Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq. “Trend”in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyəli lider edib ki, 1915-ci ildə erməni silahlıları Osmanlı imperiyasında dinc sakinləri qətlə yetirirdi: “Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivləri açıb, əgər Yerevanın da arxivləri varsa, onları açsın”.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edən ölkələrin tarixi soyqırımı və dinc əhalinin qətli ilə zəngindir: “Birinci və İkinci Dünya müharibələrini nə türklər, nə də müsəlmanlar başlayıb”.
Ermənistanın və erməni diasporunun bir sıra Qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur. Bunu “Trend”-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.
Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir: “Bir sıra Qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul etməsi o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.