməniləri qaraçı adlandıranları qətlə yetirir, tapşırıqlarını yerinə yetirməyənləri ağır şəkildə cəzalandırırdılar. Belə faktlar var, özü də az deyil. Njdenin də sadiq nökəri olduğu faşizm İtaliyada yarandı və Almaniyada geniş yayıldı. Ermənizm elə faşizm qədər təhlükəlidir, qəddardır. Həm Njde, həm Amazaps, həm də digərləri azərbaycanlılara, başqa xalqlara, onların əmrlərini yerinə yetirməyən, ideologiyasını qəbul etməyən ermənilərə də qarşı qətliamlar, cinayətlər törədiblər” - deyə bildirən Q.Hacıyevin sözlərinə görə, faşist Njdenin cinayət əməllərinin üstü açıldıqca, bu onun ətrafında yaradılan “qəhrəman” mifinin bütün dünyada dağıdılmasına xidmət edəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ