Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib.
“Trend”in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar, tarixçilər və digər qonaqlar iştirak edib.
Tədbirin əvvəlində Ə.Əhmədov çıxış edərək erməni yalanlarından danışıb. O qeyd edib ki, yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir. Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir.
Ə.Əhmədov qeyd edib ki, qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır: “Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır”.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, qondarma “erməni soyqırımı"nın dünyaya yayılmasına cəhd göstərilməsi tarixə qarşı ədalətsizlikdir:
“Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır”.
Həqiqətin öz yerini tapmasının artıq vaxtıdır. Türk millətinin tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib. Bunu isə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, qondarma “erməni soyqırımı"nın dünyaya yaymağa çalışılması tarixə qarşı ədalətsizlikdir: “Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.
E.Özoralın sözlərinə görə, bəzi dünya ölkələrinin qondarma “erməni soyqırımını” gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidir”.