Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan “Qarabağ klanı”nın daha bir iri fiqurunu “boğazladı”…

Image


“Qarabağ klanı” ilə mövcud Ermənistan hakimiyyəti arasında çəkişmələrin getdikcə daha da şiddətlənməsi müşahidə olunmaqdadır. Belə görünür ki, baş nazir Nikol Paşinyan özünə əsas təhlükə hesab etdiyi bu klanı tam sıradan çıxarmaqda, onun əsas təmsilçilərini həbsə atmaqla neytrallaşdırmaqda israrlıdır. Bunun üçün isə məlum 1 mart hadisələri indi Paşinyanın əlində “Qarabağ klanı”na qarşı ən güclü silah sayılır.

Məhz belə bir vaxtda bəlli olub ki, “Qarabağ klanı”nın daha bir əsas təmsilçisi yenə 1 mart hadisələri fonunda sıradan çıxarılır. Belə ki, Ermənistanın sabiq daxili işlər naziri, general-polkovnik Vladimir Kasparyan 1 mart terroru ilə bağlı xüsusi istintaq komitəsinə çağırılıb. Ona ölkəni tərk etməmək barədə bildiriş verilib və əmlakına müsadirə qoyulub. Kasparyan istintaqa ifadəsində verilən göstərişi yerinə yetirdiyini deyib. Bununla yanaşı, Kasparyan, həmçinin iş adamından 900 milyon dram rüşvət almaqda şübhəli bilinir. Onun həyat yoldaşının adı isə fırıldaqçılıqda hallanır. Artıq Kasparyanın həbsi qaçılmaz sayılır. Erməni mediası yazır ki, həbsə atılan “Qarabağ klanı”nın təmsilçilərinin buradan çıxmaq şansı yoxdur və misal olaraq “qəssab” ləqəbli general-leytenant Manvel Qriqoryanın aqibəti göstərilir. Ermənistanın müdafiə nazirinin sabiq müavini olan Qriqoryanın məhkəməsi davam edir. Məhkəmə 10 milyon dollar girov qoyularaq generalın müvəqqəti azadlığa çıxmasını rədd edib. Bildirilir ki, bu göstəriş əslində hakimiyyət rəhbərliyindən gəldyindən, belə bir addım atılıb.

Xatırladaq ki, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın silahdaşı və ən yaxın dostu olan keçmiş nazir müavini qanunvericiliyin bir neçə maddəsi ilə qanunsuz silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəmədə, vergidən yayınmada, çirkli pulların yuyulmasında təqsirkar bilinir. “Qəssab” ləqəbli generalın Ermənistan ordusuna məxsus ərzaq məhsullarını talayaraq daxili və xarici bazarlarda satdığı müəyyənləşib. Bu faktlar sübuta yetirilərsə o, ömürlük azadlıqdan məhrum oluna bilər.

“Qarabağ klanı”nın əsas təmsilçilərindən biri olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanı da ömürlük həbs gözləyir. Qeyd edək ki, onun qalmaqallı rüşvət cinayəti üzrə növbəti məhkəmə prosesi 6 aydan sonra keçiriləcək. Məlumata görə, İrəvan şəhərinin Şenqavit rayon məhkəməsində iş adamı Silva Ambarçumyanın Robert Köçəryana qarşı 2 milyon dollar rüşvətalma iddiasının detalları ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə Köçəryanın vəkillər komandasının üzvü Artyom Orbelyan bildirib ki, Silva Ambarçumyanın verdiyi ifadələr şər-böhtan xarakteri daşıyır. Onun şəxsən Köçəryanla heç bir əlaqəsi olmayıb və onlar heç vaxt görüşməyiblər: “ Paşinyan keçmiş rəqiblərindən qisas alırsa, o zaman nə üçün ölkənin digər rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülmür?“ Qeyd edək ki, ərəb ölkələrində biznesi olan Silva Ambarçumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq xüsusi istintaq komitəsində dindirilib. Sonra onun Robert Köçəryanla üzləşməsi prosesi təşkil edilib. Silva Ambarçumyan bir daha bildirib ki, Köçəryan sabiq xarici işlər naziri Vardan Oskanyının vasitəçiliyilə 1 mart hadisələrindən əvvəl ondan 2 milyon dollar alıb. Robert Köçəryanın cinayət materialına bu maddə də əlavə edilərsə, o zaman onu ömürlük həbs gözləyir. Burada onu da xatırladaq ki, 1 mart olaylarına görə artıq Robert Köçəryan, eləcə də sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı açılan cinayət işi üzrə aparılan ilkin istintaq prosesi başa çatıb. Ermənistanın Xüsusi İstintaq Xidməti bildirir ki, istintaq nəticəsində əldə olunan dəlillər adıçəkilən şəxslərə qarşı iddianamənin hazırlanması və cinayət işinin məhkəməyə ötürülməsi üçün kifayət edir. 
Xatırladaq ki, Köçəryan, Ohanyan və Xaçaturov 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunur. Armen Qevorkyan isə küllü miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham edilir. 

Erməni mediası yazır ki, növbə tezliklə Serj Sarkisyana da çatacaq. Artıq bunun üçün ilkin zəmin də hazırlanır. Məsələn, sosial şəbəkələrdə hakimiyyətə yaxın şəxslər indi bu məqamı aktiv şəkildə gündəmə gətirirlər ki, Serj Sarkisyan indiyədək hər hansı cinayəti törətməkdə ittiham edilmirsə, cinayətkar deyilsə, o zaman inqilab nə üçün baş verib. Bu suala cavab verərkən Paşinyan artıq keçmiş iqtidarın yüksək vəzifəli şəxslərinə qarşı açılan onlarla cinayət işinin olduğunu xatırladıb: “Bu gün Manvel Qriqoryan, Robert Köçəryan həbs edilib, Miqran Poğosyan və digər sabiq vəzifəlilərə qarşı axtarış elan olunub. Mənim üçün prinsip birdir, heç kim himayəli olmayacaq, hamı qanun qarşısında birdir. Ancaq mənə verilən bu sualda Serj Sarkisyanın hər hansı iş üzrə itiham edilib-ediməyəcəyindən asılı olmayaraq, başqa bir kontekst də var. Mən bu sualın sətir altında aşağıdakı məqamı başa düşürəm: Serj Sarkisyanla gizli razılaşmanızın olması mümkündürmü? Dəqiq deyirəm, mən bu cür oyunlara cəlb edilə bilmərəm, gəlin bunu birmənalı vurğulayaq. Deyə bilmərəm ki, Serj Sarkisyan hər hansı bir işdə ittiham ediləcək, ya yox. Ancaq zəmanət verə bilərəm ki, ittiham edilməsi üçün əsaslar olarsa, hər hansı siyasi maneə olmayacaq”.

Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov bütün bunların qisas məqsədilə atlıan addımlar olduğunu bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan hələ də “inqilab şinelini çıxarmayıb” və özünü baş nazir kimi aparmır: “Ermənistanda ötən ilin aprelində şantaj və təhdid yolu ilə dövlət çevrilişi baş verib. Artıq bir ildir fəaliyyət göstərən yeni hökumətin başçısı isə adekvat davranış nümayiş etdirmir. İndi ölkədə hökumət deyil, Nikol Paşinyanın rəhbərlik etdiyi inqilab komitəsi mövcuddur”. Şarmazanovun sözlərinə görə, həqiqi hökumət başçısı əvvəlki hakimiyyətin nailiyyətlərindən istifadə edərək Ermənistanda quruculuq işləri aparmalı idi. Lakin yeni hökumət əldə olunmuş uğurların məhv edilməsi yolunu tutub.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ