Bazar günü günü, 08 noyabr 2026
     

Makronun uydurma “erməni genosidi”nə vurğunluğu Fransa dövlət elitasını parçaladı…

Image


Fərəc Quliyev: “Fransa parlamentinin deputatlarının Makronun qərarına etiraz etməsi o deməkdir ki, hələ də deputatlar arasında sağlam düşünənlər, hadisələrə real yanaşanlar var”
Elçin Mirzəbəyli: “Fransalı deputatların Makronun qərarına etiraz etməsi tamamilə əsaslıdır”

 

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nü ölkədə qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib və bununla bağlı rəsmi qərar qəbul edib. Fransa Prezidentinin bu bədnam qərarı nəinki Azərbaycanda və Türkiyədə, eləcə də Fransanın özündə narazılıqla qarşılanmaqdadır.

Artıq fransalı deputatlar Makronun qondarma “erməni soyqırımı" ilə bağlı qərarına etiraz edirlər. Məlumatlara görə, bu ölkənin hakim və müxalifət partiyalarının deputatları Makronun qəbul etdiyi qərarı pisləyiblər.

Qeyd edilənə görə, Fransa 2001-ci ildə qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb.

  • Fransalı parlamentarilər Makronun bədnam qərarına qarşı…

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, hakim İrəliləyən Respublika (“La Republique en Marche”) Partiyasının deputatı Filip Folyo  Azərbaycan mətbuatına bildirib ki, qərar bir neçə il bundan əvvəl qəbul edilmiş qanunun məntiqi davamıdır: "Bu sərəncam Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Ötən həftə NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün həmkarlarımla birlikdə Türkiyədə səfərdəydim. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri M.Şentop və xarici işlər naziri M.Çavuşoğlu Fransanın bu qərarına çox sərt formada etiraz etdilər".

F.Folyo "Fransa kiməsə dərs verə bilməz və bunun üçün əlverişli mövqeyə də malik deyil. Biz özümüz öz tariximizə fəxrlə yanaşırıq, halbuki, çox hadisələr baş verib. Artıq bir sıra məsələlərin davamı kimi bu qərarı vermişik, ancaq bunun üzərində dayanmamağı zəruri sayıram. Biz gələcəyə üzümüzü tutmalıyıq. Yəni Fransa ilə Türkiyə arasında yaxşı münasibətlər yaratmağa çalışmalıyıq" - deyə bildirib.

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, müxalif Sosialistlər Partiyasından olan deputat Jerom Lamber Makronun son qərarını mənasız adlandırıb: "Bu mənasız bir qərar idi. İnanmıram ki, bu addım Fransa-Türkiyə münasibətlərinə ciddi mənfi təsir göstərsin".

Onun sözlərinə görə, aprelin 24-nün qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edilməsinə ehtiyac yox idi: "Dünyada xeyli sayda soyqırım baş verib. Əlbəttə, ispanlar, asteklər, mayaların başına gələnlərdən xəbərdar olmaq yaxşıdır. Lakin xatirə günü kimi qeyd etməyin mənası yoxdur. Bu gün unudulan, tarixdən silinən soyqırımlar da çoxdur. Amerika hindularının məhv edilməsini yadımıza salaq. Bu faciə çox da uzaq tariximizdə yaşanmayıb. Hinduların, demək olar ki, hamısı yer üzündən silinib. Belə bir kontekstdə qondarma "erməni soyqırımı qurbanları"na xatirə günü təsis etmək tamamilə lazımsız idi", - deputat qeyd edib.

  • Deputat Jan-Lük Reitzer mövcud hakimiyyəti başqa ölkələrin tarixi ilə bağlı məsələlərə qarışmamağa çağırıb

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, Respublikaçılar Partiyasının deputatı Jan-Lük Reitzer vurğulayıb ki, bu qərar Türkiyə rəsmilərinin çox böyük qəzəbinə səbəb olub: "Mən sərəncamın rəsmi qəzetdə işıq üzü gördüyü günün səhərisi Türkiyədə səfərdəydim və NATO Parlament Assambleyasının iclasında iştirak edirdim. Doğrudan da gərginlik var idi. Türkiyə rəsmiləri çıxışları zamanı bununla bağlı Fransaya kəskin etirazlarını bildirdilər. Mən daim bu məsələdə əks mövqedə olmuşam və qanunun da vaxtilə əleyhinə səs vermişəm. Çünki hesab edirəm ki, Fransa başqa bir ölkənin tarixinə aid olan məsələyə qarışmamalıdır, hər ölkə öz tarixinə cavabdehlik daşımalıdır. Tarixi yazmaq tarixçilərin işidir. Fikrimcə, münaqişəli məsələlərə qarışmaq, tərəf saxlamaq xarici ölkələrin və siyasətçilərinin işi deyil. Biz heç bir ölkəyə dərs keçməməliyik. Emmanuel Makronun qərarı Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək" - deyə deputat qeyd edib.

  • “Fransa tarixinə məxsus olmayan bir hadisəni rəsmiləşdirməyə ehtiyac yox idi”

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, müxalif Demokratlar, Radikallar və Liberalların Birliyi Partiyasının deputatı Andre Vilye ölkə tarixinə salınan bu hadisənin, əslində, Fransaya heç bir aidiyyəti olmadığını deyib: "Bu, Türkiyəyə aid bir məsələdir. Fransa ermənilərə sığınacaq verən bir ölkə olub. Düzdür, bu gün Fransada erməni icması çoxluq təşkil edir. Hətta ölkədə 500 min erməninin yaşadığı deyilir. Lakin Fransa tarixinə məxsus olmayan bir hadisəni rəsmiləşdirməyə ehtiyac yox idi. Hesab edirəm ki, Fransa gələcək üçün daha çox xeyir gətirə biləcək addımlar atmalıdır. Məsələn, türk və erməni xalqları arasında yaxınlaşmaya, əməkdaşlığa xidmət edəcək əməllərə imza atması daha faydalı olardı”.

Bu fransalı deputatların fikirləri Makronun Türk dünyasına qarşı təzyiq vasitəsi olaraq qəbul etdiyi qərarın Fransa cəmiyyətində də normal qəbul edilmədiyini deməyə əsas verir. Bəzi şərhçilərin fikrincə, Makronun son qərarı ölkənin erməni icmasının, diasporunun maraqlarını təmin etsə də, bütövlükdə, Fransa cəmiyyətinin iradəsini ifadə etmir. 

  • “Fransa Prezidentinin qərarı Fransa cəmiyyətinin iradəsini ifadə etməsə də...”

Millət vəkili Fərəc Qulieyev “Bakı-Xəbər”ə bildirdi ki, özünü ermənilərin “böyük bacısı” adlandıran Fransada bu gün mütərəqqi qüvvələrin olması müsbət bir göstəricidir. Ancaq millət vəkili hesab etmir ki, deputatların etirazları Makronun verdiyi qərarın ləğvinə səbəb ola bilər. O qeyd etdi ki, bu qərar Fransa ictimaiyyətinin iradəsini ifadə etməsə də, Fransa hökumətinin ermənipərəst mövqeyini bir daha ortaya qoyub. “Təbii ki, heç bir hakimiyyət birqütblü deyil, orada müxalif qüvvələr təmsil olunur. Fransa Prezidentinin mövqeləri son zamanlar xeyli zəifləyib. Xüsuslə də son zamanlar “sarı jiletlilər”ə qarşı həyata keçirilən zorakılıqlar onun mövqeyini zədələyib. Ona görə də Fransanın müxalif qüvvələrinin onun son qərarına etiraz etməsi təbiidir. Məlumdur ki, Fransa hökuməti həmişə Azərbaycana, Türk dünyasına qarşı ədalətsiz davranıb. Fransa özünü ermənilərin “böyük bacısı” hesab edir və həmişə də onlara dəstək verir. Çox təəssüf ki, Fransa artıq Minsk Qrupunun üzvü olaraq bitərəf mövqe tutmalı olduğu halda, açıq şəkildə Ermənistanı müdafiə etdiyini ortaya qoyur. Fransanın Türkiyəyə də qarşı mövqeyi məlumdur. Sözün açığı, mən Fransadan başqa bir addım da gözləmirəm. Sadəcə olaraq bunu nəzərə alıb Türkiyə, Azərbaycan və digər türk respublikaları Fransa ilə münasibətlərə yenidən baxmalıdırlar. Yəni istər onların böyük layihələrdə iştirakı, istərsə də digər məsələlərdə olsun, bu məsələlərin mütləq bir siyasi ritorikası olmalıdır”.

O, həmçinin, hesab edir ki, deputatların Fransa Prezidentinin verdiyi qərara etiraz etməsi Fransanın ermənilərə bəslədiyi “sevgi”ni söndürə bilməyəcək, bu hökumət Ermənistanı dəstəkləməkdə davam edəcək. “Sözsüz ki, bu, qərəzli və zərərli siyasətdir. Əgər bu gün Fransa parlamentində hadisələrə ayıq baxan, prosesləri düzgün qiymətləndirən, mövcud beynəlxalq konvensiyalara, hüquqa söykənən davranış göstərən parlamentarilər ortaya çıxıbsa, belə qüvvələr ciddi bir nəticəyə nail ola bilərlərsə, əlbəttə, bu, ölkələrimiz arasındakı münasibətlərə müsbət təsir edər. Fransa parlamentinin deputatlarının Makronun qərarına etiraz etməsi o deməkdir ki, hələ də deputatlar arasında sağlam düşünənlər, hadisələrə real yanaşanlar var. Fransa Prezidentinin qərarı Fransa cəmiyyətinin iradəsini ifadə etməsə də, lakin bu gün  siyasi elita, birmənalı olaraq, bu kursu götürüb. Açığı, burada Ermənistanın mövqelərini zəiflədəcək bir qərar qəbul edilməsinə və erməniləri dəstəkləyən qərarların ləğv olunmasına inanmıram” - deyə F.Quliyev qeyd etdi.    

  • “Hər kəsə bəllidir ki, tarixdə “erməni soyqırımı” adlı hadisə baş verməyib”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirdi ki, həm Fransada, həm də digər xarici ölkələrdə qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qərarların heç bir hüquqi əsası yoxdur. “Bu yalnız siyasi maraqları ifadə edir. Bildiyimiz kimi, Fransanın özündə böyük erməni icması yaşayır və onlar Fransa deputatlarının seçki kampaniyasında yaxından iştirak ediblər, onları maliyyələşdiriblər. Bu aspektdən təəssüflər olsun ki, Fransa kimi Avropa Birliyinin ən iri dövləti və BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə belə məsələlərdə rol alır və heç bir hüquqi əsası olmayan qərarlar qəbul edir. Fransalı deputatların Makronun qərarına etiraz etməsi tamamilə əsaslıdır. Çünki Türkiyə dəfələrlə ermənilərə müraciət edib ki, istənilən məsələlərlə bağlı arxivləri açmağa hazırıq, buyurun gəlin müzakirə edək. Hər kəsə bəllidir ki, tarixdə “erməni soyqırımı” adlı hadisə baş verməyib, sadəcə, baş verən müharibə zamanı ermənilər köçürülərkən yolda ölüm halları baş verib. Yəni onlar soyqırıma məruz qalmayıblar və “erməni soyqırımı”nın heç bir hüquqi əsası yoxdur. Ermənilər əmin olsaydılar ki, həqiqətən də soyqırıma məruz qalıblar, o zaman onlar beynəlxalq məhkəməyə müraciət edərdilər və beynəlxalq tribunalın çağırılması istiqamətində addımlar atardılar. Göründüyü kimi, indiyə qədər nə belə bir addım atılıb, nə də bu yöndə məhkəmə qərarı var. Qəbul edilən bütün qərarlar siyasi xarakterlidir və əsasən Türkiyəyə qarşı təzyiq vasitəsidir. 24 aprelin isə qondarma “erməni soyqırımı qurbanları”nın xatirə günü kimi qeyd edilməsi Fransa tarixinə qara bir ləkədir. Əslində, Fransada təkcə ermənilər yaşamır, burada çoxlu sayda türk diasporu nümayəndələri də yaşayırlar. Bu yanaşma tərzi Fransanın özünün elan etdiyi dəyərlərə zidd fəaliyyət göstərdiyini nümayiş etdirir” - deyə bildirən politoloqun fikrincə, bu, ayrıseçkiliyə xidmət edən bir addımdır və bunun nəticələri Fransanın özü üçün heç də yaxşı şeylər vəd etmir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ