24/07/2019 05:06
728 x 90

Türkiyə hökuməti Ermənistanın soyqırım iddialarını alt-üst edən yeni arqumentlər çıxardı...

img

Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur, çünki bundan sonra bütün dünya həmin ildə baş verən hadisələrin “erməni soyqırımı” olmadığını, əksinə, Osmanlı imperiyasında müsəlman əhalinin erməni silahlıları tərəfindən soyqırımının həyata keçirildiyini biləcək. Bunu “Trend”ə Türkiyə hökumətindəki mənbə deyib.

Hökumətdən bildiriblər ki, Ankara hələ 2005-ci ildə arxivlərin açılması və həmin hadisələrin araşdırılması üçün müstəqil komissiyanın yaradılması ilə bağlı İ.rəvana müraciət etmişdi: “1915-ci il hadisələri həqiqətən də “erməni soyıqırımı olsaydı”, İrəvan bu arxivləri açardı”.

Qeyd olunub ki, ermənilərin 1915-ci il hadisələri ilə bağlı bütün iddiaları əsassızdır: “Türkiyə arxivlərində erməni silahlılarının xarici qüvvələrin dəstəyilə Ağrı, Qars, Ərzurum, Van və digər vilayətlərdə dinc əhalini öldürmələri, eləcə də Osmanlı imperiyası dövründə türk dövlət məmurlarını qətlə yetirmələri barədə minlərlə fakt var”.

Bundan başqa, qeyd olunub ki, Türkiyədən fərqli olaraq, Ermənistanda hələ də türklərə qarşı nifrət və düşmənçilik qalır: “Ermənistanda bir türkün belə olmadığı bir vaxtda Türkiyədə ermənilər dinc şəkildə və heç bir problem olmadan yaşayırlar. Çoxmillətlilik Türkiyənin ən əsas dəyərlərindəndir”.

Türkiyə hökumətindən təəssüflə bildiriblər ki, Ermənistan hələ də digər dövlətlərin əlində marionet olan lobbisinin girovu olaraq qalır: “Erməni lobbisinin Türkiyəyə qarşı bütün hərəkətləri ilk növbədə öz ölkələrində yoxsulluq içində yaşayan ermənilərin maraqlarına zərər vurur. Ermənistan hökuməti “soyqırım” sənayesində qazanc əldə etməkdənsə, xalqın gələcəyi barədə düşünməlidir”.

Əlavə olunub ki, erməni lobbisi Qərb ölkələrinin parlamentlərinə təsir göstərərək hansısa yolla Ankaraya təzyiq etməyi düşünürsə, çox böyük səhv edir: “İrəvan qondarma “erməni soyqırımı” barədə iddialar irəli sürməklə Ankara ilə münasibətləri normallaşdıra bilməyəcək”.

Son xəbərlər