Bazar günü günü, 08 noyabr 2026
     

İlk iki Formulaya qoyulan 100 milyon 277 milyon dollar qazanc gətirdi – radikallar nəyi və niyə hədəfləyir...

Image


Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov “Azərbaycanın “Formula-1” yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqalə ilə çıxış edib.

Məqalədə radikal müxalifətin bir neçə gündən sonra Bakıda start götürəcək “Formula-1” yarışları ilə bağlı səsləndirdiyi tənqidlərə sərrast cavab verilib: “...Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək “Formula-1” yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən “Formula-1” səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir”.

Əli Həsənov “Formula-1”in iqtisadi səmərəsizliyi ilə bağlı səslənən fikirlərin də konkret dəlillərlə əsassız olmasını sübut edib: “2016-cı ildə ilk “Formula-1”in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi. “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki “Formula-1” yarışı ölkə iqtisadiyyatına, ümumilikdə, 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri - müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq”.

Hörmətli Əli Həsənov tərəfindən təqdim olunan faktlardan görünür ki, ölkəmizin evsahibliyi etdiyi idman yarışı təkcə maliyyə cəhətdən iki dəfədən çox qazanc gətirib. Belə olan təqdirdə radikal müxalif qüvvələr hansı məntiqlə bu yarışların ölkəmizə heç bir faydasının olmamasından danışırlar?

  • Aydın Mirzəzadə: “Yarışların xeyrini görməmək ancaq qərəzdən irəli gələ bilər”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, radikal müxalifətin ənənəvi taktikasından irəli gəlir: “Onlar hesab edirlər ki, Azərbaycanda vəziyyət nə qədər acınacaqlı olarsa, onlar üçün hakimiyyətə gəlmək şansı bir o qədər çox olar. Onların bütün hədəfi hansı yolla olursa-olsun hakimiyyətə gəlməyə hesablanıb. Təbii ki, belə qüvvələrin hakimiyyətə gəlməyi o deməkdir ki, onlara maliyyə dəstəyi verən xaricdəki anti-Azərbaycan qüvvələrinin sifarişlərini yerinə yetirməlidirlər. Azərbaycanın uğurlu inkişafı, uğurlu sosial layihələrinin inkişafı üçün atılan addımların hamısını onlar qara rəngdə görməyə çalışırlar. “Formula-1” yarışlarını keçirmək üçün onlarla ölkə çalışır. İllərdir bu cəhdləri səmərə vermir. Azərbaycandakı infrastruktur hazırlığı və bu sahədə təcrübəsinin olması bizə bu yarışları keçirməyə imkan verir. Bunun ölkəmizin təbliği ilə yanaşı, büdcəmizə də xeyri var. On minlərlə turist gəlib burada dincəlir, valyuta xərcləyir. Bunun nəticəsində otel, xidmət biznesi yaxşı qazanc əldə edir. Bu, iqtisadiyyatımıza böyük investisiyadır. Qeyri-neft sektorunun inkişafıdır. Artıq dəfələrlə verilən hesabatlarda göstərilir ki, hər il o yarışlar Azərbaycana böyük gəlirlər gətirir. Ola bilər ki, birinci il infrastrukturun yaradılması üçün müəyyən xərc çəkildi. Amma sonrakı illərdə mənfəət götürüldü. Bu baxımdan da yarışların xeyrini görməmək ancaq qərəzdən irəli gələ bilər”.

  • Rəfael Becanov: “Avroviziya”, Avropa Oyunları zamanı da xüsusi təşkil edilmiş qaralama kampaniyalarının şahidi olduq”

Razi Nurullayevin rəhbərlik etdiyi müxalifyönümlü AXCP-nin funksioneri Rəfael Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə keçirilən bu cür mötəbər beynəlxalq tədbirlərin qərəzli şəkildə qaralanması yolverilməzdir: “Hörmətli Əli Həsənovun  təqdim etdiyi hesablamalardan görünür ki, həmin auditi nüfuzlu beynəlxalq qurumlar aparıb. Yəni daxili hesablama deyil ki, şübhə üçün yer olsun. Çoxumuz məlumatlıyıq ki, bu tip yarışlar ölkəmizə müxtəlif istiqamətlərdən dividendlər gətirmiş olur. Bu, eyni zamanda, ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edən aksiyalardan biridir. Biz analoi addımlarla çox rastlaşmışıq. Əsasən də ölkəmizin evsahibliyi etdiyi yarışlar ərəfəsində. “Avroviziya”, Avropa Oyunları zamanı da xüsusi təşkil edilmiş qaralama kampaniyalarının şahidi olduq. Amma əminliklə deyə bilərəm ki, bu, bütünlükdə, ölkənin müxalif kəsiminin düşüncəsi deyil. Müxalifət adını inhisara almaq istəyən həmin radikal qrup nə varsa, hamısını qara rəngə boyamağı özlərinə təlqin ediblər. Məhz bu təlqinin nəticəsidir ki, onların dedikləri cəmiyyət və müxalifətin bütün spektri tərəfindən qəbul edilmir. Həmin dar qrup istər sosial şəbəkələrdə, istərsə də bəzi media orqanlarında Azərbaycanın uğurları ilə bağlı nə qədər antitəbliğat aparsalar da, heç bir nəticəyə nail ola bilməyəcəklər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ