20/05/2019 15:11
728 x 90

Şri-Lankada həlak olanlar arasında, yaxşı ki, Azərbaycan vətəndaşı yoxdur…

img

Şri-Lankada baş verən terror aktları nəticəsində həlak olan insanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu özəl olaraq “Trend”ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərdən 14 nəfərin şəxsiyyəti hələ müəyyənləşməyib: “Bu məsələ Azərbaycanın Hindistandakı səfirliyinin diqqət mərkəzindədir. Səfirliyin ilkin məlumatına əsasən şəxsiyyəti bəlli olan terror qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur”.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Son xəbərlər