Türkiyənin Rsuyadan aldığı S-400 raket komplekslərinin Azərbaycana, yaxud Qətərə yerləşdirilməsi məsələsi heç vaxt gündəmdə olmayıb. Baki-xeber.com xəbər verir ki bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
S-400 sistemləri təslim edildikdən sonra Azərbaycan və ya Qətərə yerləşdiriləcəyi iddialarını təkzib edən Çavuşoğlu, bu məsələnin heç vaxt gündəmdə olmadığını deyib.
“Belə bir mövzu heç vaxt gündəmə gəlməyib. Bunlar mediada tez-tez müzakirə edilir. Ancaq heç bir problem yoxdur. Biz Rusiya ilə razılıq əldə etmişik. İndi isə təslimat prosesini müzakirə edirik. Rusiya satmaq istəsə, Azərbaycana birbaşa satar. Vasitəçiyə ehtiyac yoxdur. İki ölkənin (Rusiya ilə Azərbaycan) əlaqələri də çox yaxşıdır”, - deyə Türkiyə XİN rəhbəri bildirib.